Sinifli cəmiyyətin yaranması ilə monoqam ailə münasibətləri də yaranmışdır. Bu baxımdan da ailə cəmiyyətin mühüm təsisatlarından biridir. O, bir çox ictimai elmlərin tədqiqat obyektidir.
Ailə - nigah və ya qan qohumluğuna əsaslanan, məişət ümumiliyi və qarşılıqlı mənəvi məsuliyyətlə bağlı olan kiçik sosial birlikdir. O, hər bir cəmiyyətin sosial strukturunun mühüm komponenti olub, çoxlu sosial funksiyalar yerinə yetirməklə həmin cəmiyyətin inkişafında mühüm rol oynayır.Nigah ailənin hüquqi əsasıdır. O, qadınla kişi arasında rəsmi qaydada bağlanılan müqavilədir.
İnsan ailədə dünyaya gəlir, onun vasitəsilə uşaqların ilkin sosiallaşması və tərbiyə edilməsi başlayır. Həmiçinin böyüyə hörmət və qayğı göstərmək vəzifəsi ailədə reallaşır. Ailənin əsası cəmiyyət tərəfindən bu və ya digər formada müəyyən edilmiş kişi ilə qadın arasında nigah ittifaqıdır. Nigah kişi ilə qadın arasında, valideynlərlə uşaqlar arasında münasibətləri qəti müəyyənləşdirir, müəyyən normalara salır, bununla da ona sosial təsisat xarakteri verir. Ailəyə kiçik sosial qrup kimi də baxmaq olar. Ailənin mahiyyəti onun qurluşunda, formalarında, funksiyalarında və bir də ailə üzvlərinin ailədə rolunda ifadə olunur.
Ailənin funksiyaları bir tərəfdən ailə – cəmiyyət, digər tərəfdən ailə – şəxsiyyət qarşılıqlı təsiri sistemini əks etdirir. Cəmiyyətin sosial təsisat kimi ailəyə olan tələbləri təkamül nəticəsində dəyişir və bunun müqabilində onun funksiyaları da fərqlənirlər. Müasir ailənin yerinə yetirdiyi funksiyalar aşağıdakılardır:
1.Nəsil artırma;
2.Tərbiyəetmə;
3.Təsərrüfat – iqtisadi;
4.Rekreativ (qarşılıqlı kömək, sağlamlığın qorunması və s.);
5.Kommunikativ (əlaqə, ünsiyyət);
6.Tənzimləyici (ailədə ilkin sosial nəzarət);
7.Yaşlı nəslə qayğı.
Ailənin quruluşu dedikdə onun üzvləri arasında münasibətlərin – mənəvi, əxlaqi, nüfuz, hakimiyyət və s. cəmi nəzərdə tutulur. Ailələri 1.avtoritar və 2.demokratik quruluşlara bölürlər. Tabeçilik münasibəti olan ailələr avtoritar, hər kəsin şəxsi rollarına görə vəzifələrinin bölündüyü ailələr isə demokratik ailələrdir.
Ailələrin formaları dedikdə isə onların nigih tipləri başa düşülür. Müasir cəmiyyətdə əsasən monoqam (ər – arvad arasında) ailələrə təsadüf edilir. Bundan başqa poliqam ailələrə də rast gəlinir.
Hər bir ailənin daşıdığı rola görə münasibətləri dedikdə, həmin ailə üzvlərinin bir-birinə qarşı norma və münasibətlərinin məcmusu nəzərdə tutulur. Qadının uşaq tərbiyə etməklə, ev işləri ilə məşğul olduğu, kişinin rəhbər olub, mülkiyyətin təkbaşına sahibi, təminatçısı olduğu monoqam ailədə patriarxal ailə münasibətləri dəyişir, demokratik ailə münasibətləri müasir həyat tərzinin əsasını təşkil edir.
Ailə sosial təsisat kimi cəmiyyətin yaranması ilə eyni vaxta meydana gəlmiş və onlar arasında münasibətlərə qəbilə – tayfa adətləri nəzarət etmişdir.
Ailə əsasən aşağıdakı mərhələlərdən keçir:
1) İlk nigahın bağlanması – ailənin yaranması.
2) İlk uşağın dünyaya gəlməsi.
