Qaranlığın sonu- yeni həyatın başlanğıcı... Yeni bir "can" dünyaya gəlir...
"Göz açmamış" tələb edir- ciyərlərinə dolan ilk havanın verdiyi ağrının faydasını anlamır, etiraz olaraq, ağlayaraq rahatlıq tələb edir. Ağrı keçir- xoşbəxtdir...
Kiçicik mədəsi qida tələb edir- yenə ağlayır, istəyir, doyur- xoşbəxtdir...
Ana qucağı tələb edir- isti qollara qovuşunca- xoşbəxtdir...
Sevimli oyuncağı ona bağışlananda- xoşbəxtdir...
Valideylərinin əllərindən tutaraq gəzinti arzusuna çatanda- xoşbəxtdir...
Məktəbdən "əla" qiymət müqabilində "tərif" görəndə- xoşbəxtdir...
İlk sevgisinə qarşılıq hiss edəndə- xoşbəxtdir...
Arzusunda olduğu bahalı libası əldə edəndə- xoşbəxtdir...
"Tələbə" adı qazananda- xoşbəxtdir...
Yüksək gəlirli iş əldə etdikdə- xoşbəxtdir...
Ev, avtomobil sahibi olduqda- xoşbəxtdir...
Sevdiyi ilə ailə quranda- xoşbəxtdir...
Qucağında körpə nəfəsi hiss edtikdə- xoşbəxtdir...
Xoşbəxtdir... xoşbəxtdir...
Amma, xoşbəxtdirmi?.. Xoşbəxt olmaq üçün daim nələrsə əldə etməlidir, doymayan göz sahibi insan... Ayıl!
Bütün əldə etdiklərinin Sahibi var... Heç bir şey "özününkü" deyil... "Mənim" deyə biləcəyin nəyin var? Yarandığı nütfə də, nəfəs aldığı hava da, gedəcəyi torpaq da, canından çox sevdikləri də, o özü də Yaradana məxsusdur
(Maidə/120:Göylərin, yerin və onlarda olanların mülkü Allahındır. Və O, hər şeyə qadirdir.)
Heç bir şeyin sahibi olmayan varlıqmı yaratmış Yaradan? Ey cahil insan, Ulu Yaradan hər bir şeyi, sevgi ilə ərsəyə gətirdiyi insan üçün yaratmış. Amma! İnsanı da özü üçün yaratmış! Kainat sənin əmrindəykən,( 45/Caziyə-13: Və göylərdə və yerdə olanların hamısını özündən (bir lütf olaraq) sizə musahhar (əmrə hazır) etdi. Şübhəsiz ki, bunda, təfəkkür edən bir qövm üçün mütləq ayələr (ibrətlər) vardır.) niyə xoşbəxt deyilsən, ey insan oğlu? Nədir səninlə "tam xoşbəxtlik" arasındakı maneə? Bəlkə... Bəlkə Yaradana ibadət?.. Onun lütf etdiklərindən Ona yaxınlaşmaq üçün istifadə etməliykən, niyə əksinə- Ondan uzaqlaşırsan?
(6/Ənam-32 : Dünya həyatı bir oyun və əyləncədən başqa bir şey deyil. Axirət yurdu, təqva sahibləri üçün əlbəttə daha xeyirlidir. Hələ ağıl etməzsinizmi? ) Axı, yaranma səbəbin dünya üçün çabalamaq deyil, Ona, Rəbbinə, Yaradanına qul olmaqdır! (51/Zəriyat-56 : Cin və insanları yalnız Mənə ibadət etmələri üçün yaratmışam. )
İllərdir ibadət edirsən, başını səcdəyə qoyursan, Rəbbin hər bir istəyini vermiş... Bəs nədir içindəki bu sıxıntı, niyə yenə də "yarımçıq"dır bu həyat? Yenə də "Niyə"lər içində bir yaşam?.. Naşükürsənmi? " Allahım, verdiyin hər bir nemətə şükür!" deyirsən... Amma... Amma, bu "O" deyil... axtardığın deyil...
Nədir axtardığın? Bilmirsən... Sevgi... Əsil Sevgi..." Off, çarəsizəm Allahım!" deyirsən. Qıldığın namazlardan sonra göz yaşlarıyla islanmış səccadə deyilmi axtardığının cavabı?...
