Bu gün də sizə yazıçı-publisist, biologiya üzrə fəlsəfə doktoru Nübar xanım Həkimovanın araşdırması nəticəsində əldə edilmiş mənbəyə əsasən kökün çoxumuza məlum olmayan kimyəvi və müalicəvi xüsusiyyətlərini təqdim edəcəyəm. Ümid edirəm ki, faydalanacaqsınız.
Dünya florasında kök cinsinin 60-a qədər növü yayılmışdır. Kök cinsinə daxil olan növlərin əksəriyyəti birillik, ikiillik kökümeyvəli ot bitkiləri sayılır. Dünyada kökün 50-dən artıq sortu becərilir. Əkilən kök ikiillik, ətli kokumsovu olan ot bitkisidir. Qida və ədviyyat kimi ən qiymətlisi qırmızı, narıncı-qırmızı, bəzən sarı, bənövşəyi, ağımtıl-yaşıl, tünd bənövşəyi rəngdə olan kök sortlarıdır. Kökümsovunun tərkibində 88,8% su, 1,1% azotlu birləşmələr, 0,2% piyli yağ, 9,2% sulu karbohidratlar, meyvəsinin tərkibindən 28,50 mq% K, 19,20% Ca, 3,60 mq% Mg, 0,07 mq% Fe makroelementləri və 19,70 mq% Mn, 8,63 mq% Cu, 27,90 mq% Zn, 0,56 mq% Cr, 14,56 mq% Al, 64,04% Ba, 0,20 mq% Se, 1,04% mq Ni, 7,60 mq% Sr, 0,48 mq% Pb, 67,20 mq% B, 0,09 mq% J, 3,90 mq% Br mikroelementləri vardır. Bundan əlavə, meyvələrdə vitamin qruplarından 25 mq% A, B„ B2, B6, D, H, E, K və PP, piy və efir yağı, flavonoid birləşmələri,
fizioloji fəal maddələrdən – sterol, lesitin və s. fermentlər tapılmışdır. Kökümsovu adi və bişirilmiş halda istifadə edilir. Bunu xırda-xırda doğrayıb ədviyyat kimi bir çox xörəklərin və qida məhsullarının tərkibinə qatqı kimi əlavə edirlər. Kökdən alınan karotin, şirə və cövhərlər bir çox xəstəliyin sağalmasına müsbət təsir gostərir. Bunlardan qanazlığında və hipertoniya xəstəliyində və eləcə də südü az olan
qadınlar istifadə edə bilərlər. Kökün sellüloz hissəsindən isə orqanizmdə əmələ gələn xolesterinin kənar edilməsində istifadə
olunur, qırmızı rəngli kökdən alınan karotinoid piy, kərə və marqarin məhsullarının rənglənməsində tətbiq olunur.
Toxumun tərkibində 13% yağ, 1,6% efir yağı vardır. Çiçəklərinin tərkibindən antosian və flavonoid maddələri, yaşıl hissəsindən isə karotin və s. alınır. Kökün toxumlarından hazırlanan daukarin preparatından qıcolmada və qan damarlarının genişlənməsində istifadə
olunur. Tərkibində zəngin vitaminlərin olması ondan avitaminozda, qanazlığında, ürək-damar xəstəliklərində, eləcə də qaraciyər, böyrək xəstəliyində, görmə pozğunluqlarında, qəbizlikdə və s. istifadəyə imkan verir. Xalq təbabətində yerkökünün meyvələrindən alınmış şirəni bal ilə qarışdırıb (1:1 nisbətində) soyuqdəymədə, mədə-bağırsaq pozğunluqlarında istifadə edilir. Bundan əlavə, onun şirəsindən ağızda baş verən iltihabın aradan qaldırılmasında istifadə olunur. Toxumlarından hazırlanan cövhərlərdən böyrək və sidik
kisəsindən daş və qumun kənar olunmasında istifadəsi, duz mübadiləsi pozulduqda isə daxilə qəbul edilməsi məsləhət görülür.
