Qadin.NET / Ləzzət dolu ədviyyatlar

Ləzzət dolu ədviyyatlar

Ləzzət dolu ədviyyatlar

Reyhan

Aralıq dənizi ölkələri mətbəxinin əvəzolunmaz atributudur. Yeməklərdə reyhanın həm quru, həm də yaşıl yarpaqlarından istifadə etmək olar. Onun bəzi növləri ətrinə görə qərənfili və ya muskat qozunu xatırladır. Reyhanın 40 növü var. İtaliyada ən çox yayılmış növü Genoa reyhanıdır, nisbətən xırda yarpaqları və daimi ətri ilə seçilir. Pesto sousunun əsas tərkib hissəsidir. Neapol reyhanının iri yarpaqları və zərif ətri olur. Salatlarda, tərəvəz yeməklərində, sous və şorbalarda istifadə olunur. Bizim ölkəmizdə bənövşəyi rəngli reyhanlar daha çox yayılmışdır. Bənövşəyi reyhan kəskin ətrə malikdir. Əsasən salat və souslarda istifadə olunur. Pesto sousunun hazırlanmasında sizə mütləq yaşıl reyhan lazımdır. Onu yetişdirmək və ya mağazalardan almaq olar. 

Ləzzət dolu ədviyyatlar

Oreqano

Mayoran kimilər fəsiləsindəndir. Amma dadına və ətrinə görə ondan fərqlənir. Zərif ətri ilə seçilir, diyetik xüsusiyyətlərə malikdir. İştahanı açır və həzmi yüngülləşdirir. Mayoranı xatırlatdığına görə bu göyərtilər bir-birini əvəz edə bilər. Oreqano - yunan sözü olub "dağların sevinci" deməkdir. İtalyan yeməklərini onun özünə məxsus ətrindən ayrı təsəvvür etmək olmaz.  Onu daha çox pitsanın, pastanın tərkibinə vururlar. Oreqano pendirlə, göbələklə, pomidorla yaxşı uyğunlaşır. Şorbalara, xüsusi ilə pomidor şorbasına, toyuq yeməklərinə, lobya yeməklərinə, yumurta yeməklərinə əlavə olunur. Oreqanonun qurudulmuş yarpaqlarından və çiçəklərindən ədviyyat kimi istifadə olunur. Oreqano Aralıq dənizi hövzəsində bitir.

Kəklikotu

Qədim dərman bitkisidir. Qədimdən belə hesab olunurdu ki, kəklikotu cəsarət mənbəyidir. Romalı əsgərlər döyüşdən əvvəl kəklikotu vannaları qəbul edirdilər, şotland dağlıları isə döyüşdən əvvəl yabanı kəklikotu çayı içirdilər. İtalyan mətbəxində bu ədviyyatı yeməyə təzə və ya quru formada vururlar. Kəklikotu qəlyanaltıların, şorbaların, ət və balıq yeməklərinin dadını daha da ləzzətli edir. 

Ləzzət dolu ədviyyatlar

Mayoran

Ərəb dilindən tərcümədə marjoimma müqayisə olunmayan deməkdir. Bu aşpazların sevdiyi çox kəskin ədviyyatdır. Ev şəraitində bu göyərtinin təzə, qurudulmuş, qızardılmış formasından istifadə olunur. Bu ədviyyat ət yeməklərinə, şorbalara, salatlara, içkilərə əlavə olunur və onlara xüsusi ətir, dad verir. Mayoran istiotu və başqa ədviyyatları əvəz edə bilər. 5-7 sutka mayaron yarpaqlarında qalmış sirkə belə xoş ətir əldə edir. Belə sirkəni salatlarda istifadə etmək olar, çünki o salatlara qeyri-adi dad verir. Mayarona duza qoyulmuş və marinada qoyulmuş xiyarlara, pomidorlara da xüsusi dad verir. 

Ləzzət dolu ədviyyatlar

Rozmarin

Rozmarin  tərcümədə dəniz şehi deməkdir. Qədim zamanlarda hesab edirdilər ki, bu qeyri-adi bitki insanı xoşbəxt edir, qorxulu yuxular görməsinin qarşısını alır və gənc saxlayır. Rozmarin güclü şirintəhər kamfora ətri verir, küknarın ətrini xatırladır və yüngül kəskin dada malikdir.  İtalyan mətbəxində rozmarini qoyun ətindən, quzu ətindən, dovşan ətindən, qaz ətindən və balıq ətindən hazırlanmış yeməklərdə istifadə edirlər. Rozmarin kartof, badımcan, lobya yeməkləri ilə də yaxşı uyğunlaşır. Eyni zamanda rozmarini pendirə və çörək məmulatlarına da əlavə edirlər

Ləzzət dolu ədviyyatlar

Zəfəran

Ədviyyatların şahıdır. Zəfəran ən qədim ədviyyat növlərindəndir. Onun çox az miqdarda istifadəsi də tez hiss olunur. Zəfəranın sərinləşdirici təsiri var və kəskin dada malikdir.

Zəfəran əlavə olunmuş yeməklər xoş qızılı rəngə çalır, xüsusi ətrə malik olur və yaxşı həzm olunur. Aralıq dənizi mətbəxində zəfəran düyü, dəniz məhsulları yeməklərinə, souslara və şorbalara əlavə olunur.

Zəfəran qiymətli ədviyyatdır, bir qram təmiz zəfəran almaq üçün iki yüz min zəfəran bitkisinin telini yığmaq lazımdır. İtalyan mətbəxindəki bir çox yemək üçün zəfəran əvəzolunmaz ədviyyatdır.

16 yanvar 2016
GO BACK