Bu gün də sizə yazıçı-publisist, biologiya üzrə fəlsəfə doktoru Nübar xanım Həkimovanın araşdırması nəticəsində əldə edilmiş mənbəyə əsasən kartofun çoxumuza məlum olmayan kimyəvi və müalicəvi xüsusiyyətlərini təqdim edəcəyəm. Ümid edirəm ki, faydalanacaqsınız.
Qədim dövrlərdə insanlar kartofan uzun müddət qida kimi istifadə etmək sirlərinə bələd olmadıqlarına görə ondan ərzaq kimi istifadə etmirdilər. Az sonra kartofdan nişasta almaq məqsədilə istifadə olunmağa başlanmışdır. Rusiyada ilk dövrlərdə kartofa «Şeytan meyvəsi» deyirdilər. Sonradan kartofdan ləziz xörəklərin hazırlanma sirlərini öyrənib ondan istifadə etməyə başladılar. Ruslar kartofu ikinci çörək adlandırdılar. Müxtəlif ölkələrin xalqları kartofu bir neçə adla çağırırlar. Məsələn: ispanlar hinduların dili ilə «papa», islandiyalılar göbələyə oxşar olduğuna görə «tryuflya», «tartuffoli », ingilislər «irlandiya batatı», fransızlar «tomm de terr» – «yer alması» və s. adlarla çağırırlar. Rusiyaya kartof İspaniyada əkildikdən bir əsr sonra gəlib çıxmışdır. Kartof qida əhəmiyyətli, dərman xüsusiyyətli, texniki, bəzək və nektar təbiətli bitki sayılır. Kartofun kökyumrularının tərkibində insan orqanizmi üçün lazım olan zəngin bioloji-aktiv maddələr vardır. Belə ki, onun kökyumrusunda 76,3% su, 23,7% quru maddə, 17-20,7% nişasta, 0,5-0,8% şəkər, 1-2% zulal, 1%-ə qədər mineral maddələr, o cümlədən 12-15 mq% Ca, 400-500 mq% K, 45-50 mq% P, 1 mq% Fe və s. tapılmışdır. Bundan əlavə, tərkibində C, B, B2, Bc, D, PP, K, E, U, karotinoid və s. maddələr aşkar edilmişdir. İnsan orqanizmi C vitamininə olan tələbatının yarısını kartofla təmin edir, zülal maddəsi yüksək bioloji əhəmiyyətə malikdir.
Kartofun sarı sortları karotinlə daha zəngindir, buna gorə də bu sortlar cox faydalıdır. Kartofda C vitamini cox olduğu üçün qiymətli ərzaq məhsulu sayılır. 200 qrama qədər kartofda olan C vitamini orqanizmin bu vitaminə olan gündəlik normasını təmin edir. Lakin kartofu saxladıqda C vitamini getdikcə azalır. Yerdən təzə çıxarılmış kartofda C vitamini 26-42%-dirsə, yaza qədər bunun ən çoxu üçdə biri qalır. Kartofu bişirdikdə də C vitamini itir. Onun mümkun qədər çox qalması üçün aşağıdakı şərtlərə əməl etmək məsləhətdir:
kartofun qabığını soyduqdan sonra suda çox saxlamamalı, kartofu bişirmək üçün soyuq suya yox, qaynar suya salmalı və qazanın ağzını örtüb bişirməli. Kartofdan hazırlanmış yeməklərdə C vitamini çox tez itdiyinə görə onu ertəsi günə saxlamağı məsləhət görmürlər.
Kartofda azotlu maddələr zülal, amin və amid birləşmələridir. Bunlar 6:3:1 nisbətindədirlər. Kartofun zülallarında bitkilərdə təsadüf edilən amin turşuların demək olar ki, hamısı, o cümlədən əvəz olunmaz amin turşuları vardır. Beləliklə, kartofun zülalı qiymətli zülaldır. Kartofda turşulardan: limon, oksalat, süd və alma turşuları vardır.
