Bədənimizdə görünən sızanaqlar bizlərə başqa bir şeyin mesajını vermiş ola bilərmi? Sızanaqları bədənimizin bizə göndərdiyi bir mesaj olaraq qəbul edib həkimə getməkdə fayda var.
1-ci bölgə- Hormonlar- Boyun
Eynilə çənə bölgəsində olduğu kimi boyunda çıxan sızanaqlar, böyrəküstü bezlərinizin çox çalışdığının bir əlaməti ola bilər. Boyundakı sızanaqlar hormon pozulmasına işarə etdiyi kimi stress və çox şəkər yediyinizin əlamətidir. Boynunuza dəyən köynək yaxaları və yağlı saçlar da, o bölgədə sızanaq əmələ gəməsinin səbəblərindən biridir.
2-ci və 3-cü bölgələr -Stress -Çiyinlər
Çiyinlərdə görünən sızanaqlar stress altında olduğunuzu göstərir. Həddindən artıq stressə məruz qaldığınız, həssəs və kövrək haldasınız. Əgər bu şərh sizə məntiqli gəlmirsə, çiyniniz asdığınız çantanın ipini dərinizlə təmas edib-etmədiyinə diqqət edin. Sızanaqlar bu səbəbdən də yarana bilər.
4-cü bölgə- Həzm sistemi- Sinə
Polyester və neylon kimi dərinizin nəfəs almasına çətinlik yaradan parçalardan geyinirsiniz? Sinənizdə sızanaq müalicəsinə cavab verməyən ağ ləkələri, yəni dəri göbələyini, ya da alergiyanınızı görməzlikdən gəlirsiniz?
Əgər bu saydığımız problemlərlə bir əlaqə yoxsa, o halda pis qidalanma vərdişləri, qeyri-kafi bəslənmə, çox ədviyyat və çox soyuq içki qəbul edirsinizsə, həzm sisteminizlə əlaqədar problem yaşayırsınız deməkdir. Bir həkim müayinəsi ilə probleminizi həll etmək olar.
5-ci və 6-cı bölgələr- Vitamin səviyyələri- Qollar
Əgər dəriniz qol bölgənizdə qalınlaşmış və pul-pul olmuşsa, bu bölgədə follekulyar keratoz problemi meydana gəlmiş ola bilər. Follekulyar keratoz dərinizdə kiçik qabarcıqlar və toyuq dərisi görünüşü meydana gəlməsinə səbəb olur. Bu dəri problemi dövran pozğunluğu və tük folükulunda həddindən artıq ölü hüceyrə istehsalı səbəbiylə ortaya çıxır.
Bu problemi nizamlı olaraq dərinizi ölü hüceyrələrdən təmizləyərək və salisik turşu qəbul edən nəmləndiricilər istifadə edərək aradan qaldıra bilərsiniz. Bunları etdikdən sonra probleminiz hələ davam edirsə, bədəniniz qidalardan götürdüyü vitaminləri təsirli bir şəkildə ala bilmir və vitamin əksikliyi yaradır.
7-ci bölgə- Qan şəkəri səviyyəniz- Qarın
Bu bölgədə çox az yağ bezi tapıldığından qarın bölgəsində sızanaq problemi çox sıx qarşılaşmırıq. Qarın bölgəsində sızanaq və dəri problemləriylə qarşılaşmamızın səbəbi daha çox dar paltarlar ya da qan şəkərinizin yüksək olması ilə əlaqədərdir.
9-cu və 10-cu bölgələr- Dəri həssaslığı və Allergiyalar- Omba və ayaqlar
Ayaqların üst qismində görünən sızanaqlar ümumiyyətlə bədən losyonlarına, paltar yuyucu maddələrə və yumşaldıcılara qarşı dərinin verdiyi bir reaksiya olaraq qarşımıza çıxır.
Ayaqların alt qismində görülən sızanaqlar isə böyüməyən tüklərdən qaynaqlana bilər. Bu vəziyyətin qarşısını almaq üçün salisilik turşu ya da hlikolik turşu ehtiva edən bədən şampunları və qızartı meydana gəlməsinin qarşısını alan nəmləndiricilər istifadə edilə bilər.
