Xəbər verdiyimiz kimi, məşhur kino ulduzu Ozan Güvənin sevgilisi Deniz Bulutsuza zorakılıq tətbiq etməsi ölkənin əsas gündəm mövzularından biri olub.
Qadin.Net publika.az-a istinadən xəbər verir ki, aktyorun yaxın dostu Cem Yılmaz hadisədə tərəf tutmaq istəməsə də, məsələyə biganə qalmayıb. O, bu barədə tvit atıb:
“Əziz dostlar, qadınlara qarşı zorakılıq mövzusunda tərəf tutmağımdan söhbət belə gedə bilməz. Bu mövzu mübahisələrə bağlıdır. Dostumun başına gələnlər haqqında fikrimi bilmək istəyinizi başa düşsəm də, üzülməkdən başqa heç bir münasibətim yoxdur. Bu mövzunu sosial şəbəkələrdə siz müzakirəyə çıxarıb linç qazanı qaynadırsınız. Aləm bir-birinə dəyir, çox üzgünəm”.