Yeyinti sənayesi kartofdan müxtəlif qida məhsulları – qızardılmış, dondurulmuş, kartof lopası, krupası və s. istehsal edir. 1 ton kartof yumrusundan 160 kq dekstrin və yaxud 80 kq qlükoza, 112 litr spirt və yaxud 55 kq maye karbonat turşusu alınır. Yeyinti tullantılarından isə cem, cecə, jmıx, mal-qara üçün vitaminli yem hazırlanır. Standarta uyğun gəlməyən kökyumrusundan və yaşıl hissəsindən isə donuz və quşlar üçün yem əldə edilir. 100 kq kökyumrusundan 35 yem vahidi, 2,1 kq həll olmuş formada protein əldə edilir. Kartofdan sənayedə fotolentlər, aseton, süd turşusu, plastmas, yapışqan, avtomobil təkəri, kinolentləri, suni ipək, yüksək keyfiyyətli lak, boyaq və s. məhsullar istehsal olunur. Kartofun müalicəvi xüsusiyyətləri xalqlara çoxdan məlum idi. Kartofu çiy halda yastı formada doğrayıb yanıq, ekzema olan yerlərə qoyub onları sağaldırmışlar. Kartof bitkisi Avropa ölkələrində əkildikdən sonra qısa bir vaxt ərzində sinqa xəstəliyi tamamilə aradan qalxmışdır. Kartof buxarı ilə astmatik xəstəlikləri müalicə edirdilər. Tərkibində çoxlu K vitamini olduğuna görə sidik qovucu xüsusiyyətinə malikdir.
Kartofdan ürək xəstəliyində də istifadə edilir. Çiy kök-yumrusundan alınan şirəsindən mədə və onikibarmaq bağırsaqda olan yaraların müalicəsində geniş tətbiq olunur. Çiçəklərinin tərkibində rutin maddəsi ondan tibbdə qan kapillyarlarının möhkəmləndirilməsində istifadə edilməsinə şərait yaradır. Bir sıra tibb mütəxəssisləri kartofun şirəsindən, bişirilməsindən vərəm, ürək-damar, hipertoniya xəstəliklərində, mədənin pan-kreatit vəzisinin normal işləməsində, eləcə də sidikqovucu vasitə kimi istifadə etməyi məsləhət görürlər.
Kartofda olan nişastanı un şəklinə salıb dərman həblərinin hazırlanmasında istifadə edirlər. Tibb praktikasında təzə kartofun şirəsindən istifadə edilir, belə ki, o, mədə şirəsinin turşuluğu yüksək olan qastritlərdə, qəbizlikdə və mədənin xora xəstəliyinə müsbət təsir edir. Həmçinin kartofun şirəsi hipertoniyada qan təzyiqini aşağı salır. Qədimdən çiy kartofu xalq təbabətində də işlədirdilər. Çiy kartofu sürtgəcdən keçirib bədənin yanmış yerinə, ekzemada və başqa dəri xəstəliklərində də dərinin xəstə nahiyəsinə qoyub sağaldırdılar. Bizim hər birimiz yuxarı tənəffüs yollarının xəstəliklərində kartof buxarının müalicə təsirini dəfələrlə şahidi olmuşuq.
Üzün dərisi gündən quruduqda, yaxud yandıqda dərini yumşaltmaq üçün üzə kartofdan maska qoyurlar. Bunun üçün kartofu qabıqlı bişirir, sonra qabığını soyur, əzir, qaymaqla qarışdırıb, alınmış sıyığı ilıq ikən üzə sürtürlər. Dərini qidalandırmaq, həm də müalicə məqsədi ilə ancaq sağlam, xarab olmamış kartofdan istifadə etmək olar. Çox cücərmiş və yaşıllaşmış kartofu işlətmək məsləhət deyil.
Kartofdan hazırlanan şirə ilə bir sıra xəstəliklərin – soyuqdəymələrin, yaraların müalicəsində, spazmanın aradan qaldırılmasında, həmçinin arterial təzyiqin aşağı salınmasında istifadə edilir. Kartofun tərkibində asan həzm olan şəkər maddəsi kartof bişirilən zaman nişastaya çevrilərək ehtiyat halında orqanizmdə toplanır. O şəxslər ki, zöhrəvi xəstəliklərə tutulub və eləcə də cinsi ehtiraslara kəskin meyllidirlər, onlara öz qidalanmasında kartofdan istifadə etmək məsləhət görülmür. Kartof şirəsi dəridə baş verən ləkələrin müalicəsində də geniş istifadə edilir. Bu da şirənin tərkibində çoxlu miqdar K, S, P və Cl elementlərinin olması ilə izah edilir. Buradan aydın olur ki, kartof yalnız «ikinci çörək » olmayıb, həm də qiymətli dərman və texniki bitki sayılır.

