Bu gün də sizə yazıçı-publisist, biologiya üzrə fəlsəfə doktoru Nübar xanım Həkimovanın araşdırması nəticəsində əldə edilmiş mənbəyə əsasən şirinbiyanın çoxumuza məlum olmayan kimyəvi və müalicəvi xüsusiyyətlərini təqdim edəcəyik. Ümid edirik ki, faydalanacaqsınız.
Biyan kökündən hazırlanan preparatlardan soyuqdəymə, spazma, qıcolma, orqanların regenerasiyasının bərpa olunmasında, mədə və onikibarmaq bağırsaq yaralarının, mədə eroziyası və turşuluğun aşağı salınmasında, ödqovucu, sinir sistemi, iflic, xərçəng, SPİD, sarılıq, bir sıra dəri və s. xəstəliklərin müalicəsində geniş istifadə olunur. Dünya florasının tərkibində Paxlalılar – Fabaceae fəsiləsi 600-dən artıq cinsi, 12000-dən artıq növü əhatə edir. Bu növlər əsasən ot, kol və ağacdan ibarət olub Yer kürəsinin bütün ərazilərində yayılmışlar.
Fəsiləyə daxil olan növlərin icərisində qida, dərman əhəmiyyətli, boyaq, aşı, bəzək, nektar təbiətli faydalı bitkilərin geniş spektrinə rast gəlmək olar. Bu faydalı bitkilərdən biri də şirin biyandır.
Azərbaycanda isə 8 növünə təsadüf olunur. Bunlardan ən geniş yayılanı şirinbiyandır. Bunun kök hissəsindən xalq təsərrüfatının müxtəlif sahələrində geniş istifadə olunur. Ondan bir çox dərman preparatları hazırlanır. Şirin biyanın müalicəvi təsiri hələ çox qədim zamanlarda insanlara məlum olmuşdur. Hələ bizim eramızdan IV əsr əvvəl Teofrast göstərir ki, bu bitkidən döş və zökəm (öskürək) əleyhinə istifadə etmək olar. Bunun kök hissəsindən hazırlanan ekstraktlardan hələ 2800 il bundan əvvəl Çin xalq təbabətində istifadə olunmuşdur.
Biyanın kök və kökümsovlarının tərkibindən 0,6-15,2% qlükoza, 0,3-4,1% fruktoza, 0,3-20,3% saxaroza, 0,1-0,6% maltoza, 34%-ə qədər nişasta, mannit, 0,035% efir yağı, üzvi turşular, xolin, betain, C vitamini, karotin, 1,94- 2,39% kumarin, 5,5% aşı maddəsi, 2,02% qlikozid, izokversetin,kversetin, meratin, kempferol, 3-lyun-kobiozid, astraqalin,monoasetat, astraqalin, izoramnetiri, saporamentin, izoavrozid (folerozid), liqviritiqenin, izoliqvirtiqenin, qenvamin, foleroqenin, avrozid, neoavrozid, izoneoavrozid,
qlabranın, pinosembrin, prunetin flavonoidləri, yarpaqlarından üzvi turşulardan-fumar, limon, çaxır, alma, quzuqulağı, kəhrəba, malon, qlükon və s. aşkar edilmişdir. Hazırki dövrdə şirin biyandan hazırlanan preparatlardan bronxit, göy öskürək, vərəm, mədə yaraları, zəhərlənmə əleyhinə, xüsusən ət və göbələk zəhərlənmələrinə qarşı istifadə olunur. Böyük təbib və alim Əbu-Əli İbn Sinanın da
əsərlərində şirin biyanın müalicəvi təsiri barəsində geniş məlumatlar verilir. Şirin biyan kökündən hazırlanmış cövhəri içərkən orqanizm (gəncləşir) cavanlaşır.
Birma, Hindistan, Cin və Vyetnam olkələrində şirin biyan köklərindən hazırlanan cövhərlərlə sarılıq, mədə-bağırsağı, xüsusən də qastriti gözəl müalicə edirlər. Tibet təbabətində şirin biyan kökləri ilə vərəm, ürək və soyuqdəymə xəstəliklərini müalicə edirlər. Bundan başqa, ondan ilan vurmada, əqrəb sancmada, qudurmuş it dişləməsi əleyhinə də istifadə olunur. Şirin biyandan maddələr mübadiləsinin nizama salınmasında, iflic-sinir xəstəliklərinin müalicəsində istifadə edilir. Avropa ölkələrində şirin biyandan dərman vasitəsi kimi XII əsrlərdən istifadə edilməyə başlanmışdır. Hazırda bütün Avropa ölkələri onu öz dövlət farmakopeyasına daxil etmişlər. Şirin biyanın müalicəvi xüsusiyyətləri bizim ölkəmizdə də çoxdan məlum idi. Şirin biyandan hazırlanmış preparatlar müxtəlif xəstəliklərin müalicəsində də geniş tətbiq olunur.
