Beyin görmə orqanı vasitəsilə sensor məlumatların 90%-dən çoxunu alır. Gözün torlu qişası elektromaqnit şüalarının dalğa uzunluqları 400-800 nm intervalında olan hissəsini qəbul edir. Görmə orqanının fizioloji rolu, birincisi, bu optik cihaz xarici mühit əşyalarından işığı toplayıb torlu qişada xəyala çevirməkdir, ikincisi isə torlu qişada alınan xəyalları sinir siqnallarına çevirib görmə qabığına nəql etməkdir. Günəşin və qalan kainatın işığı Yer üzündə yaşayan canlı orqanizmlərin həyatında olduqca mühüm rol oynayır. Onların böyük əksəriyyəti günəş şüalarının bilavasitə təsirlərinə məruz qalır. Canlı orqanizmlər cansız cisimlər kimi işıq şüaları əks etdirirlər. Günəş və Kainat işığı, bu əks olunan işıq birlikdə yer üzündə işıqlılıq, işıqlı mühit yaradır.
Təbii işığın spektrində nə çox, nə də az fiziki enerji daşıyan dar bir zona var ki, o, görünən işıqdan ibarətdir. Ona ağ işıq deyilir. İnsan və heyvanlarda bu işığı görmək üçün xüsusi görmə üzvləri, gözlərin işığa həssas reseptorları (fotoreseptorlar) və görmə prosesi təmin edən spesifik sinir mexanizmləri meydana gəlmişdir. İnsan xarici aləm haqqında informasiyanın 85-90%-i qədəri məhz gözlərinin görmə qabiliyyəti sayəsində əldə edir.
Canlı orqanizmlərin işığa qarşı ən bəsit həssaslığı səpkin (diffuz) işıqlığın ayrı-ayrı çalarları ayırd etmək qabiliyyəti ilə əlaqədardır. Mürəkkəb heyvan orqanizmlərinin böyük əksəriyyəti işıqlığın surətli dəyişiklikləri və lokal fərqləri hiss etmək və qavramaq qabiliyyətinə malikdir. Bu, görmə sahəsində hərəkətləri, yerdəyişən cansız və canlı obyektləri görmək, təyin etmək, izləmək imkanları yaradır. Bu kimi funksiyalar tələb edir ki, görünən hərəkət və ya obyektlərin obrazları fotoreseptor ekranında mütləq təkrar yaransın və əks olunsun.
Bir çox heyvan orqanizmləri görmə obrazları və təsvirləri fotoreseptor ekranında, gözün tor qişasında fokuslaşdırmaq, tanımaq və manipulyasiyalara uğratmaq xassələri kəsb etmişdir. Onlar diffuz işıqlığın parlaqlıq və polyarlıqları fərqləndirmək, hərəkət səmti seçmək və naviqasiyada ondan istifadə etmək iqtidarı qazanmışdır.
İbtidai heyvanlar aləmində ətraf mühitin işıqlıq dərəcələri və işıqlığın mənbələrini hiss edə bilən bəsit görmə orqanlarından tutmuş nisbətən mürəkkəb görmə orqanlarına qədər müxtəlif quruluşlarda təşkil olunmuş çeşidli görmə sensor sistemlərə rast gəlmək olar. Həşəratlarda fəaliyyət göstərən çox gözcüklü görmə orqanları (faset gözlər və gözlərin digər formaları) onurğasızlarda işıqlığın müxtəlif xassələri qavramaq bacarığından xəbər verir.
Bir sıra onurğasızlarda və onurğalıların, demək olar ki, hamısında cüt, bilaterial (binakulyar) görmə orqanı-gözlər formalaşmışdır.
