Baş soğanın qabıqlarını zibil torbasına atmamışdan qabaq bu məqaləni oxuyun və onun faydalı tərəfləri ilə tanış olun. Qərarı yenə də özünüz verin!
Alimlər soğan qabığının bizim ağlmıza gəlməyən faydalarını üzə çıxarıblar. Məlum olub ki, onun çox güclü müalicəvi əhəmiyyəti varmış. Tərkibindəki fitonsit, vitamin, mikroelementlər və digər bioloji aktiv maddələri hesabına soğan qabığı orqanlara və orqanlar sisteminə yeni həyat bəxş edə bilir.
Çox nadir xanım evdə soğansız keçinir. Amma çoxları soğanın vitamin və minerallarla, fitonsitlərlə zəngin olduğunu, mikrobları öldürdüyünü bildiyi halda onu xoşlamır.
Təəccüblüdür, amma soğan qabığının tərkibində daha çox mikroelementlər var. O, qrip və digər virus infeksiyalarına qarşı profilaktikada kömək edir, dişləri və damağı möhkəmləndirir, göbələk xəstəlikləri ilə mübarizə aparır, döyənəklər, kəpək, dermatitləri və s. dəri xəstəlikərinin sağalmasına yardımçı olur. Qabıqdan hazırlanan məhlul bronxit, bronxial astma zamanı müalicə edir, kişi gücünü artırır, menstrual tsikli bərpa edir. Soğan qabığı sidik sistemi orqanlarının iltihabı və qəbizlik zamanı da faydalıdır. Məhlul alergiyanı birdəfəlik unutmağa, ürək-qan damar sistemi üçün də xeyirlidir. Bəzi şiş xəstəliklərinin müalicəsində də soğan qabığı məhlulundan istifadə edilir. Soğan qabığının faydalarından bir kitab belə yazmaq olar!
Və ən əsası!
Sübut edilib ki, soğan qabığı sayəsində orqanizimi yenidən canlandırmaq mümkündür. O, orqanizmi toksin və şlaklardan təmizləyir. Bununla yanaşı soğan qabığı heç bir əks təsirə malik deyil!
Demək olar ki, soğan qabığı-əsl təbii dərmandır: sadə, ucuz, təhlükəsiz və əlçatan.
Təkcə məlhəm deyil, həm də evdə köməkçidir!
1. Soğan qabığı-Bitkilərə qulluq vastəsi kimi
Soğan qabığının suda qaydadılmış məhlulu ilə ev bitkilərinizi yuya bilərsiniz. Bu zaman siz bitkiləri müxtəlif bakteriyalardan və xəstəlik törədən gənələrdən qorumuş olarsınız. Bir litirlik bankaya 1stəkan soğan qabığı götürün və qaynar su əlavə edin. Bunu 1 sutka saxlayın. Bu məhlula yarpaqları silin, xüsusilə də alt hissəllərini. Bir sutkadan sonra bitkini təmiz su ilə yuyun. Bu məhlulu gübrə kimi də istifadə etmək olar.
2. Soğan qabığı-ateroskleroza qarşı
Spirtli məhlulu 1x/q duru yağa (refinə olunmamış) 20 damcı əlavə edib, gündə 3 dəfə yeməkdən əvvəl qəbul edilir. Bu cür məhlul ayaqdakı göbələyə qarşı da istifadə olunaraq gözəl effekt verir. Məhlulu hazırlamaq üçün 1hissə sogan qabığı şüşə qaba doldurulur, bura spirt və ya araq əlavə olunur (5-7 hissə). Bir həftə qaranlıq yerdə saxlanılır. Sonra məhlul şəffaf olmayan şüşə qaba süzülməlidir.