"Çarəsizsiz?- Çarə sizsiz!" deyir bir gün bir səs!.. Axı, çarə Allahdır!- Çarə içindəki istək toxumudur! Sən istəyəcəksən- Allah çarə edəcək. O qapını sən döyəcəksən ki, açılsın...
Az da olsa istədinmi? Qəlbindəki o "istək, dilək toxumu"nu gördünmü? O kiçicik toxumdur çarən, qurtuluş o dilək toxumundadır. Axtar onu. Rəbbin buyurub ki, bəndə qəlbi ilə Ona yönələrsə, mütləq istəyinə- Ona tərəf qayıdan kəsi Özünə doğru yönəldir. ( Şura 13/...Allah, dilədiyini Özünə seçər və Ona yönələni, Özünə çatdırar). Elə isə, nə durmusan? Niyə özünə əzab verirsən? Qəlbindəki zülmət, kiçicik toxumu görməyə imkan vermir... Məğlub olma ey əmanətlərin daşıyıcısı! Çox istə! Lap çox! Dəlicəsinə istə Onu! Rəbbinin hüzurunda gözlərin sevgi çeşməsi olurmu?
Diqqətlə bax- gördünmü sevgi suları zülməti azacıq yudu? Gördünmü o istək o dilək toxumunu? Artıq əldən vermə onu! Qədrini bil! Qoyma zülmət yenə də udsun onu! Haydı, nə durmusan? O toxumun cücərməyə, ucalmağa ehtiyacı var! Necəmi? Ona çatdıracaq vəsiləni istəməklə, tapmaqla. (5/Maidə-35 : Ey iman gətirənlər, Allahdan qorxun, Ona (yaxınlaşmaq üçün dərgahına yaxın olanlardan və saleh əməllərdən Ona) tərəf vasitə axtarın və Onun yolunda cihad edin, bəlkə nicat tapdınız.)...
Rəbbinin qüdrətinə şahid oldunmu? Ona çatdıracaq vəsiləni sevdinmi? Gördünmü bir istək, təkcə bir qovuşmaq diləyi nələrə qadirdir? (48/Fətih-10 Həqiqətən (Hüdeybiyyədə) sənə beyət edənlər əslində Allaha beyət edirlər. (Sənin) onların əlinin üstündə olan (əlin) Allahın əlidir (Allah sənin bütün bədənində təcəlli etdiyi üçün əllərində də təcəlli etmiş olduğundan). Buna görə də kim əhdi pozsa, yalnız öz ziyanına pozur və kim barəsində Allahla əhd bağladığı şeyə vəfa etsə (Allah) tezliklə ona böyük bir mükafat verəcəkdir.)O əli tutduğun gün Rəbbinin möcüzəsini vücudunda hiss etdinmi? Səcdəyə qapanaraq: "Allahım! Sonsuz Həmd və Şükür olsun! Günah girdabında olmağıma baxmayaraq, zavallı bəndənin üzərində təcəlli etdiyin üçün, ölənədək başımı səcdədən qaldırmasam- yenə də yetməz, Rəbbim, yetməz!"- deyə etdiyin fəryadını Rəbbin duydu, o İlahi ki, qəlblərdə gizli olanı biləndir! (35/Fətir-38 : Şübhəsiz ki Allah, göylərin və yerin qeybini biləndir. Şübhəsiz ki O, sinələrdə olanı ən yaxşı biləndir.)
İndi necə, sıxıntın keçdimi? Əvvəlki və indiki xoşbəxtlik arasındakı fərqi hiss edirsənmi? Dünyanın verdiyi sevinclə, Rəbbinin verdiyi sevinc arasında bir uçurum var, deyilmi?
İndi o toxum cücərdi, hələ çox kiçikdir, amma, verdiyi xoşbəxtliyə,saçdığı nura bir bax! Axı, O, əsl eşq,əsl sevgi,dilək toxumudur!Onu sevgilinin zikri ilə suvar,nə qədər çox suvarsan-o qədər də bəhrəsini görəcəksən inşaAllah!... O qol- budaq atdıqca qəlbindəki qaranlıqları söküb atacaq, Rəbbinin Nuru ilə nurlanacaq!..