Son zamanlarda şirin biyan kökünə olan tələbat xeyli artmışdır. Bu da ondan uç yeni quruluşlu birləşmələrin əldə edilməsi ilə əlaqədar olmuşdur. Bu birləşmələrin təsiri isə böyrəküstü vəzinin ifraz etdiyi hormonun təsir xüsusiyyətlərinə olduqca yaxın olmasıdır. Bu birləşmələrin içərisində ən əhəmiyyətliləri isə qliserrizin və qliserrat turşuları təşkil edir ki, bunlar da əsasən şirin biyan köklərindən alınan bioloji-aktiv preparatların əsas tərkib hissələrini təşkil edirlər. Bunlar hormonal xüsusiyyətli, allergiya, spazma və eləcə də soyuqdəymə xəstəliklərinə qarşı istifadə olunan preparatlar hesab edilir, Kartizon preparatı xüsusiyyətlərinə malik olan bu maddələr bir çox xarici ölkələrdə «Addison» vəzinin fəaliyyətinin pozulması nəticəsində orqanizmdə baş verən su və mineral maddələrin pozulması əleyhinə işlədilir. Biyanın kökündən alınmış ekstraktiv və siroplu cövhərlər mədə yaralarını, onikibarmaq bağırsaq, sinir və sairə xəstəliklərin müalicəsində istifadə olunur. Bu qlisirrizin xassəli turş birləşmələr öz kimyəvi xüsusiyyətlərinə görə fenol tərkibli steroidlərə oxşayırlar. Biyan şirəsi ilə mədə yaralarını müalicə edən zaman gün ərzində 40 q şirə daxilə qəbul edilirsə, bu zaman ağrı tezliklə kəsilir, 4 həftədən sonra yara tamamilə qaysaq bağlayaraq sağalır.
Biyan şirəsindən ekzema və zəhərlənmə əleyhinə də istifadə edilərək müsbət nəticələr əldə olunmuşdur. Qlisirrizin turşusu soyuqdəymə əleyhinə də işlədilir. Prof. V.İ.Litvinenko və onun əməkdaşları tərəfindən şirin biyanın kökündən flavonoid birləşmələri əldə olunmuşdur. Onlar bu maddələrdən yeni dərman preparatları hazırlayıb onlara linkiviritin və flakorbin adı vermişlər. Yeni alınmış bu preparatlar Xarkov Kimya Əczacılıq İnstitutunda müxtəlif heyvanlar üzərində sınaqdan keçirilərək belə nəticə alınmışdır ki, yeni dərman preparatları qıcolma, soyuqdəymə, yarasağaldıcı xüsusiyyətlərə malikdir. Biyan kökündən alınmış şirədən isə mədə-bağırsaq xəstəliklərinin müalicəsində istifadə olunur. Son zamanlar şirin biyandan alınan preparatlar müxtəlif dövlətlərin farmakopeyasına daxil edilərək bir sıra xəstəliklərin müalicəsində geniş istifadə olunur.
XƏBƏR LENTİ
Qadin.Netlə bağlı ən xoş xatirələrimiz - 3
20 yaşlı qız hamilə olduğunu doğuş zamanı öyrəndi
Prezidentdən GÖSTƏRİŞ - 190 manatlıq birdəfəlik ödəmə avqustda da veriləcək
Ərdoğan: “Fələstindən Liviyaya, Dağlıq Qarabağdan Suriyayadək müsəlmanların yanındayıq” - VİDEO
Ötən il uşaqlara qoyulan ən qəribə adlar
Ütünü necə təmizləməli?
Şokoladlı tost (foto resept)
Ukraynada ara yenidən qarışdı
Xaricdə təhsil almaq istəyənlərə müjdə
Göz qələmini 3 aydan artıq işlətməyin
Yuxu ilə bağlı 20 həqiqət
Gözəllik üçün sağlamlığından olanlar
Bensunun 150 minlik hədiyyəsi-FOTO
Xanımların nəzərinə: əgər işləyirsinizsə...
"İran şerinin şahı"-Şəhriyarın həyatından deyilməmiş sözlər
Bakıda 5 mindən çox valideyn övladını məktəbə göndərməkdən imtina etdi
Gələn ilin dövlət büdcəsi nəyə xərclənəcək?
Hollivud ulduzu İçərişəhərdə
Doğulduğunuz aya görə xasiyyətinizi müəyyənləşdirin.
Günün ulduz falı - 20.12.2013
Qızardılmış meyvə piroqu (foto resept)
Prezident İlham Əliyev: ""ASAN xidmət" hər bir dövlət orqanı üçün nümunədir"
Pesto souslu makaron (foto resept)
Ermənilər Türkiyəyə vizasız gedə biləcəklər
Tənbəlliyin səbəbləri
Qarğıdalı unundan hazırlanan maskalar
Bir neçə rayonda qaz problemi olacaq
Etna oyandı
Azərbaycan çimərliklərində vəba təhlükəsi yoxlanıldı
Prezident ailəsində xoş gün
Məşhur aktyor öldü
Yaddaş silinə bilərmi?
İtaliya COVID-19-a yoluxanların sayına görə Çini ötdü
Çox yaşamağın asan sirri
Günün qoroskopu: maliyyə fonu uğursuzdur
Tətildən sonra dəri və saç baxımı
Bu gün səni istədim
4 kameralı Huawei smartfonu təqdim olundu
Son vaxtlar “donan” Xəzər dənizində daha bir narahatedici vəziyyət - Nazirlikdən AÇIQLAMA
Kvanç haqqında daha bir İDDİA-FOTO
Unikal almaz 32,6 milyon dollara satıldı
Məşhur aktrisadan Estetik Əməliyyat Açıqlaması-FOTO
Nyu-York küçələrində koronavirusdan ölənlər üçün soyuducular peyda olub
Antonio Banderas koronavirusa qalib gəldi
Uşaqlar maska taxmalıdırmı?
Azərbaycanda ən çox qar yağan yer açıqlandı
Üç ələk
İngilis dili-Ll
Operativ Qərargah xəbərdarlıq etdi
Sevdiyiniz insan sizi sevmirsə, nə etməli?
- ŞƏRHLƏR