Yerkökü qanazlığı, ürək-damar, böyrək xəstəliklərinə yaxşı təsir göstərir, bədəndə olan zərərli mikrobları məhv edir. O, bəlğəm, göyöskürəyin müalicəsində effektlidir. Bununla yanaşı, yerkökü sidik yollarının təmizlənməsinə və böyrəyin fəaliyyətinə də kömək edir, mədəni möhkəmlədir, həzmi yaxşılaşdırır. Yerkökü mürəbbəsi əhvali-ruhiyyəni yüksəldir, tərəfləri fizioloji cəhətdən aktivləşdirir. Bədəndə baş verən süstlüyün qarşısını alır, bədəni gümrahlaşdırır, müqavimətini artırır. O, həmçinin qaraciyərin fəaliyyətini tənzimləyir, bağırsaqları yumşaq saxlayır, ifrazı asanlaşdırır. Dişdibi ətlərinin müalicəsinə yaxşı təsir göstərir, ağız qurumasının qarşısını alır, tüpürcək vəzisini tənzimləyir, iştahsızlığı aradan qaldırır, gözün görmə qabiliyyətini artırır.
Yerkökü şirəsi qəbul edən adamın sifəti duru olur. Hamilə qadınlara yerkökü şirəsi qəbul etmək məsləhətdir. Kökdən hazırlanmış maskalardan kosmetikada geniş istifadə olunur. Qırmızı rəngli kök meyvəsinin tərkibində çoxlu karotin olduğuna görə, onu nazik hissələrə bölür və irinli yaraların, yanıqların üzərinə qoyub müalicə edirlər.
XƏBƏR LENTİ
Novruz haqqında bunları bilirdiniz?
Ukraynada yeni doğulan körpəyə Avromaydan adı verildi
Bakının bu ərazilərində işıq olmayacaq
Bakıda 58 yaşlı qadın ilk dəfə ana oldu
Bu həşəratları öldürərək təbiətə zərər veririk!
Qəhrəman pilotların meyitləri qaytarıldı
Doldurulma toyuq budları (foto-resept)
Yük gəmisini lüks evə çevirdilər - FOTO
İlham Əliyevlə eyni fikirdəyik
Dünyanın "ən istedadlı gənc futbolçular"ı
Jirinovski "erməni genosidi"nə səs verənləri qınadı
İki rəngli piroq (foto resept)
Ferat Üngürü azad etdilər
Mikroblar daha çox əl vasitəsilə yoluxur
Azərbaycan üçün Ramazan və Namaz vidgeti
Övladınıza küsməyin
""Formula-1" yarışları 5 il məcburi keçirilməlidir"
Badamcıq əməliyyatı
Gün var əsrə bərabər: Ötənləri yada salaq
Xəzərdə dalğanın hündürlüyü 5 metrə çatdı - FAKTİKİ HAVA
Müəllimlərin maaşı artdı
Türkiyə prezidentinin bu jesti ermənilərə "tərs şillə" oldu
Hava haqqında
Ürək-damar xəstəliyi cavanlaşıb
"Məni sancmayan ilan, 1000 il yaşasın"
Koronavirusun hava ilə yoluxma ehtimalı açıqlandı
Bakının ilk fontan bağı
Nizami Gəncəvi Qaxda doğulub?
Sabahın HAVAsı
Hava haqqında
Kişilər üçün qol düymələri
Toxunma papaq modelləri
Qadınların "ağ yalanları"
Təhsili olmayan dahilər
Almaniya və ABŞ 1/8 finalda, Ronaldu pərişan
Zamana meydan oxuyan trendlər
Qozlu xarço şorbası
Dünya savaşı başlayır
5 duyğu orqanından əlavə sahib olduğumuz duyğular
“Eurovision” təmsilçimiz Xocalı ilə bağlı klip çəkdirdi - VİDEO
Neslihan:"Qorxularımla üzləşirəm"
Rəngarəng donlar
Tətilin SON GÜNÜ Başa çatır
Mehriban xanım və İlham Əliyev məscidin açılışında-FOTO
Muncuqla işlədiyim tablolar
15 milyon dollarlıq kolleksiya satışa çıxarıldı-FOTO
Mədə sağlamlığı üçün necə qidalanmalı?
Ziyafət donları
Qocalmağı gecikdirən maska.
Sarkisyan təyyarədə müsahibə verdi
- ŞƏRHLƏR