
Səbail rayonu, Bayıl qəsəbəsi ərazisində avtomobil yolu çöküb. Avtosfer.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, Neftçi Qurban küçəsi, 110 ünvanında – "Panorama" otelin qarşısındakı yolda baş vermiş çökmənin səbəbi artıq məlumdur. Ətrafda yaşayan sakinlərin bildirdiklərinə görə, Səbail rayon Dövlət Yol Polisi Şöbəsinin binası söküləndən sonra həmin ərazidə hündürmərtəbəli yaşayış binasının tikintisinə başlanılıb. Elə tikintiyə başlanandan bəri yolda çökmə prosesi başlayıb. Yolun alt hissəsi qazılıb, uçurum əmələ gəlib. Bu səbəbdən də yol dənizə tərəf sürüşür və hər gün dərin çatlar əmələ gəlir. Sürüşmə nəticəsində ərazidən keçən su boruları, kanalizasiya xətti zədələndiyi üçün dəfələrlə həmin ərazini su basıb. Aparılan kosmetik təmir işləri təhlükənin qarşısını ala bilməyib.
Təqdim etdiyimiz videodan da göründüyü kimi, ərazidə yol iki hissəyə bölünüb. Yolun eyni hissəsinin bir-biri ilə hündürlük fərqi 20 sm-ə çatır. Maşınlar sanki dərin çökəyə düşürmüş kimi qəflətən təhlükə ilə üzləşirlər.
Burada tikilən binanın sifarişçisi "Rossler İntro" MMC, layihəçi "Gentechs" MMC, podratçı isə "İnşaatçı" şirkətidir. Ərazidə 18-mərtəbəli yaşayış binası tikilir. Hər halda, məlumat lövhəsində belə yazılıb. Tikintiyə bu ilin mayında başlayıb.
Sakinlər bildirirlər ki, yolda çatlar və sürüşmə prosesi hər gün sürətlə artır. Artıq vəziyyət o yerə çatıb ki, burada uçqun təhlükəsi yaranıb. Çünki yolun lap yaxınlığı bir neçə metr dərinlikdə qazılıb. Bu o deməkdir ki, yolun alt hissəsi havada qalıb.
Ərazi hasara alandığı üçün aparılan tikinti işlərini görə bilmədik. Yolun alt hissəsindəki vəziyyətlə də tanış olmaq mümkün deyil. Çünki hündür hasardan heç nə görünmürdü. Görünən budur ki, yol çöküb və ciddi təhlükə var.
XƏBƏR LENTİ
Eser Yenenler bal ayına 120 min xərclədi-FOTO
Heyvanlar aləmindən(2)
Ən çox rastlanan 3 dəri problemi və həlli
Şokoladlı keks (foto resept)
Bu il də Rusiyanı O Təmsil Edəcək!
Rəngli kəsmikli desert (foto resept)
Çayın zərərindən xəbəriniz var?
WhatsApp-ın azərbaycanlı istifadəçilərinə şübhəli mesajlar gəlir
Di Kaprio "Oskar"ı geri qaytarır-SƏBƏB
Rollara görə inanılmaz dəyişikliklərə məruz qalan aktyorlar
Avropalı gənclər Cavad xan küçəsində
Ən çox istifadə etdiyimiz makiyaj vasitələri
Bakıda yeni ölü dirildənlər
Soğan qabığı dəmləməsi ilə möhkəm və qalın saçlar
Dekabrın ilk günündə QAR YAДћACAQ - Sabahın HAVAsı
Saturnun peykində yaşamaq üçün hər şey
Beren Saatdan gözlənilən addım
Gündə 3 ədəd ərik yesəniz..
250 manatlıq kompensasiya kimlərə şamil edilməlidir?- AÇIQLAMA
Dövlət Xidməti ordu üçün xüsusi ixtisaslı kadrlar hazırlayacaq
"Qalatasaray"da ciddi itki
Brokoli qızartması (foto-resept)
Yaddaş şkalasında yeriniz
NATO Rusiyaya qarşı birləşir
"Təkamül nəzəriyyəsi"nin iflası
Nəticələr AÇIQLANDI: boş qalan yerlərə ixtisas seçimi aparılacaq
Ukrayna böhranı: Sülh üçün "son şansdır"
Toyuq ətli, kartoflu piroq (foto resept)
Azərbaycanda “meteorit yağışı” müşahidə olunacaq
Metroda qiymət artacaq?
Zehin bədənə necə təsir edir?
Sabahın HAVAsı
Dəbdən düşmüş ev dekorasiyası
Azərbaycanda 5 gün iş olmayacaq
İnsan haqlarının vəziyyəti acınacaqlıdır
Test imtahanı ləğv edilir? - Təhsil Nazirliyi açıqladı
Eyvandan atılmış alma üç aylıq körpəni komaya saldı
"Qarabağ" azarkeşlərinə möhtəşəm sürpiz
Anasına əsəbləşən uşaq sosial şəbəkədə diqqət çəkdi-VİDEO
Dəri baxımı üçün tövsiyələr
Göbələk şorbası (foto resept)
10 ölçülü kainat necə açıqlanır?
Sobada soğanlı qovurma (foto resept)
Ən yaraşıqlı və ən gözəl ulduzlar SİYAHISINDA Türklər
Dünyanın təhlükəli virusu: necə yayılır və kimlər yoluxur?
BDU-nun tələbəsi “Moskva merinin təqaüdü”nə layiq görüldü - FOTO
Üz və bədən üçün pilinq maskası
NASA kosmosda ilk cinayət işi ilə bağlı təhqiqat aparır
Manat dollar və avroya qarşı zəifləyib
Hər kəsin dəyəri ədəbi qədərdir















- ŞƏRHLƏR