Mədə və onikibarmaq bağırsaq xorası, yaxud xora xəstəliyi müxtəlif səbəblərdən baş verir. Xəstəliyin törənməsində sinir sistemi fəaliyyətinin pozulması (psixi travma, beyin travması, sinir sisteminin distrofik dəyişiklikləri zamanı) mühüm rol oynayır. Qida rejiminin pozulması, siqaret çəkmək, müntəzəm spirtli içkilər qəbul etmək, qastrit, endokrin sistemi fəaliyyətinin pozulması, irsi xüsusiyyət və s. xora xəstəliyinin əmələ gəlməsinə səbəb olur. Xəstəlik adətən hər iki orqanda birlikdə, bəzən də ayrı-ayrı mədədə, ya da onikibarmaq bağırsaqda müşahidə olunur.
Mədə xorası olan xəstələrdə yeməkdən yarım saat, bir saat sonra sol qabırğaaltı nahiyədə şiddətli ağrı, gəyirmə və hətta qusma başlayır. Bu xəstəlik kimdə olsa onun mədə nahiyəsində ağrılar acqarına, xüsusilə gecələr, yaxud da yeməkdən 2-3 saat sonra baş verir, yemək qəbul etdikdə isə ağrı kəsilir. Mədə şirəsi normadan artıq ifraz edilir. Xəstələr müntəzəm pəhriz saxladıqda, lazımi dərmanlar qəbul etdikdə onları heç bir təhlükə gözləmir. Qida rejiminə əməl etmədikdə isə xəstəlik kəskinləşərək ağırlaşır. Nəticədə qanaxma baş verir, mədənin xora yerləşən divarı deşilir və bu da peritonitin inkişafına səbəb olur. Çox vaxt xora yeri çapıqlaşır və mədədən onikibarmağa gedən yol daralır, həzm prosesi çətinləşir.
Bu xəstəlik adətən ilin iki fəslində -yazda və payızda özünü daha kəskin surətdə biruzə verir. Əgər bu iki fəsildə xəstə yeməyinə və istirahətinə yaxşı baxmazsa, xəstəliyin gedişi xeyli ağırlaşar, xəstəlik hətta ölümlə də nəticələnə bilər. Ona görə də belə xəstələr, xüsusən yaz və payız fəsillərində daha ciddi müalicə-profilaktik tədbirlərə əməl etməlidirlər. Xəstəliyin əlamətləri başlayan kimi (mədə nahiyəsində ağrılar, mədədə qıcqırma, ürəkbulanması) dərhal müalicəyə başlamaq lazımdır.
Mədə və onikibarmaq xorası xəstəliyində xəstələrə bir çox pəhriz növləri təyin olunur. Bunlardan ən mühümü bir nömrəli pəhrizdir.
Bir nömrəli pəhrizin üstünlüyü orasındadır ki,bu pəhrizə riayət etdikdə xəstənin mədəsində və onikibarmaq bağırsağında əmələ gələn ağrılar tamamilə kəsilir, mədənin və bağırsağın selikli qişası mexaniki və kimyəvi qıcıqların təsirinə uğramır. Bu pəhrizin tələbinə görə xəstə üçün hazırlanan qida məhsulları əvvəlcə xırdalanmalı, sonra isə ancaq suda və ya su buxarında bişirilməlidir. Belə pəhriz zamanı qovrulmuş, qızarmış xörəklərdən, kabablardan çəkinmək lazımdır. Yeməklər nə çox soyuq, nə də isti olmalıdır. Hər 3-4 saatdan bir yemək yeməlidirlər, lakin hər dəfə yeyərkən az miqdarda yeməlidirlər.
Mədə və onikibarmaq xorası xəstəliyi olananlar üçün bir günün nümunəvi yemək məhsulları bu qaydada olmalıdır:
-buğda çörəyi -400 qram
-süd -0,5 litr
-şəkər -50 qram
-kəsmik -100-150 qram
-kərə yağı -20-25 qram xörəyin tərkibində
-bitki yağı -25-30 qram. Bunu tərəvəz məhsulları və kefirlə qəbul etmək olar.
