Qadin.NET / Gəncədə yerləşən dünyanın ən böyük 5 parkından biri...

Gəncədə yerləşən dünyanın ən böyük 5 parkından biri...

 

Gəncədə yerləşən dünyanın ən böyük 5 parkından biri...

 

1980-ci illərin əvvəlində salınan Gəncədəki Heydər Əliyev parkı bu gün müasir görkəmi ilə şəhər sakinləri, eləcə də yerli və xarici turistlərin ən çox müraciət etdiyi məkandır. Funksionallığı ilə seçiklən parkda əyləncə, istirahət, həmçinin mütaliə üçün bütün imkanlar yaradılıb. Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, Heydər Əliyev park kompleksi bu gün dünyanın 5 ən böyük parkı sırasındadır. Kompleksin park hissəsinin girişində dünya antik mədəniyyətinin təcəssümü olan Zəfər tağları ucalır. Parkda 3800 nəfər tutumu olan amfiteatr fəaliyyət göstərir, burada şəhər əhalisinin istirahəti üçün müxtəlif konsertlər təşkil olunur. 7 ha-ya yaxın ərazisi olan süni yaradılan göl isə parkın mənzərəsinə xüsusi gözəllik qatır. 450 ha ərazisi olan park kompleksini piyada gəzmək sakinlər üçün o qədər də asan deyil. Bunun üçün xüsusi qolf maşınlar da ayrılıb. Eləcə də park ərazisində xüsusi yollar da yaradılıb ki, kirayələnən velosipedlərlə park boyu gəzinti reallaşdırmaq olar. Bundan başqa parkda müasir incəsənət muzeyi və kafe də fəaliyyət göstərir. Park ərazisində olan yarımtikili isə gələcəkdə Uşaq Əyləncə Mərkəzi kimi fəaliyyət göstərəcək. Kompleksin ən möhtəşəm tikilisi isə Heydər Əliyev Mərkəzidir.Park kompleksində fəaliyyət göstərən tikililər içərisində Heydər Əliyev Mərkəzi öz möhtəşəmliyi ilə seçilir. Mərkəzdə bir neçə şöbə fəaliyyət göstərir. Mərkəzin tikintisində şəhərsalma memarlığının son nailiyyətlərindən, həmçinin keyfiyyətli və müasir materiallardan istifadə olunub. Mərkəz perimetr boyunca səkkizbucaqlı sütunlarla əhatə olunub. Burada şüşədən müasir günbəz var. Günbəzdə Azərbaycanın xəritəsini əks etdirən çılçıraq quraşdırılıb. 4500 kv.m sahədə yerləşən 21 metr hündürlüyü olan H.Əliyev  Mərkəzi 4 mərtəbədən ibarətdir. Burada Heydər Əliyev Muzeyi, müxtəlif ornomentli xalçaların toxunduğu xalçaçılıq mərkəzi, rəqs dərnəyi fəaliyyət göstərir. İkinci mərtəbədə yerli və dünya ədəbiyyat nümunələri ilə zəngin kitabxana, ideya-resurs mərkəzi və linqofon otağı var. 3-cü mərtəbədə isə 300 nəfərlik konfrans zalı fəaliyyət göstərir. Həmçinin mərkəzdə ödənişsiz dil kursları fəaliyyət göstərir ki, bu təşəbbüsdən gənclərimiz istifadə edə bilərlər.

Mənbə: Milli.Az

 

Gəncədə yerləşən dünyanın ən böyük 5 parkından biri...

 

6 iyun 2014
GO BACK