Yer üzündə hər bir nemətin bir faydası, xeyri vardır. Təbiətdə elə bir qida, elə bir meyvə və yaxud tərəvəz, bitki tapılmaz ki, nəyəsə xeyri olmasın. Bu gün sizə yazıçı-publisist, biologiya üzrə fəlsəfə doktoru Nübar Həkimovanın şəxsi araşdırması nəticəsində bir yerə topladığı bu məlumatları sizə təqdim edirəm.
*Vərəm xəstəliyinə, quru, göyöskürəyə, bütün soyuqdəymə xəstəliklərinə tutulanlar, novruzgülünün həm çiçəyindən, həm də kökündən dəmləyib, 20-25 gün, gündə yeməkdən əvvəl üç dəfə içmək məsləhətdir. Onu yığıb kölgədə qurudub saxladıqda öz effektini itirmir.
* İtdirsəyi çıxaran adama 10-15 gün, gündə 3 dəfə yeməkdən əvvəl göy sarımsaq (və ya diş sarımsaq) yemək məsləhətdir. Müalicəsi olduqca effektlidir.
*Bədənin müxtəlif yerlərində (boyun, qol, qıc, bel) kəskin ağrıları olanda çöl yemişinin qazıb qabığını soyduqdan sonra ət çəkən maşında çəkib, yumurta ağı ilə qarışdırıb ağrıyan yerə yaxmaq məsləhətdir. Bu yaxma ağrıyan yerdə 15-20 dəqiqə saxlanılır. Müalicə effekti
olduqca güclüdür.
*Diş dibi şişərsə, diş laxlayarsa, 15-20 gün, gündə yeməkdən əvvəl üç dəfə qırmızı turpu ağızda suyu artırana qədər çeynəmək məsləhətdir.
*Mədə-bağırsaq, ishal, qanlı bəlğəm, vərəm, tez-tez başı ağrıyan xəstələr 15-20 gün hər gün yeməkdən əvvəl bir fincan ətirşah çiçəyi və yarpağını dəmləyib içmək məsləhətdir. Ətirşahdan ilboyu istifadə etmək üçün onun yarpağı və çiçəyini kölgədə qurudub, təmiz tənzifdə saxlamaq lazımdır. Müalicə əhəmiyyəti güclüdür.
*Şəkər xəstəliyindən əziyyət çəkənlərə 20-25 gün buğdanı həll qaynadıb, həlimini (suyunu) hər gün yeməkdən əvvəl bir fincan içmək məsləhətdir.
*Alma, qızılgül, yasəmən, şamama, yemiş-qovun, ətirşahı təzə-tər ikən iyləmək, baş-beyini fəaliyyətə gətirir, hafizəni bərpa edir. Kəskin, şiddətli başağrısından əziyyət çəkənlərə başını kəklikotu buğuna vermək məsləhətdir.
*Böyrək ağrılarından, yel xəstəliyindən, qan azlığından, iştahasızlıqdan əziyyət çəkənlərə qarağatın özünü yemək, yarpağını dəmləyib gündə üç dəfə, 20-25 gün yeməkdən əvvəl bir fincan içmək məsləhətdir.
*Bağırsaqlarında qurd olan adamlara, yatarqarına və səhər tezdən acqarına qabaq (boranı) tumu yemək məsləhətdir.
*Həddən artıq piylənən adamlara arıqlamaq üçün 25-30 gün axşam-səhər yarım litrlik qatığın tünd sarımsaqlı atlamasını içmək məsləhətdir.
*Təngnəfəs-astma, sinə ağrısı, bəlğəm, ağızda xora səpgiləri olanlara, əzab çəkənlərə 30 gün hər gün yeməkdən əvvəl üç dəfə bir fincan reyhan şirəsi qəbul etmək məsləhətdir.
*Vərəm, soyuqdəymə, təngnəfəs xəstəliyindən əziyyət çəkənlərə 15-20 gün, dəvədabanı dəmləyib gündə yeməkdən əvvəl üç dəfə, bir fincan içmək məsləhətdir.