Küləklər əsəcək,o cücərtini kökündən qoparmaq istəyənlər olacaq... Amma, sən təki suyunu, qidasını (zikrini) əksik etmə,o toxumun buna çox ehtiyacı var!... Bəzən də sənin əvəzinə O "yağışlar yağdiracaq"... Toxum bir gün uca ağac olacaq... Ona yaxınlaşacaq...O da, həsrətlə titrəyən budaqları Özunə çəkəcək... "Sevgili"nin zikri ilə qidalanmış yamyaşıl budaqlar artiq Vuslata ərmiş... Məbudunun yanındaykən, çəkişməkdən bərkimiş gövdəni "yer"in küləkləri qorxutmaz...
XƏBƏR LENTİ
Günün qoroskopu: qəfil etiraf və qayğı...
Tərəvəzli yaşıl şorba (foto resept)
Dərs ilinin müddəti artırıla və yay tətili ləğv oluna bilərmi? - RƏSMİ
Məktəblərdə yaranan yeni bir təhlükə
Uşaqlığımızda etdiyimiz dəcəlliklər
Şəki bu il daha çox turist qəbul edib
Baharatlı kələm salatı (foto resept)
Qarabağdakı sülhməramlılar müşahidə postlarını qoruyucu vasitələrlə təchiz etdilər
Ümumi təhsil pilləsi üzrə tədris planları təsdiq edilib
Menstruasiya ağrılarını azaldan ərzaqlar
Bu çiplər özlərini məhv edir
Azərbaycanda alimlərə qızıl medallar hansı formada veriləcək?
"PANTER GÖZÜ" MAKİYAJININ FOTODƏRSİ
Devid Bekhemə heykəl qoyulub - FOTO
Bu insanlar meşələrdə yaşayırlar
BÖYÜRTKƏN TORTU
Tələbə olmaq istəməyən abituriyentlərin sayı açıqlandı
Azərbaycanda bu müəllimlərdən vergi alınacaq
Sabah qaz olmayacaq
Koronavirus allergiyası olan uşaqlara necə təsir edir?
Bakıda nəhəng enerji obyekti tikilir
"Harry Potter"in yazıçısı koronavirusa yoluxub-FOTO
Məşhur aktrisa ölümdən döndü-FOTO
Tibbi maskalardan istifadənin məcburiliyi ilə bağlı RƏSMİ AÇIQLAMA
Hamiləlik dövründə streslə mübarizə aparmağın yolu
İrina Şeyk yeniyetmə şəklini paylaşdı - FOTO
Azərbaycan gimnastı İtaliya çempionu oldu
Beyonce geyimi ilə diqqət çəkdi-FOTO
Praktik saç düzümü
NASA həll edə bilmədiyi məsələ üçün tələbələrə 180 min dollar təklif edir
Sabah su olmayacaq ərazilərin SİYAHISI
"İstanbullu gəlin"ə yeni aktrisa daxil oldu - FOTO
Uşaqlarımıza nə izlədək: "supermən", "hörümçək adam", yoxsa?..
Bakı əhalisinin sayı açıqlanıb
"Diriliş Ertuğrul" Venesuellada yayıma başladı
Biomimetika:Təbiətdəki texnologiyaların təqlidi
Bakıda yollarda piyadaların cərimələnməsi ilə bağlı açıqlama
Məktəbli ləvazimatları: yarmarka daha ucuzdur?
İşgüzar adamlar üçün həftəlik ulduz falı
Kəndlərimiz ermənilər tərəfindən atəşə tutulur
Nazirlikdən internetlə bağlı təklif
Sabahın hava proqnozu
"40 Qoz" tortu(foto-resept)
Qəhvə fincanında sənət əsəri
"Fənərbağça" kubok matçında qalib gəldi
Bu xəstəliyə diqqət!
Çimərlik mövsümü ilə əlaqədar 9 marşrut xətti dəyişib
Qubada 20 Yanvar şəhidlərini andılar
Kadırov azərbaycanlını nazir təyin etdi
Hər il 5.3 milyon insan “tənbəllik”dən ölür.
- ŞƏRHLƏR