Reyhan
Aralıq dənizi ölkələri mətbəxinin əvəzolunmaz atributudur. Yeməklərdə reyhanın həm quru, həm də yaşıl yarpaqlarından istifadə etmək olar. Onun bəzi növləri ətrinə görə qərənfili və ya muskat qozunu xatırladır. Reyhanın 40 növü var. İtaliyada ən çox yayılmış növü Genoa reyhanıdır, nisbətən xırda yarpaqları və daimi ətri ilə seçilir. Pesto sousunun əsas tərkib hissəsidir. Neapol reyhanının iri yarpaqları və zərif ətri olur. Salatlarda, tərəvəz yeməklərində, sous və şorbalarda istifadə olunur. Bizim ölkəmizdə bənövşəyi rəngli reyhanlar daha çox yayılmışdır. Bənövşəyi reyhan kəskin ətrə malikdir. Əsasən salat və souslarda istifadə olunur. Pesto sousunun hazırlanmasında sizə mütləq yaşıl reyhan lazımdır. Onu yetişdirmək və ya mağazalardan almaq olar.
Oreqano
Mayoran kimilər fəsiləsindəndir. Amma dadına və ətrinə görə ondan fərqlənir. Zərif ətri ilə seçilir, diyetik xüsusiyyətlərə malikdir. İştahanı açır və həzmi yüngülləşdirir. Mayoranı xatırlatdığına görə bu göyərtilər bir-birini əvəz edə bilər. Oreqano - yunan sözü olub "dağların sevinci" deməkdir. İtalyan yeməklərini onun özünə məxsus ətrindən ayrı təsəvvür etmək olmaz. Onu daha çox pitsanın, pastanın tərkibinə vururlar. Oreqano pendirlə, göbələklə, pomidorla yaxşı uyğunlaşır. Şorbalara, xüsusi ilə pomidor şorbasına, toyuq yeməklərinə, lobya yeməklərinə, yumurta yeməklərinə əlavə olunur. Oreqanonun qurudulmuş yarpaqlarından və çiçəklərindən ədviyyat kimi istifadə olunur. Oreqano Aralıq dənizi hövzəsində bitir.
Kəklikotu
Qədim dərman bitkisidir. Qədimdən belə hesab olunurdu ki, kəklikotu cəsarət mənbəyidir. Romalı əsgərlər döyüşdən əvvəl kəklikotu vannaları qəbul edirdilər, şotland dağlıları isə döyüşdən əvvəl yabanı kəklikotu çayı içirdilər. İtalyan mətbəxində bu ədviyyatı yeməyə təzə və ya quru formada vururlar. Kəklikotu qəlyanaltıların, şorbaların, ət və balıq yeməklərinin dadını daha da ləzzətli edir.
Mayoran
Ərəb dilindən tərcümədə marjoimma müqayisə olunmayan deməkdir. Bu aşpazların sevdiyi çox kəskin ədviyyatdır. Ev şəraitində bu göyərtinin təzə, qurudulmuş, qızardılmış formasından istifadə olunur. Bu ədviyyat ət yeməklərinə, şorbalara, salatlara, içkilərə əlavə olunur və onlara xüsusi ətir, dad verir. Mayoran istiotu və başqa ədviyyatları əvəz edə bilər. 5-7 sutka mayaron yarpaqlarında qalmış sirkə belə xoş ətir əldə edir. Belə sirkəni salatlarda istifadə etmək olar, çünki o salatlara qeyri-adi dad verir. Mayarona duza qoyulmuş və marinada qoyulmuş xiyarlara, pomidorlara da xüsusi dad verir.
Rozmarin
Rozmarin tərcümədə dəniz şehi deməkdir. Qədim zamanlarda hesab edirdilər ki, bu qeyri-adi bitki insanı xoşbəxt edir, qorxulu yuxular görməsinin qarşısını alır və gənc saxlayır. Rozmarin güclü şirintəhər kamfora ətri verir, küknarın ətrini xatırladır və yüngül kəskin dada malikdir. İtalyan mətbəxində rozmarini qoyun ətindən, quzu ətindən, dovşan ətindən, qaz ətindən və balıq ətindən hazırlanmış yeməklərdə istifadə edirlər. Rozmarin kartof, badımcan, lobya yeməkləri ilə də yaxşı uyğunlaşır. Eyni zamanda rozmarini pendirə və çörək məmulatlarına da əlavə edirlər
Zəfəran
Ədviyyatların şahıdır. Zəfəran ən qədim ədviyyat növlərindəndir. Onun çox az miqdarda istifadəsi də tez hiss olunur. Zəfəranın sərinləşdirici təsiri var və kəskin dada malikdir.
