Yenə də həmin dalğa, həmin koordinat. Ermənistan tərəfi yenə də köhnə üsullara əl atıb. Cəbhədə gərginlik yaradır. Diqqət yayındırır. Ermənistan rəhbərliyi adətən bu tip təxribatları nə vaxt yaradır, ölkədaxili problemləri olanda.Gəlin baxaq, Ermənistan daxilində nələr baş verir? İrəvanda Sarkisyan əleyhinə etirazlar baş qaldırıb. “Sarkisyan Qarabağı təhvil verir”, “Güzəştə gedilməməlidir” tipli şüarlar səsləndirilir, prezidentə istefa çağırışları edilir. İndi Serj təxribatları ilə təmas nöqtəsində göstərmək istəyir ki, yox o güzəştə getmir, o vuruşur, üstəlik “Bloomberg”ə müsahibə verir, danışıqlardan, rus sülhməramlılarının Qarabağda yerləşdirilməsindən imtina etdiyini açıqlayır. Aprelin əvvələrində ordunun uğursuzluqları erməni əhalisinin böyük narahatlığına səbəb olub. Əsgərlər, valideynlər israr edirlər ki, bizim silah-sursatla təchizatımız yetərində olsaydı, itkilərimiz bu qədər çox olmazdı. Odur ki, Sarksyan Müdafiə Nazirliyi sistemində təcili islahat apardı. Silah-sursata, maddi-texniki təchizata cavbdeh 3 generalı işdən qovdu. Özü də bu generallar prezidentə yaxın şəxslərdir. Bununla o, hətta yaxınlarına belə güzəştə getmədiyini göstərməyə çalışır.Erməni mətbuatı istisna etmir ki, MN-də aparılan yoxlamalar, nazir Seyran Ohanyanın da tutduğu postdan getməsini tezləşdirir. Lakin ən böyük qorxu Sarkisyandadır, hadisələrin gedişatı bunu belə göstərir. Müxalifət də fəallaşıb, eks xarici işlər naziri Vardan Oskanyan yeni partiya yaradır. Oskanyan Koçaryanın adamı kimi tanınır. O Rusiyadan Ermənistana geri qayıdıb və açıq elan edib ki, Sarkisyana dəstək vermək niyyətində deyil. Ermənistanın hərbi rejimi xaricdən də dəstək almır. Qərbin Ermənistan münasibəti Rusiyaya olan münasibəti ilə eynidir. Uydurma soyqırımda Sarkisyanın yanında Hollivud ulduzu oturmuşdu, bütün baş verənlər Sarkisyanın reytinqini aşağı salıb, odur ki, diqqəti yönəldib cəbhəyə.Keçmiş xüsusi xidmət orqanı əməkdaşı Mirsaleh Axundov bildirir ki, Sarkisyanın bütün səyləri öz reytinqini qaldırmağa yönəlib: “O reytinqini qaldırmaq üçün cəhdlər göstərəcək. Bu döyüş hazırlığıdır. Mövqelərin geri qaytarılmasına cəhdlər də bu adamın öz reytinqini qaldırmağa tuşlanıb.” Sarkisyanın, Lavrov heç bir yeni təklif gətirməmişdi - ifadəsi də səbəbsiz deyil. Rusiya XİN rəsmisi Mariya Zaxarova da demişdi ki, Lavrov hara gedirsə əlboş getmir. Mirsaleh Axundov hesab edir ki, Lavrovun təkliflərini Petrosyan prezident olarkən, vaxtilə razılaşdırmışdı. Sarkisyan ona görə qorxur ki, şərtləri qəbul etsə, o yaşatdığı kimi, ona da Petrosyana aqibətini yaşadacaqlar.Hakimiyyəti əldə saxlamaq üçün Ermənistan nəinki cəbhədə, öz daxilində də öz xalqına qarşı qan tökməyə həmişə hazır olub. Qarabağ münaqişəsinin həlli ilə bağlı irələyiş olanda, ilk əvvəl Ter Petrosyanın hakimiyyəti dövründə Sarksyan-Koçaryan tandemi güc yolu ilə hakimiyyəti devirdilər, eyni ssenari 99-cu ildə də təkrarlandı. Ermənistan parlamentində gülləbaran təşkil edilməklə Qarabağ klanı yenidən hakimiyyətini möhkmələndirə bildi. 2008-ci ildə mitinqə toplaşan xalqa atəş açdı, Sairkisyan bu dəfə də avtobus partlatmaqla diqqət yayındırır. Gözlənilir ki, qarşıdakı aylarda da Ermənistan təmas xəttində təxribatlar törətməkdə davam edəcək. Biz buna hazır olmalıyıq.