Kartofdan hazırlanan sıyıqlardan, maska və nişasta tərkibli vitaminli mazlardan kosmetikada geniş istifadə edilir. Hazırda dünyada kartofun yüzlərcə məhsuldar və xəstəliyə davamlı sortları əldə olunmuşdur. Respublikamızın əhalisinin kartofa olan tələbatını nəzərə alıb, onun geniş əkin sahələrini genişləndirmək lazımdır. Kartofu Azərbaycanın bütün iqlim zonalarında əkib becərmək olar. Kartofun tərkibində çoxlu miqdar K, S, P və Cl olduğundan ondan alınan şirədən istifadə edib dəridə baş verən ləkələri müalicə etmək olar.
Kartofun çiçəklərindən hazırlanan preparatların köməyi ilə mədədə, qaraciyər və daxili orqanların müxtəlif nahiyələrində əmələ gələn xərçəng çöplərinin inkişafını dayandırmağa nail olmaq mümkündür.
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
İlin ən səs-küylü ayrılıqları - FOTO
Rahat ev geyimləri
Ruslardan ermənilərə etiraz: "Rədd olun!"
Məşhur aparıcı FOTOsuna görə tənqid olundu
Aparıcı 4 milyonluq evini partlatdı-FOTO
Nürgül Yeşilçay TOY üçün oğlunun razılığını aldı
Yür kürəsi partlaya bilər
“McDonald’s”ın qadağan olunduğu 8 ölkə
Kartoflu keks (foto-resept)
Saç düzümləri
“Eyni anda min qadın sevə bilərəm!” - Nejat İşlər
Prezident: “Ermənistanın sabiq müdafiə nazirinin bacısı Azərbaycanda yaşayır”
Əhalinin gəlirləri artıb
Azərbaycan ordusu düşmənin zenit qurğusunu dəqiq atəşlə məhv etdi - VİDEO
İrina Şeyk yeni FOTO paylaşdı
2013-cü ilin saç modelləri
Demet Özdemir İlk Dəfə ETİRAF etdi-FOTO
Xoşbəxtlik üçün azərbaycanlıya nə qədər pul çatar?
Sürücülərə XƏBƏRDARLIQ: "Ayaq tərləyir və sürüşür"
Bakıda bütün taksi qiymətləri eyni olacaq - VİDEO
Tərəvəzləriniz uzun ömürlü olsun
Laçın rayonunun işğaldan azad olunan Güləbürd kəndi - VİDEO
Möhtəşəm ziyafət ayaqqabıları
Azərbaycanımızın şəhər və rayonları
Yolunuz açıq olsun
Şahzadənin xanımı xəstəxanaya yerləşdirilib
"Atletiko" növbəti mövsüm dağılacaq?
Nazirlik: "192 tələbə kollec, 960 tələbə ali məktəblərə köçürülmək üçün qeydiyyatdan keçib"
Psixi sağlamlıq üçün 8 qayda
İtalyan üsulu çiyələkli keks (foto resept)
Just for girls
"Fəzailət xanım və qızları" məhkəməlik oldu-FOTO
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Gözaltındakı torbalardan necə xilas olmalı?
Yaşlanmanı gecikdirən bəsit üsul
Rayonlara getməyə cəhd edənlər geri qaytarılacaq - AÇIQLAMA
Çörək alarkən nəyə diqqət etməli?
Azərbaycanda yeni rəqəmsal televiziya brendi yaranacaq
Seda Sayandan qəribə etiraf
Azərbaycanda daha altı nəfər koronavirusdan öldü: 396 yeni yoluxma
Bazarlara nübar meyvələr çıxıb: qiymətlər dağ başında - FOTO
131-ci arvadı almağa ömür "vəfa" etmədi
Türkiyə HHQ-nin nümayəndələri Gəncə şəhərinə gəlib - VİDEO
Avropa Oyunlarında ilk medalımızı qazandıq
Ölkənin ən gözəl tələbəsi seçildi - FOTO
Bakı-Balakən sərnişin qatari yeni tərkibdə xəttə çıxacaq
İtaliyada bütün məktəb və universitetlər bağlandı
"You-Tube" ilə bağlı inanılmaz qərar
Bakıda bayram namazı qılınır
Pendirli "düşbərə" (foto resept)















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]