3) Axırıncı uşağın dünyaya gəlməsi.
4) Boş yuva – uşaqların böyüyüb yeni ailə qurması.
5) Ailənin mövcudluğunun sonu – ailə başçılarından birinin vəfatı.
Ailə tərbiyəsi geniş imkanlara malikdir. O, ünsiyyət əmək və şəxsi nümunə, davranışın qiymətləndirilməsi, mükafatlandırma və cəzalandırma kimi təsir formalarından istifadə edir. Ailə ünsiyyəti uşaqların intellektual qabiliyyətinin stimullaşdırılmasında böyük rol oynayır. Sosioloji tədqiqat göstərir ki ailə tərbiyəsinin səmərəliliyi onun tərkibindən (bütöv və ya yarımçıq olmasından), mənəvi-psixoloji iqlimindən, sosial istiqamətindən, valideynlərin şəxsi nümunəsi və nüfuzundan, onların ümumi və pedoqoji mədəniyyətindən, uşaqlarla ünsiyyətin xarakterindən asılıdır.
Ailənin formalaşması və fəaliyyət göstərməsinə spesifik şərait (yaşayış yeri, sosial-sinfi və milli mənsubiyyət, maddi vəziyyət, ailə üzvlərinin təhsil, mədəni səviyyəsi, ailənin mənəvi və iqtisadi əsası) təsir göstərir.
XƏBƏR LENTİ
Azərbaycanda qızları olan ailələrə ŞAD XƏBƏR - VİDEO
İndoneziyada "ASAN xidmət"in oxşarı açılacaq
Ramiz Mehdiyevdən nəvəsinin toyu ilə bağlı AÇIQLAMA
Gigiyena xətaları
Limonlu suyun faydaları
Xəzərdə zəlzələ oldu
Gökhan Türkmən müğənniləri məhkəməyə verdi
Gözdən əlillər üçün Qurani-Kərim nəşr ediləcək
Qaxda qış turizmi
Mehriban Əliyeva qayğanaq bişirdi - Foto
Almanlara qalib gəldik
Sıla ETİRAF ETDİ
Yol polisindən toy karvanları ilə bağlı XƏBƏRDARLIQ
Fatih Terimin tapıntısı "Qalatasaray"dan ayrılır
Dünyanın ən nəzakətli oğrusu - VİDEO
Seren Serengilin əsil yaşı sübut olundu-FOTO
Hacıqabuldakı partlayışla bağlı SOCAR-dan AÇIQLAMA
Qarabağ Universiteti yaradılacaq
Donmayan balıqlar
Skarlett Yohanson 400 minlik nişan üzüyünü göstərdi-FOTO
Bu il İstanbula gedən azərbaycanlı turistlərin sayı açıqlandı
Ət soyutması (foto resept)
Rusiya ilə Azərbaycanın fərqi
Obama ilahi oxudu
Kəs və yapışdır-33
Məşhur aktrisa ana olacaq-FOTO
Sürüşmə zonasında yol tikintisi başa çatır
Vunderkind uşaqlar
Virtual tanışlıq # Real tanışlıq
Ömür yolu
Enerjinizin azalmağına səbəb olan 5 qida!
Limonlu peçenyelər (foto resept)
Gəl, açıq danışaq
Margot Robbie: təbii və qüsursuz
DÇ-2014: Yarımfinal oyunlarının başlama vaxtı
Aybaşı gününü hesablama
Panteizm
İlham Zəkiyev 6-cı dəfə Avropa çempionu oldu
Burak Özçivitin serialının ilk VİDEOsurekord qırdı
Uşaqlar üçün yataq örtüyü dəstləri
Dadlı poğaça (foto-resept)
Bu gün Bengünün toyudur-Toplam xərc 1 milyon
Qısa zamanda varlanmaq üçün ƏN İDEAL ÖLKƏLƏR
Ronaldunun sevgilisinin ev halı diqqət çəkdi-FOTO
Su fitnessi
Toya hazırsınızmı?
Maqnit qasırğasının səviyyəsi açıqlandı
Laçının işğalından 28 il ötür
Abituriyentlərə xəbərdarlıq
BÜRCLƏR bizə nə vəd edir? - 20 mart
- ŞƏRHLƏR