Zəfəran əlavə olunmuş yeməklər xoş qızılı rəngə çalır, xüsusi ətrə malik olur və yaxşı həzm olunur. Aralıq dənizi mətbəxində zəfəran düyü, dəniz məhsulları yeməklərinə, souslara və şorbalara əlavə olunur.
Zəfəran qiymətli ədviyyatdır, bir qram təmiz zəfəran almaq üçün iki yüz min zəfəran bitkisinin telini yığmaq lazımdır. İtalyan mətbəxindəki bir çox yemək üçün zəfəran əvəzolunmaz ədviyyatdır.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Koronavirusun təcili müalicəsi vacibdir - Sübut edildi
ABŞ-da 112 illik temperatur rekordu vuruldu
Feysbuk-da səsli köməkçi
Evlilikdən sonra sevgi azalır?
Dazlaşma problemi olanlar, çarə tapıldı
Qanvermə aksiyası başa çatdı
Qabil Hüseynli: "Ərdoğan öz əkdiklərini biçməkdədir"
2,5 milyon uşaq Ebolaya yoluxa bilər
Onların sayı 70,4 milyona çatacaq
Kişi kollektivində davranış
ABŞ-da Zika virusu daşıyıcıları artıb
"Barsa"nın əfsanəvi kapitanından bədbin açıqlama
Azərbaycan efirində rekord
Bu lampalar əslində xərçəng daşıyıcısıdır
Ağızla eşidə biləcəyik
2013 Qızıl Qlobus mükafatında ulduzların geyimləri
Fermadakı köhnə maşınlar əsl xəzinə imiş
Məsləhət istəyirəm
Şirin xəmirdən hazırlanan tortlar
Ərdoğandan Vaşinqtona xəbərdarlıq
Beren Saatdan gözlənilməz gizli eşq etirafı - Mən idim...
“BTS”-in onlayn konserti olacaq
Məşhur aparıcı komaya düşdü-SƏBƏB/FOTO
Qadının əməli hər kəsi TƏƏCCÜBLƏNDİRDİ
Günün ulduz falı - 04.09.2013
Gözəllik ondur,doqquzu dondur
Laçın rayonunun işğalından 26 il ötür
Yeni eynək trendi; cat eye
Məktəbəhazırlıq qruplarına son qeydiyyat tarixi açıqlandı
Bu gün niyyət axşamıdır - Ramazan təqvimi - FOTO
DİN vətəndaşlara müraciət etdi
Yeni ilə indidən hazırlaşın
Yuxu yozmaları gərçəkdirmi?
İşləmək istəyirsiniz?
Uşaqlarda D Vitamini
Piroq
“TRT”yə açıqlaması ilə məşhurlaşan şəxs Qarabağ qazisi imiş: Ürəyində düşmən gülləsi ilə yaşayır - VİDEO
Növbəti erməni yalanı ifşa edildi
Whatsapp-dan unikal yenilik
Ermənistandan Azərbaycana avtomobil yolu çəkilir
Türk dizayner Ferrari 458 İtalia-nı dəyişdirir
Əmək pensiyasının minimum məbləği artırıldı
Çox pul gətirən yeni işlər
Hazal Kaya Alinin ikinci evliliyi imiş-FOTO
127 kq arıqladı, ölümdən qurtuldu - FOTO
Qadın.netin "xarici" xanımları (IV hissə)
Qonaq otağı dekorasiyası
Günün ulduz falı
Meksika naxışları tortlarda
Təhsil İdarəsindən rus bölməsi üzrə məktəbəhazırlıq qruplarına qəbulla bağlı AÇIQLAMA
- ŞƏRHLƏR