Bu halda iki gözdən gələn görmə siqnalları inteqrasiya olunaraq orqanizmə ətraf mühitin işıqlılığının dərinliyi, genişliyi, yaxın və uzaqlığı duymaq imkanları verir. Bu, işığa həssaslığın, görmənin daha mükəmməl səviyyəsidir. Bir çox heyvan növləri, o cümlədən insan işıq spektrinə məxsus rəngləri duymaq qabiliyyəti nümayiş etdirir, rəngli görmə görmənin ən mürəkkəb və ali forması kimi inkişaf etmişdir.
Ə.H.Əliyev, F.Ə.Əliyeva, V.M.Mədətova
İnsan və heyvan fiziologiyası
I hissə
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Şahzadə Harri və Meqan Markldan vida paylaşımı
Bakı gülə qərq olub (FOTO)
Vanil və badam tamlı ağ qarpız yetişdirilib
8 mart üçün fincan formalı açıqca
Ali Sunal:"Atamın səsini dublyaj etməməyiniz qəlbimə toxundu"
Qış üçün salat(foto resept)
"Heydər Əliyev tarixi şəxsiyyətdir, müstəqil Azərbaycanın qurucusudur, onun memarıdır"
Əlibəylidə atışma olub
Şokoladdan Hökumət evi
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Kraliça II Yelizavetanın 93 yaşı oldu-FOTO
Polad Həşimovla bağlı xatirələr kitabı çapa verildi - VİDEO
Azərbaycan alimləri dünyada ilkə imza atdılar
Cennifer Lopez Alexlə birlikdə -FOTO
Delfinlər haqqında bilmədiklərimiz
Bacısından Bergüzar haqqında ŞOK SÖZLƏR
İspan dili 8-ci dərs
Müdafiə Nazirliyi düşmənin daha bir yalanını ifşa etdi
Azərbaycanın mobil rabitə operatoru MNP xidmətinin tətbiqi hesabına abonent bazasının artmasını gözləyir
“Bu, əsla mümkün olmayacaq” - ÜST-ün baş katibindən QORXUNC PROQNOZ
Bu fotolara baxmağa dəyər
Şeytanla danışdığını dedi hər kəsi qorxutdu-FOTO
Ərdoğan: Sübut edə bilməsən, alçaqsan, namərdsən
Harri Şahzadə Diananın işini təkrarladı-FOTO
İstirahətdən sonra iş rejimini necə bərpa edək?
Qorxunc PROQNOZ: Fəsillər yox olur
Ailələrin dağılmasının daha bir SƏBƏBİ açıqlandı
Uşaqlarınızı yuxu rejiminə alışdırın
Mehriban xanım və Leyla Əliyeva uşaqları sevindirdi-FOTO
Google yeni şirkət aldı
Azərbaycanda yenilik: balıqları ucuz qiymətə ala biləcəyik
Çanaqqala döyüşünü dünya anır
Bu il bahalaşan və ucuzlaşan məhsulların SİYAHISI
Prezidentin köməkçisindən 190 manatlıq ödəmələrlə bağlı AÇIQLAMA
Həcc mərasimi ilə bağlı BƏYANAT
Meymun dahisi internetdən istifadə edir, yemək bişirir
Yanvar Azərbaycana şaxta və yağıntı gətirəcək
Bu gün Milli Musiqi Günüdür!
Şeyx xalqa müraciət etdi
Hər şeyin çoxu ziyandır
Maska taxmayanlar üçün cərimələr iki dəfə artırılır
Emrahdan xanımına 8 milyonluq jest
HAVA necə olacaq?
İşləmək istəyənlərin nəzərinə!
Heyvansevərlər üçün maraqlı şəkilər
Torpaqların qanunsuz istifadəsinə qarşı monitorinqlər intensivləşib
Mehriban xanımdan vacib paylaşım
Bəşər Əsəd Rusiya və ABŞ-ın təklifi ilə razılaşdı
Ailədə iki dildə danışanlara XƏBƏRDARLIQ: Uşağınızın nitqi...
Meditasiyanı vərdişə çevirmək üçün nə etməli?
- ŞƏRHLƏR