11-ci və 12-ci bölgələr- Sinir və həzm sistemləri- Kürək və bel
Bu bölgələr bədənimizdə sızanaqların ən çox göründüyü yerlərdir. Allergiya, həddindən artıq tərləmə, məşq sonrası durulanmamaq, idman edərkən meydana gələn sürtünmə, dar paltarlar, kürək qayışlar, saç və ya bədən baxım məhsullarının səbəb olduğu həssaslıq bu bölgədə sızanaq meydana gəlməsinə səbəb olur.
Əgər qidalanmada yediklərinizdə qızarmış və yüksək kalorili yeməklər varsa, ya da kifayət qədər yuxu yatmırsınızsa, bu bölgələrdə sızanaq meydana gəlməsinə zəmin hazırlamış ola bilərsiniz.
13-cü və 14-cü bölgələr- Həzm sistemi- Omba
Ümumüyyətlə bu bölgədə sızanaq əmələ gəlməsinin 3 səbəbi var: Dar və dərinin nəfəs almasına mane olan alt geyimləri, həddindən artıq quru dəri və həzm sistemi.
Əgər alt paltarını dəyişdirdiyiniz və dərinizə qulluq etdiyiniz halda hələ sızanaq formalaşması davam edirsə, o halda qidalanmağınızı nəzərdən keçirməyinizdə fayda var.
XƏBƏR LENTİ
Sürücülərə ÜZÜCÜ XƏBƏR: Burada avtomobil saxlayan cərimələnəcək - VİDEO
Azərbaycan boksçusunun dünya birinciliyində rəqibi erməni olacaq
İlk dəfə menstruasiya olan yeniyetmələrə necə izah etməli?
Uşaqlarımızı dəyişən mavi ekranlar
Bakıda yol çökdü
Ancelina Coli qala gecəsində geyimi ilə göz qamaşdırdı - FOTO
İki stəkan südün gücü
Xəzərin statusu tezliklə müəyyənləşdirilə bilər
Tər ləkələri necə çıxar?
Azərbaycanda zəlzələ oldu
Xınalıq yaxınlığındakı 2783 metr yüksəkliyə 2783 şəhidimizə həsr olunan xatirə lövhəsi quraşdırılıb
Nazir müavinindən Pənahəli xanın sarayı ilə bağlı paylaşım
Ayın ətrafında açıq-aydın yadplanetli gəmi göründü
Sabahın hava proqnozu
Günün ulduz falı
Ordumuzun işğaldan azad etdiyi Qəzyan kəndi Azərbaycana “Tikanlı zəmi” şəhidi Əliyar Əliyevi bəxş edib
Bakıda döyüş olacaq
Pəhriz saxlayanların nəzərinə
Smartfonların satışı artıb
Yuxusuzluğun dərmanı tapıldı
Azərbaycan dəmir yollarında yenilik var
Vera otel qapısında qaldı-FOTO
Sloveniyaya miqrant axını davam edir
Leyla Əliyeva atasının oxuduğu institutda
Bu tip kişilərə diqqət!
Quru dərini necə nəmləndirməli?
Qızardılmış qoyun qabırğası (foto resept)
Qırxında öyrənən gorunda çalar
Miskinlərin 8 xüsusiyyəti
Məşhur bacıların nənəsi öldü - FOTO
Esra Dermancıoğlu izləyicilərini təəccübləndirdi-VİDEO
Məşhur müğənninin qızları lazerdə yandı
Göz makiyajı edərkən gözləri necə qoruya bilərik?
Zrazı (foto resept)
iPad 5 artıq hazırdır?
Türk bayrağını təhqir edən aktyora cinayət işi açıldı
Qaçmaq
Yaponiyada güclü zəlzələ oldu
Süzülən zamanımız: vaxt hara itir?
Gözaltı ləkələrini açan maska
Enli ətəkli yay donları
Qarpızla 1 həftəyə 5 kilo arıqla
Manyak pərəstişkarina görə evini dəyişdi-FOTO
Gün var əsrə bərabər: Ötənləri yada salaq
Ən fərqli üzüklər
Bu tarixdə dünyada yaşayan insan qalmayacaq
Çəhrayı ürək tortu(foto resept)
Qarabağla bağlı bədbin proqnoz
Ağkilsə
Gözəlliyiniz uzun ömürlü olsun
- ŞƏRHLƏR