Şəki şəhəri 2016-cı il üçün "Türk dünyasının mədəniyyət paytaxtı" elan olunub.
2015-ci ildə Türkmənistanın Marı şəhərində TÜRKSOY mədəniyyət nazirləri Daimi Şurasının növbəti 33-cü toplantısı öz işinə başlayıb. Toplantıda ölkəmizi mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir. Toplantı çərçivəsində ötən il həyata keçirilmiş layihələrə dair TÜRKSOY Baş katibinin hesabatı dinlənilib, 2016-cı il üçün tədbirlər planı təsdiqlənib.
Milli.Az xəbər verir ki, Nazirlikdən Azərtac-a bildirilib ki, toplantıda çıxış edən mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev TÜRKSOY təşkilatı tərəfindən həyata keçirilən "Türk dünyasının mədəniyyət paytaxtı" layihəsinin əhəmiyyətini vurğulayıb. O, Azərbaycanın qədim tarixi və mədəni mərkəzlərindən biri olan Şəki şəhərinin 2016-cı il üçün türk dünyasının mədəniyyət paytaxtı elan olunması ilə bağlı Azərbaycan tərəfinin təklifinin TÜRKSOY təşkilatı tərəfindən nəzərdən keçirilməsini xahiş edib.
Vurğulayıb ki, füsunkar təbiəti, nadir tarix-memarlıq abidələri, inkişaf etmiş sənətkarlığı, zəngin irsinin qorunması nəticəsində bu gün Azərbaycanda turizmin yüksək səviyyədə inkişaf etdiyi bölgələrdən birinə çevrilmiş Şəkinin türk dünyasının mədəniyyət paytaxtı elan olunması unikal mədəniyyətimizin təşviqində əhəmiyyətli rol oyanacaq.
Nazirin birinci müavini TÜRKSOY təşkilatının 2015-ci il üçün iş planına Azərbaycanın tanınmış şairlərindən biri olan Bəxtiyar Vahabzadənin 90 illik yubileyinin qeyd edilməsi ilə bağlı tədbirlərin salınması və bununla bağlı təşkilata üzv ölkələrdə müxtəlif tədbirlərin keçirildiyini qeyd edib. Vurğulayıb ki, TÜRKSOY-un təşkilatçılığı ilə Bəxtiyar Vahabzadənin 90 illik yubileyi ilə əlaqədar "Türk dillərində Bəxtiyar Vahabzadənin 90 şeiri" kitabı nəşr olunaraq Bakıda, Almatıda və Bişkekdə təqdimatları keçirilib.
V.Əliyev TÜRKSOY-un Azərbaycan Hökumətinin təşkilatçılığı ilə keçirilən tədbirlərdə fəal iştirakını qeyd edərək, Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi və UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, BMT-nin Ümumdünya Turizm Təşkilatı (BMÜTT), Avropa Şurası və ISESCO-nun tərəfdaşlığı ilə 2011-ci ildən etibarən hər iki ildən bir Bakı şəhərində keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda və forum çərçivəsində keçirilən tədbirlərdə TÜRKSOY təşkilatının yüksək səviyyədə təmsil olunması barədə məlumat verib.TÜRKSOY mədəniyyət nazirləri Daimi Şurasının növbəti 33-cü toplantısının yekununda Azərbaycan tərəfinin Şəki şəhərinin 2016-cı il üçün türk dünyasının mədəniyyət paytaxtı elan olunması ilə bağlı təklifi üzv dövlətlər tərəfindən yekdilliklə müsbət qiymətləndirilib və Şəki "Türk dünyasının mədəniyyət paytaxtı" elan olunub.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Daşaltı əməliyyatında şəhid olanlar yad edildi
Hava limanlarında maraqlı dizaynlar
“Bu il mənzil bazarında qiymətlərin artacağı gözlənilir ”
Niyə məhz Qadın.Net?-4 (Son)
Şərqin ən varlı İRAQLI GÖZƏLİ
"Donuz qripi" Azərbaycan ərazisinə çatdı
Gün necə planlaşdırılmalıdır?
“Betmen maskalı qız”ın anası əməliyyatın ilkin nəticələrini göstərdi
Məşhur cütlük bir daha ayrıldı
Koronavirusa qarşı immunitetin müddəti açıqlanıb
Sağlam dəri üçün təbii maskalar
118 yaşlı Bernardonun SİRRİ-FOTO
Monika Belluçi 17 illik yoldaşı ilə bir FOTOda
Azərbaycanda daha 38 nəfər koronavirusa yoluxdu 42 nəfər sağaldı - RƏSMİ
Messi "Qızıl butsı"nın sahibi oldu
Uşağınıza ev tapşırığını sevdirin
Selena Gomez Çimərlikdə-FOTO
Azərbaycan Ordusu atəşkəs rejimini pozmayıb - RƏSMİ
Vahiməyə salan təbiət
Mehriban Əliyeva gənc ixtiraçılarla görüşüb - FOTO
8 nəvəli nənə dördəm əkizlərə hamilədir - FOTO
Əmək pensiyaları artırıldı
Avqustun ilk gününün HAVAsı
Anamın ətli sırdağı (foto resept)
127 yaşlı Eyfel
Toyuq ətli salat (foto resept)
Bakı metrosu sabah açılır - RƏSMİ
Hər kəs bu Şamdan danışır-FOTO/SƏBƏB
Hava kəskin dəyişəcək
Yadplanetliləri "Dayson kürəsi" köməyilə tapa bilərik
Hava necə olacaq?
Taksi sürücüləri 3 xarici dil bilməlidir
Bu şagirdlər buraxılış imtahanlarından azad edilib - SİYAHI
Günün ulduz falı
Damağınız qanayırsa...
12 mərtəbəli bina ölçüsündə UNO tapıldı
"Final yolunda gözəl qələbə qazandıq, amma..."
Vaxtında çəkilmiş, maraqlı şəkillər
Hava haqqında
Əzilmiş maşınları sənət nümunəsinə çevirənlər
Rəngarəng rulet (foto resept)
Azərbaycanda qızları olan ailələrlə bağlı YENİ TƏKLİFLƏR
Müəllimlər və şagirdlər ümumtəhsil məktəblərindən elektron arayış ala biləcəklər
Kondisioneri yay rejiminə keçirərkən bu nüanslara diqqət edin - ziyana düşə bilərsiz
ASAN xidmət "Diplomat"da
Mənim dilim - mənim düşmənimdir
Azərbaycanda ən çox hansı ixtisaslara ehtiyac var?
Qayınana: birgə, yoxsa ayrı yaşamalı?
Gül dərənə İnanılmaz Cəza
Temperatur 45 dərəcəyə çatacaq-Alimlərdən ŞOK XƏBƏRDARLIQ















- ŞƏRHLƏR