3. Şiş və varikozla mübarizədə soğan qabıqlı yağ
Ayaqdakı ağrı və yorğunluğu soğan qabığından hazırlanmış məhlul vannası tamamilə aradan qaldıra bilir. Amma daha effektli soğan qabığı tərkibli yağ və kremlər təsir göstərir. Yağı hazırlamaq üçün-bir qədər qabığı götürün və ovuşdurun, 2x/q zeytun yağı və ya üzüm çəyirdəyi yağı əlavə edin. 10-12 gün şüşə qabda saxlayın. Bu yağla ayaqlarınızı həftədə 2-3 dəfə masaj edin. Soyuducuda 3 ay müddətində saxlanıla bilər.
4. Ağız yaxalamaq üçün məhlul
Stomatik və ya parodontoz zamanı, soğan qabığı dəmləməsini gündə 2 dəfə 7-10 gün ərzində ağzı yaxalamaq lazımdır. Dəmləmə bu şəkildə hazırlanır: 3x/q xırdalanmış soğan qabığı 0,5 litr su əlavə olunur və zəif odda qaynayana kimi saxlanılır. Məhlulu 2-3 saat ərzində soyutduqdan sonra istifadə etmək olar.
Proflikatika məqsədi ilə parodontoz zamanı daimi ağız yaxalayıcı kimi soğan qabığı və sürvə yarpağı (şalfey) bir yerdə istifadə olunur. Preparatı hazırlamaq üçün 1x/q soğan qabığı, 1/2 x.q sürvə 250ml suda 3 dəqiqə ərzində zəif odda qaynadılır və 2 saat müddətində soyumağa qoyulur. Bu prasedur ağızın gigiyenasını yaxşılaşdırır və diş daşını götürür.
5. Saç üçün məlhəm
Soğan qabığı ilə hazırlanmış məhlul saçlara parıltı verir, onun tökülməsinin qarşısını alır, kəpəyi təmizləyir. Tənbəllik etməyib mütəmadi olaraq istifadə etsəniz, bir müddətdən sonra güclü, sağlam və ipək kimi saçlara sahib olacaqsınız. O tam təhlükəsiz olduğundan hər saç yaxalama zamanı istifadəsi mümkünüdür.
Məlhəmi hazırlamaq üçün 2-3 soğan qabıqlarının üzərinə (1:2 nisbətində) otaq temperaturlu qaynanmış su əlavə edin. 20 dəq. zəif odda qaynayana kimi saxlayın. 8 saat müddətində soyudun. Bura nazik doğranmış qırmızı bibər əlavə edin. Su ilə eyni miqdarda konyak da əlavə edilsə, təsir daha yüksək olur. Saç diblərinə həftədə 3 dəfə sürtün. Effekti -saçlar daha tez uzanacaq və möhkəm olacaq.
Saç tökülməsinə qarşı- olur ki, saç rezinində çoxlu miqdarda tel qalır. Onlar müxtəlif səbəblərdən tökülə bilir. Bu immunitetin zəifləməsi bağlı ola bilər. Saç köklərini möhkəmləndirmək üçün soğan qabıqları palıd yarpağı ilə bir yerdə istifadə olunur. Bunları qarışdırın və 1 litr su əlavə edin. 1 saat müddətində qaynadın və 2-3 saat isti yerdə dəmə qoyun. Saçlarınızı həftədə 2 dəfə yaxalayın. Yalnız mütəmadi istifadə zamanı bu problemdən yaxa qurtarmaq olar.
6. Allergiya əleyhinə məlhəm
Məhlul alergik reaksiyalar zamanı kömək edir, orqanizmi şlaklardan təmizləyir. Soğan qabıqlarının üzərinə qaynar su tökün, su hamamında 10-15 dəq. dəmləyin. Sonra soyumağa qoyun. Konsentrasiyanı özünüz təyin edə biərsiniz. Amma onu uzum müddət saxlamaq məsləhət görülmür, gərək həmin dəqiqə istifadə edəsiniz. Yeməkdən 1 saat əvvəl 10 gün müddətində, gündə 2 dəfə olmaqla 1/3 stəkan su məhlulu qəbul etmək lazımdır. Sonra 10 gün fasilə verib proseduru yenedən təkrar edirlər.