*Ağciyər, mədə-bağırsaq xəstəliyindən əziyyət çəkənlərə 15-20 gün ətirşah dəmləyib gündə yeməkdən əvvəl üç dəfə, bir fincan içmək məsləhətdir.
*Boğaz ağrısından, iltihabından əziyyət çəkən adamlara 10-15 gün hər dəfə yeməkdən əvvəl bir çay qaşığı göy soğan suyunu qəbul etmək məsləhətdir.
*Şəkər xəstəliyindən, kəskin böyrək ağrılarından əziyyət çəkən xəstələrə hər gün lobya qurusunu hədik kimi bişirib qabıqlı-qabıqlı yemək məsləhətdir.
*Qan laxtalanmasından əziyyət çəkən adamlara 10-15 gün hər gün yeməkdən əvvəl üç dəfə, nanə dəmləyib içmək məsləhətdir.
*Ürəyi tez-tez döyünən zəif adamlara çayı az içmək, əvəzində süd, səhər, günorta, axşam yeməkdən əvvəl meyvə şirəsi içmək məsləhətdir.
*Kök və tərəvəz çuğundurunu ətçəkən maşında çəkib, şirəsini hər gün yeməkdən əvvəl üç dəfə, bir fincan içmək də ürəyin ağrısını,
döyüntüsünü sakitləşdirir.
*Astma xəstəliyindən əziyyət çəkənlərə gündə üç dəfə yeməkdən əvvəl təzə dərilmiş vəzərini ətçəkən maşında çəkib bir fincan şirəsini içmək məsləhətdir.
*Yuxusuzluqdan, ürəkdöyüntüsündən, başağrısından əziyyət çəkənlərə təzə dərilmiş keşnişi ətçəkən maşında çəkib, şirəsini tənzifdən keçirib, hər gün yeməkdən əvvəl üç dəfə bir fincan içmək məsləhətdir.
*Əl-ayaq, bədən nahiyəsində yanıq yarası olanlara əməköməcini narın doğrayıb, toz halında əzdikdən sonra onu zeytun yağı ilə qarışdırıb yanıq olan yerə yaxmaq məsləhətdir.
*Bədənində, əl-ayağında yanıq olan şəxslərə yumurta ağını gündə üç dəfə yara olan yerə yaxmaq məsləhətdir.
*Zəhər içmiş, zəhərlənmiş, ilan çalmış adamlara çuğundur qızardıb yemək məsləhətdir. Bu zəhərlənmənin qarşısını alır.
*Yara hoylananda, şişəndə gündə üç dəfə yaranın üzərinə qurudulmuş, narın döyülmüş reyhan tozu səpmək məsləhətdir.
*Öskürəkdən əziyyət çəkən adamlara bir neçə (iki-üç) baş soğanı ocaqda bişirib isti-isti yemək məsləhətdir. Bu, sinə ağrısına, soyuqlamaya da dərmandır.
*Çox su içməmək, yanğının qarşısını almaq üçün əncir yemək məsləhətdir.
*Tez-tez qulunc olan, əl-ayağı qıc olan adamlara iki qaşıq hənanı (xınanı), iki qaşıq qaynanmış su və bir qaşıq ağ neftlə qarışdırıb gündə üç dəfə qulunc olan yerə yaxmaq məsləhətdir.
*Boğaz gələndə, qovuşanda, udlaqda qızartı, iltihab kəskinləşəndə, əzgil yarpağını və zoğunu qaynadıb, gündə yeməkdən əvvəl üç dəfə onun suyu ilə boğazı qarqara etmək məsləhətdir. Boğaz gələndə, qovuşanda gündə yeməkdən əvvəl üç dəfə yabanı yarpızı dəmləyib,
onun suyu ilə qarqara etmək məsləhətdir.
*Səsi batan, xırıltı ilə danışan adamlara yağlı toyuq ətindən hazırlanmış bir qab bulyonu, 20-25 dəqiqə keçəndən sonra bir fincan təzə qaynanmış ilıq suda qəndi kəmşirin edib içmək məsləhətdir.