Mənbə: ANS PRESS
XƏBƏR LENTİ
Suyun verilməsində məhdudiyyət olacaq - ƏRAZİLƏR
Qara çayın faydaları
Mükəmməl saçlara xüsusi qulluq
Pensiyaçılara ŞAD XƏBƏR
Prezidentlərin görüşü gözlənilir
Qarğıdalı salatı (foto resept)
Davosda sensasiyalı açıqlama: "Avropa Birliyi dağılacaq!"
31 barmaqlı körpə doğuldu
Can Yamanı İspaniyada 2000 fanat qarşıladı
Nə üçün əsgər paltarları xaki rəngdədir?
İnsan orqanizmi üçün zərərli olan ərzaqlar
Quru pomidor salatı (foto-resept)
O qədər xoşbəxtdir ki...
Boksçumuzdan nokaut
Yoluxmalarla bağlı karantinin yenidən sərtləşdirilməsi mümkündür? - AÇIQLAMA
İlham Əliyev soyqırımı qurbanlarını andı - FOTO
Kim Çen In yeni nüvə silahını sınaqdan keçirmək niyətindədir
Rəngarəng donlar
Düşünün və tapın
Qara sarımsağın inanılmaz faydaları
Arıqladan detokslar
Gülüş: qatil, yoxsa xilaskar?
Bicsən, ya ağıllı? (Test)
Dünyanın ən yaşlı atasının taleyi-FOTO
Əsəbləri sakitləşdirən üsullar
Sellülit
Məşhur aktrisa qorxunc qəza keçirdi-FOTO
"Arka sokaklar"ın Mesutu yenidən ata olacaq
Qeyri-adi aksesuarlar
25 ən təhlükəli ərzaq - SİYAHI
Zipjetin araşdırdığı 18 sakit ölkə
Bütün dövrlərin stili
Emir Berke Zincidi kimdir?
Azərbaycan hərbçisindən çağırış - VİDEO
Sürücülər bu xəbəri mütləq izləsin
Cem Yılmaz Fəxri Xiyabanı ziyarət edib - FOTO
Karantin rejiminin sərtləşdirilməsi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bakı bulvarında inanılmaz görüntülər - Minlərlə balıq sahilə çıxdı - VİDEO
Hadise geyimi ilə TƏƏCCÜBLƏNDİRDİ_FOTO
"Arvadlarınızın açıq-saçıq şəkillərini saxlamayın"
3 il yaşayan qızılgül
Eyni bal toplayanlar arasında seçim necə aparılacaq? - RƏSMİ
Təhsil Nazirliyindən orta məktəblərdə bu günə olan koronavirusa yoluxma ilə bağlı AÇIQLAMA
Ceyhun Bayramov BQXK-nin baş direktoru ilə görüşdü
Estoniya Prezidenti İlham Əliyevi yenidən Azərbaycan Prezidenti seçilməsi münasibətilə təbrik edib
Məşhur aktrisa 80 yaşlı biznesmenə ərə getdi-FOTO
Azərbaycanlı gənclər Türkiyəni HEYRƏTƏ GƏTİRDİ - VİDEO
Gülben Ergendən fərqli etiraf
Bella Hadid ərəblərdən üzr istədi-SƏBƏB
Hava Nəqliyyatında polis işləmək istəyənlərin nəzərinə