Allergik rinnit zamanı inqalyasiyadan sitifadə olunur. 500ml suya 4 x/q xırdalanmış soğan qabığı tökülür və 3-5 dəqiqə nəfəs alınır .
7. Saçların soğan qabığı ilə rənglənməsi
Başdan qeyd edək ki, nəticə hər kəsdə fəqli ola bilər. Bu saçın strukuturu, öz rəngi və rənglənməyin konsentrasiyasından asılıdır.
Sarı saçlar soğan qabığı məlhəmindən sonra-qızılı qəhvəyi, qonur saçlar-qırmızı, kürənlər-tünd qırmızı, qırmızı-qəhvəyi tonlar əldə edəcəklər. Zərif qızılı rəng almaq üçün 1soğanın qabığına 1stəkan qaynar su töküb 20-30 dəq. dəmləmək kifayətdir.
Daha tünd saç rəngini sevənlər isə məhsulun miqdarını artırmalıdırlar. Bir az qliserin də əlavə etməyi unutmayın. Kürən saçlara qırmızı, sarışınlarda-parlaq mis rəng əldə olunacaq. Əgər siz saç rəngindn istifadə edirsinizsə, bu üsul sizə uyğun deyil. Təbii rəngləmə ancaq təbii saçlara aiddir. Ona görə də saç köklərini möhkəmlədən üsul kimi istifadə edin və nazik və qırılan saçlardan azad olun.
8. Amenoreya zamanı soğan qabığı
Menstruasiyanın olmaması- amenoreya- hormonal balanslaşmanın pozulması, hansısa xroniki xəstəliklər, iqlim dəyişməsi, orqanizmin yorunluğu və stress nəticəsinə ola bilər. Onun müalicəsi həkim nəzarətində aparılmalıdır. Amma ginekoloqlar medikamentoz dərmanlarla yanaşı soğan qabığı məhlulunun içməyi tövsiyə edirlər. Bu vasitə təkcə orqanizmi bərpa etmir, həm də hormonal səviyyəni normallaşdırır.
Amenoreya zamanı 6-8 x/q ovulmuş soğan qabığına 3l. su töküb, zəif odda 15 dəq. qaynatmaq lazımıdır, otaq temperaturunda soyudub çökdürmək lazımdır. Məhlulu 1/2 stəkan gündə 2 dəfə yeməkdən 30-40 dəqiqə əvvəl içmək tələb olunur. Bulyonun (məhlulun) əvəzinə cövhərdən də istifadə etmək olar.
9. Angina zamanı soğan qabığı
2x/q soğan qabığı üzərinə qaynar su töküb 10-15 dəqiqə soyumağa qoyulur. Boğazın kəskin iltihabı zamanı bura çobanyastığı da əlavə olunur. Gündə 3 dəfə olmaqla xəstəlik müddətində 30 dəqiqə yeməkdən əvvəl 1/4 stəkan bulyon içilir.
10. Bronxial astma zamanı
Xalq təbabətində soğan qabığı seliyi azaldan, astma xəstələrində bronxlarda selikli qişanın hipersekresiyasını aşağı salan vasitə kimi istifadə olunur.
Bronxial asmanı tutmaları zamanı soğan qabığının yandırıb xəstəyə onun tüstüsünü iylətmək məsləhət görülür. Bundan başqa qatı bəlğəmi zəiflətmək üçün soğan qabığı bulyonu içilir. Tutmalar zamanı məhlul 21 gün ərzində yeməkdən 40 dəqiqə qabaq gündə 2 dəfə qəbul olunur. 14 gün fasilə verilir və 2-ci kurs müalicə götürülür. Bu minvalla müalicə kursu ildə 2-3 dəfə aparılır.
Bronxial astma zamanı soğan qabığı ilə bir yerdə adi dəvədabanı yarpaqları və şam qozaları da kömək edir. Hər bitkidən bərabər olmaqla 2 x/q qarışıq götürülür və 400ml soyuq su əlavə olunur. 1 saat saxalandıqdan sonra zəif odda 5-7 dəqiqə qaynadılır və çökdürülür. Bulyon 10 gün müddətində 1 x/q gündə 3 dəfə yeməkdən 1 saat əvvəl qəbuıl edilir. 7 gün fasilədən sonra təkrar müalicə kursu aparılır.
