Bu gün də sizə yazıçı-publisist, biologiya üzrə fəlsəfə doktoru Nübar xanım Həkimovanın araşdırması nəticəsində əldə edilmiş mənbəyə əsasən şabalıdın çoxumuza məlum olmayan kimyəvi və müalicəvi xüsusiyyətlərini təqdim edəcəyik. Ümid edirik ki, faydalanacaqsınız.
Şabalıdın tərkibi. Aparılan təcrübə işlərinin nəticəsində məlum olmuşdur ki, şabalıdın tərkibində 7,9% sulukarbohidratlar, 5,8% zülal, 3,0% yağ vardır. Sulukarbohidratların 60-65%-i nişasta, 15-18%-i isə şəkərdir. Təzə şabalıd meyvələrinin tərkibində 30-40 mq% C vitamini də tapılmışdır. Xüsusilə yetişməmiş meyvələrinin tərkibində onun miqdarı daha çoxdur (1500 mq%). Şabalıd meyvələrinin həm ləpəsi, həm də qabığı askorbin turşusu almaq üçün gözəl xammal mənbəyidir. Bu bitkinin meyvələrinin tərkibi həmçinin B, B1 (0,26 mq%), B2 (0,22 mq%), A və C vitaminləri ilə zəngindir. Təzə meyvələrin miqdarda alma, limon, distrin, asparagin və s. turşular, eləcə də digər aminturşular aşkar edilmişdir.
Ləpəsində 0,2-0,4 mq% nikel, 0,1 mq% mis, 1 mq% kalsium və sfelementlər vardır. Dəmirin miqdarı 0,82-0,95 mq%-ə çatır ki, bu da alma, armud və gavalı meyvələrinin tərkibindəkindən 2-3 dəfə çoxdur. Bundan əlavə, şabalıd bitkisinin meyvələri öz kaloriliyi ilə də digər kənd təsərrüfatı bitkilərindən kəskin surətdə fərqlənir. Şabalıd bal verən bitki kimi də qiymətli sayıla bilər. Belə ki, arılar 50-70 yaşlı bir ağacın çiçəklərindən 15-20 kq-dək bal toplaya bilir. Şabalıddan alınmış balın böyük müalicəvi əhəmiyyəti vardır. Yarpağı qiymətli maddələrlə zəngindir. Belə ki, 1 yaşıl yarpağında 800 bioloji vahid, saralan yarpaqlarında isə 600 bioloji vahid K vitamini vardır və buna görə də onlar «vitamin sənayesi» üçün qiymətli xammal sayıla bilər.
Şabalıdın yarpaq, qabıq və oduncaq hissəsinin tərkibində 5%-ə qədər kversetin, hiporezid, yəni flavonoid kompleksi və 10%-ə qədər aşı maddəsi aşkar edilmişdir. 100 kq şabalıd oduncağından 20 kq qatı boyaq ekstraktı alınır. Biz dünyada ilk dəfə olaraq bu boyaq maddəsinin tərkibinə ağır metalların müxtəlif duzlarını əlavə etməklə yun ipi açıq qəhvəyi, qəhvəyi, zeytunu, qonur, tütünü, şabalıdı, şabalıdıqonur, yaşıl və s. rənglərə boyamağa nail olduq.
Şabalıd gözəl yarpaqlara, sıx və şaxlı-budaqlı cətrə malik olduğu üçün bəzək bitkisi kimi parklarda, yol və küçə kənarlarında əkilir. May-iyun aylarında çiçəklədiyi dövrdə təbiətə sarımtıl rəngli və xususi ətri olan sırğaları ilə yaraşıq verir. Bu xüsusiyyətinə görə o, dünyanın bir çox ölkələrində yaşıllaşdırma işlərində mühüm yer tutur. Bu bitki güclü və yaxşı inkişaf etmiş kök sisteminə malik olduğu üçün dağ
yamaclarını daim güclü külək və eroziyalardan da qoruyur, həm də torpaqəmələgəlmə prosesinə müsbət təsir göstərir.
XƏBƏR LENTİ
Novruz haqqında bunları bilirdiniz?
Ukraynada yeni doğulan körpəyə Avromaydan adı verildi
Bakının bu ərazilərində işıq olmayacaq
Bakıda 58 yaşlı qadın ilk dəfə ana oldu
Bu həşəratları öldürərək təbiətə zərər veririk!
Qəhrəman pilotların meyitləri qaytarıldı
Doldurulma toyuq budları (foto-resept)
Yük gəmisini lüks evə çevirdilər - FOTO
İlham Əliyevlə eyni fikirdəyik
Dünyanın "ən istedadlı gənc futbolçular"ı
Jirinovski "erməni genosidi"nə səs verənləri qınadı
İki rəngli piroq (foto resept)
Ferat Üngürü azad etdilər
Mikroblar daha çox əl vasitəsilə yoluxur
Azərbaycan üçün Ramazan və Namaz vidgeti
Övladınıza küsməyin
""Formula-1" yarışları 5 il məcburi keçirilməlidir"
Badamcıq əməliyyatı
Gün var əsrə bərabər: Ötənləri yada salaq
Xəzərdə dalğanın hündürlüyü 5 metrə çatdı - FAKTİKİ HAVA
Müəllimlərin maaşı artdı
Türkiyə prezidentinin bu jesti ermənilərə "tərs şillə" oldu
Hava haqqında
Ürək-damar xəstəliyi cavanlaşıb
"Məni sancmayan ilan, 1000 il yaşasın"
Koronavirusun hava ilə yoluxma ehtimalı açıqlandı
Bakının ilk fontan bağı
Nizami Gəncəvi Qaxda doğulub?
Sabahın HAVAsı
Hava haqqında
Kişilər üçün qol düymələri
Toxunma papaq modelləri
Qadınların "ağ yalanları"
Təhsili olmayan dahilər
Almaniya və ABŞ 1/8 finalda, Ronaldu pərişan
Zamana meydan oxuyan trendlər
Qozlu xarço şorbası
Dünya savaşı başlayır
5 duyğu orqanından əlavə sahib olduğumuz duyğular
“Eurovision” təmsilçimiz Xocalı ilə bağlı klip çəkdirdi - VİDEO
Neslihan:"Qorxularımla üzləşirəm"
Rəngarəng donlar
Tətilin SON GÜNÜ Başa çatır
Mehriban xanım və İlham Əliyev məscidin açılışında-FOTO
Muncuqla işlədiyim tablolar
15 milyon dollarlıq kolleksiya satışa çıxarıldı-FOTO
Mədə sağlamlığı üçün necə qidalanmalı?
Ziyafət donları
Qocalmağı gecikdirən maska.
Sarkisyan təyyarədə müsahibə verdi
- ŞƏRHLƏR