-göyərti -400-450 qram
-yarma -130 qram
-yumurta -2 ədəd
-mal əti 200 qram yaxud da balıq 200 qram.
Bu xəstəliyə tutulan xəstələrə bu yeməkləri vermək olmaz:
Qara çörək, tort, piroq, şəkərli məhsullar, konservləşdirilmiş yeməklər, kolbasa, duza qoyulmuş tərəvəzlər, konfet, müxtəlif şirniyyatlar, duzlu və qovrulmuş xörəklər, soyuq və qazlı içkilər, dondurma, spirtli içkilər.
Bu pəhrizlərlə yanaşı, xəstələr vaxtaşırı müvafiq dərman müalicəsi də mütləq almalıdır.
Çalışın, hər zaman öz səhhətinizə fikir verəsiniz. Unutmayın, bu həyat bizə bir kərə verilir. Gəlin, Allahın bizə verdiyi bu əmanəti layiqli şəkildə qoruyaq. Allah hər birimizi xəstəliklərdən hifz eləsin! Amin!
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Fırça və süngərin təmizlənməsi
Hitlerin dünyanı silkələyən kitabı nəşr ediləcək
Yaponlar bu dəfə də heyrətləndirdi
Bakıda satılan qəribə "kukla"-VİDEO
Alişan doğulacaq körpəsindən danışdı
Möhtəşəm ziyafət donları
Muzeyin görünməyən tərəfi
Azərbaycan əsilli uşaq "Master Chef Junior"da iştirak edir-FOTO
Edgy tərzi necə olmalıdır?
Xəzər dondu
Bürc olaraq hansı pişik növünə aidsiniz?
Evdə istifadə edə biləcəyiniz 4 praktik məsləhət
Dəbdən düşməyən ayaqqabılar (2)
Sinem Kobala 30 minlik təklif-FOTO
"Jet Sosyete"nin yayımı təxirə salındı-SƏBƏB
23 gün komada qalan əsgər ayılıb - VİDEO
Aspirin maskası və dəriyə faydası
Azərbaycanda virus yayılandan indiyədək 153 baş iribuynuzlu heyvan tələf olub
Qat-qat xəmirdən çiçək(foto resept)
Dərinin sağlamlığını və gözəlliyini qoruyan qidalar
Ordu tarixində ilk: Bir qadın…
Bədənindən kətan kimi istifadə edən qadın
Çağatay Ulusoy koronavirusdan belə qorunur - FOTO
Prezidentdən inanılmaz TƏLİMAT: deputatların telefonları yığışdırıldı
10 milyardlıq xəzinə tapıldı
Nüsret evlənir?-FOTO
Heyvanlar aləmindən
Son DƏQİQƏ: Koronavirusun yayılması Bu Tarixdə Dayanacaq
İştah kəsən 5 qida
Sağlam ayağı kəsən həkim istintaqa ifadə verib
Ebru Gündeşin son FOTOsu diqqət çəkdi
Dadlı piroq (foto resept)
İvana Sert efirə qayıdır
Tom Kruz film çəkilişi üçün kosmosa uçmağı planlaşdırıb
“Bakı Metropoliteni” hərəkət qrafikini dəyişir
Günün ulduz falı
Dünyanın ən zəngin varisləri: onların arasında azərbaycanlı da var
Keşiş: Qarabağı verməliyik
Bakı bir səyyahın dilindən
Maraqlı faktlar
14 kq-lıq yeniyetmə-FOTO
Geyim mağazaları ilə bağlı YENİLİK
Ata oğlunu karantin vaxtı evdə saxlamağın qeyri-adi üsulunu düşündü– FOTO
29-30 iyulda keçirilmiş imtahanların nəticələri açıqlanıb
Onurğa üçün idman hərəkətləri
"Acı hayat"ın aktrisası ərə getdi
Peyğəmbər karikaturaları barədə KİV-ə xəbərdarlıq
Leysan yağacaq
Bu çiçəklər təəccüb doğurur
Messi "Real"a qarşı zədəli halda oynayıb
- ŞƏRHLƏR