*Sinəsində möhkəm xışıltı, bərk öskürəyi olan adamlara 15-30 gün, gündə üç dəfə yeməkdən əvvəl nar çiçəyini dəmləyib bir çay qaşığı bal ilə qarışdırıb içmək məsləhətdir. Bu xəstəliyə tutulanlara bir də dəymiş moruğu bal ilə qarışdırıb 15-20 gün yeməkdən əvvəl
üç dəfə yemək məsləhətdir.
*Mədə həzmindən əziyyət çəkənlərə yaz yağışının suyunu təmiz qaba yığıb sonra hər dəfə yeməkdən əvvəl həmin sudan bir fincan içmək məsləhətdir.
Qeyd edim ki, verilən məsləhətləri həkim nəzarəti olmadan sınaqdan keçirməyin.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Məktəbi bitirə bilməyənlər üçün eksternat imtahanlarına qeydiyyat başlayıb
Moskvadan Ankaranı məyus edən açıqlama
Bakı-Qazax qatarı ləğv edilir
BÜRCLƏR bizə nə vəd edir?-20 Mart
"Heydər zirvəsi"nə yürüş başa çatıb
Əvvəlki illərin məzunları üçün imtahandır
Sabahın HAVAsı
Gənc qızların yataq otaqları
Prezident iki icra başçısını işdən çıxardı
Mühasirədəki şəhərdə yüzlərlə azərbaycanlı qalıb
Ermənilər Gəncə şəhərini növbəti dəfə atəşə tutur - RƏSMİ
“Taxt oyunları”nın 11 həftəyə çəkilən səhnəsi
Xiyarın faydalarını bilirsinizmi?
QALİB SEÇİLDİ - İlk Avropa Oyunları yeni televizorunuzda!
Katya Lel ölən sevgilisindən üzr istədi
Ebru Polat ərə gedir
Azərbaycanlı zəvvarlar Məkkədə bir ilki gerçəkləşdirəcəklər
İstirahət gününün hava proqnozu
Qurban bayramında qeyri- iş günləri açıqlandı.
Kişi gözünə sürmə çəkə bilərmi?
Rusiyanın ən varlı qadını bəlli oldu-FOTO
Müdafiə Nazirliyindən cəbhədəki son vəziyyətlə bağlı AÇIQLAMA - VİDEO
Mehmet Ali uzun müddət sonra İLK DƏFƏ - FOTO
Rəngarəng düyülü zapekanka (foto resept)
Saçlarını günlərlə yumur - FOTO
Dəbli ofis mebelləri
Məşhur rus biznesmen Azərbaycandan üzr istədi
Müsəlmanlara mobil telefonlardan istifadə qadağan olundu
Adriana Limadan ismarıc-FOTO
Bakının mərkəzində "ayı" peyda oldu
Qış makiyajında trend rənglər
"Sara" tortu (foto-resept)
Baharla, günəşlə doğulmaq...
Bu ilin 9 ayında körpələrə ən çox verilən adlar - SİYAHI
Ağrı hissi
Dünyanın ilk smart eynəyi satılır
Sərnişinlər üçün yeni xidmət yaradıldı - FOTO
Dolu bədənli xanımlar üçün
Türkiyədə partlayış baş verib
Əlillərə iş verməyənlər cəzalanacaq
Yuri Podolyaka: “Bir neçə həftə qalıb, hər şey Azərbaycan Ordusunun əlindədir”
Rusiyada "Donuz qripi" tüğyan edir
Demet Şener sabah ərə gedir-FOTO
Qadin.Netlilərlə səyahət (4-cü hissə)
Azərbaycanın seysmoloji baxımdan ən təhlükəli zonası haradır?
Fəsil yorğunluğu pəhrizi
Azərbaycana əlilliyi olan sərnişinlər üçün xüsusi avtobusların gətirilməsinə başlanılıb
Baharın gəlişi şəkillərdə
Dodaq boyasını canlı saxlamaq sirləri
"Oskar" mükafatı: ən yaxşılar seçildi - FOTO
- ŞƏRHLƏR