Qadin.NET / Bədəndə çıxan sızanaqların verdiyi mesajlar

Bədəndə çıxan sızanaqların verdiyi mesajlar

Bədəndə çıxan sızanaqların verdiyi mesajlar

Bədənimizdə görünən sızanaqlar bizlərə başqa bir şeyin mesajını vermiş ola bilərmi? Sızanaqları bədənimizin bizə göndərdiyi bir mesaj olaraq qəbul edib həkimə getməkdə fayda var.

Bədəndə çıxan sızanaqların verdiyi mesajlar

1-ci bölgə- Hormonlar- Boyun

Eynilə çənə bölgəsində olduğu kimi boyunda çıxan sızanaqlar, böyrəküstü bezlərinizin çox çalışdığının bir əlaməti ola bilər. Boyundakı sızanaqlar hormon pozulmasına işarə etdiyi kimi stress və çox şəkər yediyinizin əlamətidir. Boynunuza dəyən köynək yaxaları və yağlı saçlar da, o bölgədə sızanaq əmələ gəməsinin səbəblərindən biridir.

Bədəndə çıxan sızanaqların verdiyi mesajlar

2-ci və 3-cü bölgələr -Stress -Çiyinlər

Çiyinlərdə görünən sızanaqlar stress altında olduğunuzu göstərir. Həddindən artıq stressə məruz qaldığınız, həssəs və kövrək haldasınız. Əgər bu şərh sizə məntiqli gəlmirsə, çiyniniz asdığınız çantanın ipini dərinizlə təmas edib-etmədiyinə diqqət edin. Sızanaqlar bu səbəbdən də yarana bilər.

Bədəndə çıxan sızanaqların verdiyi mesajlar

4-cü bölgə- Həzm sistemi- Sinə

Polyester və neylon kimi dərinizin nəfəs almasına çətinlik yaradan parçalardan geyinirsiniz? Sinənizdə sızanaq müalicəsinə cavab verməyən ağ ləkələri, yəni dəri göbələyini, ya da alergiyanınızı görməzlikdən gəlirsiniz?

Əgər bu saydığımız problemlərlə bir əlaqə yoxsa, o halda pis qidalanma vərdişləri, qeyri-kafi bəslənmə, çox ədviyyat və çox  soyuq içki qəbul edirsinizsə, həzm sisteminizlə əlaqədar problem yaşayırsınız deməkdir. Bir həkim müayinəsi ilə probleminizi həll etmək olar.

Bədəndə çıxan sızanaqların verdiyi mesajlar

5-ci və 6-cı bölgələr- Vitamin səviyyələri- Qollar

Əgər dəriniz qol bölgənizdə qalınlaşmış və pul-pul olmuşsa, bu bölgədə follekulyar keratoz problemi meydana gəlmiş ola bilər. Follekulyar keratoz dərinizdə kiçik qabarcıqlar və toyuq dərisi görünüşü meydana gəlməsinə səbəb olur. Bu dəri problemi dövran pozğunluğu və tük folükulunda həddindən artıq ölü hüceyrə istehsalı səbəbiylə ortaya çıxır.

Bu problemi nizamlı olaraq dərinizi ölü hüceyrələrdən təmizləyərək və salisik turşu qəbul edən nəmləndiricilər istifadə edərək aradan qaldıra bilərsiniz. Bunları etdikdən sonra probleminiz hələ davam edirsə, bədəniniz qidalardan götürdüyü vitaminləri təsirli bir şəkildə ala bilmir və vitamin əksikliyi yaradır.

Bədəndə çıxan sızanaqların verdiyi mesajlar

                                                               7-ci bölgə- Qan şəkəri səviyyəniz- Qarın

Bu bölgədə çox az yağ bezi tapıldığından qarın bölgəsində sızanaq problemi çox sıx qarşılaşmırıq. Qarın bölgəsində sızanaq və dəri problemləriylə qarşılaşmamızın səbəbi daha çox dar paltarlar ya da qan şəkərinizin yüksək olması ilə əlaqədərdir.

Bədəndə çıxan sızanaqların verdiyi mesajlar

9-cu və 10-cu bölgələr- Dəri həssaslığı və Allergiyalar- Omba və ayaqlar

Ayaqların üst qismində görünən sızanaqlar ümumiyyətlə bədən losyonlarına, paltar yuyucu maddələrə və yumşaldıcılara qarşı dərinin verdiyi bir reaksiya olaraq qarşımıza çıxır.

Ayaqların alt qismində görülən sızanaqlar isə böyüməyən tüklərdən qaynaqlana bilər. Bu vəziyyətin qarşısını almaq üçün salisilik turşu ya da hlikolik turşu ehtiva edən bədən şampunları və qızartı meydana gəlməsinin qarşısını alan nəmləndiricilər istifadə edilə bilər.

Bədəndə çıxan sızanaqların verdiyi mesajlar

11-ci və 12-ci bölgələr- Sinir və həzm sistemləri- Kürək və bel    

Bu bölgələr bədənimizdə sızanaqların ən çox göründüyü yerlərdir. Allergiya, həddindən artıq tərləmə, məşq sonrası durulanmamaq, idman edərkən meydana gələn sürtünmə, dar paltarlar, kürək qayışlar, saç və ya bədən baxım məhsullarının səbəb olduğu həssaslıq bu bölgədə sızanaq meydana gəlməsinə səbəb olur.

Əgər qidalanmada yediklərinizdə qızarmış və yüksək kalorili yeməklər varsa, ya da kifayət qədər yuxu yatmırsınızsa, bu bölgələrdə sızanaq meydana gəlməsinə zəmin hazırlamış ola bilərsiniz.

Bədəndə çıxan sızanaqların verdiyi mesajlar

13-cü və 14-cü bölgələr- Həzm sistemi- Omba  

Ümumüyyətlə bu bölgədə sızanaq əmələ gəlməsinin 3 səbəbi var: Dar və dərinin nəfəs almasına mane olan alt geyimləri, həddindən artıq quru dəri və həzm sistemi.

Əgər alt paltarını dəyişdirdiyiniz və dərinizə qulluq etdiyiniz halda hələ sızanaq formalaşması davam edirsə, o halda qidalanmağınızı nəzərdən keçirməyinizdə fayda var.                                

3 mart 2016
GO BACK