Tez-tez təkrar olunan bronxial astma xəstələri həftədə 1-2 dəfə soğan qabığından hazırlanmış məhlul vannaları qəbul edilməsi məsləhət görülür.
Efir yağı əlavə olunmuş buxar, seliklli qişaya müsbət təsir göstərir. Məhlulla yanaşı müalicə vannasına soğan qabığı yağı da əlavə edildikdə gözəl nəticə verir.
XƏBƏR LENTİ
Haluk Levent azərbaycanlı qıza görə konsert verəcək
12 mindən çox brilyantdan hazırlanan üzük dünya rekordunu qırdı
Putin ordu rəhbərliyi ilə iclasda: “Siz məndən qorxursunuz yoxsa məni sizdən qoruyurlar?”
Balotelli: "Messi və Ronaldu da..."
Bekhem Seriala Çəkildi - FOTO
Azərbaycanda Nazirlikdə "SOS"!
Xocalı qətliamı zamanı əsir düşən musiqiçi "Əl-Cəzirə"yə danışdı
Xilaskarlarına minnətdar olan heyvanlar
Ezgi Mola ərə gedir
Gözəl ayaqlara sahib olaq
Məktəbəhazırlıq qruplarına sənəd qəbulunun VAXTI açıqlandı
Mütəmadi halsız və yorğun olmağın tibbi səbəbi
Qar yağacaq!
Bunlar kişilər üçün zərərlidir
2011-ci ilin gecə geyimləri
Bu adada hər şey tərsinədir - Kişilər "gəlin" köçür, evdən qovulur... - FOTO
Bakının bir hissəsinə su verilməyəcək
Dünyanın ən gözəl və qeyri-adi meşələri
Şahbaz Quliyev və Dilqəm Əsgərov vətənə gətirildi - RƏSMİ
Doğulacaq körpələrinin cinsi məlum oldu
Hər şeyin balacası
İNANILMAZ: Meşə insanları
Günəş ləkələrinə qarşı nə etməli?
Hava haqqında - 12.11.2013
2019 ayaqqabı trendləri
"Ebola"dan ölənlərin sayı 9152 nəfərə çatdı
Dövlət qulluğunda çalışmaq istəyənlər, DİQQƏT - Müsahibə elan olundu
2019 Məzuniyyət Saç Modelləri
Uşağın makrozomik olaraq doğulması
Dilqəm Əsgərov ermənilərə boyun əymədi
Şimşək çaxacaq, leysan olacaq - XƏBƏRDARLIQ
Sabahdan məktəblər bağlanır
Toy karvanının qabağını kəsən uşaqlar cərimələnəcək
Cərimələr azalır
BÜRCLƏR bizə nə vəd edir?- 29 yanvar
Castin Biber izləyicilərindən kömək istədi-FOTO
Soçi bitdi, savaş olacaq?
Azərbaycan Ginnesin rekordlar kitabına düşə bilər
Uzun saçlara necə qulluq etmək lazımdır?
Ermənistanda həbsdə olan azərbaycanlı azadlığa buraxıldı
Kağızdan portretlər
Evdə hazırlaya biləcəyiniz sakitləşdirən çaylar
Serenay Sarıkayanın 13 minlik donu-FOTO
"Sürücülük vəsiqələrindən ödəniş etmək olacaq"
Böyrək daşı xəstəliyi 2-ci hissə
Günün ulduz falı - 28.08.2013
Subaylıqla bağlı fərqli ölkələrin adətləri
Ölkədə gediş haqları dəyişibmi?
Enerji içkiləri onlara satılmayacaq - DƏYİŞİKLİK
55 yaşlı Tarantino ilk dəfə evləndi
- ŞƏRHLƏR