İnsan ətraf mühitdən aldığı informasiyanın çox böyük bir qismini görmə vasitəsilə alır. Gözümüzlə görür, oxuyur və nəticədə öyrənirik. Görmə funksiyası bir insanın sahib olduğu ən böyük nemətlərdəndir desəm yanılmaram.
Andan olduğumuz vaxtdan bu günə kimi gözlərimizi daima istifadə etmişik. Amma hər şeyin bir qaydası olduğu kimi görmənin də riayət olunarsa funksiyanı qoruya biləcək bir çox qaydaları var. Göz xəstəliklərinin, xüsusilə refraksiya pozuqluqlarının böyük sürətlə artığı bu zamanlarda bəzi normaları gözləməmiz uzun müddət normal görməni qoruyub saxlamağa yardım etmiş olar.
- Oxuma zamanı mətnin gözdən ən optimal məsafəsi 30 sm . Monitordan istifadə etdiyiniz zaman isə 50-55 sm-dir. Bu məsafələrin qorunmaması sonralar refraksiya pozulmalarının yaranmasına səbəb ola bilər.
- Oxuma üçün optimal işıqlandırma şəraiti yaradın. Nə çox zəif, nə də çox gur işıqlarda oxumayın. Hər iki halda göz üçün əlavə yüklənmə formalaşır. İşıqlandırmanın arxa tərəfdən olması daha yaxşı olar. Yazma zamanı isə sağ əllə yazanlar üçün soldan, sol əllə yazanlar üçün isə sağdan olması daha məqsədə uyğundur.
- Nəmləndirmə gözlər üçün çox vacibdir. Mütəmadi olaraq göz yaşı ilə nəmlənməyən gözün ön təbəqəsi quruyur bu isə nəticədə həm normal görmə üçün problemlər yaradır , həm də gözdə infeksion proseslərin getməsi üçün şərait yaradır. Ona görə də gərgin zehni iş zamanı , gözlərin mütəmadi olaraq qırpılmasına fikir vermək lazımdır. Çünki ən çox oxuma və komputerlə işləmə zamanı insan diqqətini tamamilə işinə yönlədirdiyindən gözlərini gec-gec qırparaq gözlərdə quruluq yaradır. Bunu özünüz də gözlərdə yanma hissi gözlərin yaşarması şəklində hiss edə bilərsiniz.
- Çalışın avtobus kimi nəqliyyat vasitələrində kitab oxumayasınız. Ani tərpənişlər zamanı məsafənin bir neçə mm belə dəyişməsinin siz çox fərqinə varmasanız da, gözləriniz bu dəyişməni korreksiya etmək üçün gərgin iş görür və nəticədə bu göz əzələlərinin gərginlik altında qalmasına, görmənin pisləşməsinə gətirib çıxarır.
- Bir başa parlaq işıq mənbəyinə , günəşə baxmayın . Çimərliklərdə, hündür dağ yerlərində günəş eynəyindən istifadəyə üstünlük verin. Bu kimi faktorlar göz dibində, torlu qişada yanıq tipli dəyişiklər əmələ gətirərək görmənin geri dönməz şəkildə itiriməsinə səbəb ola bilər.
- Oxuma zamanı hər 30-40 dəqiqədən bir fasilə verin. Çalışın fasilə zamanı uzaq məsafələrə baxasınız.
Bu bir neçə qaydaya riaəyət edərək normal görmə funksiyasını uzun müddət qoruya bilərsiniz. Gözlərimizin və görmənin bizim üçün nə dərəcədə vacib olduğunu unutmayaq və onlara lazımlı qayğını vaxtında göstərək.
Aqil Hüseynzadə
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Qüsursuz dəri üçün 3 meyvə maskası
Hamının gözlədiyi qərar verildi
Bakıda bazar ləğv olunur
Meqanın qardaşı növbəti məktubuyla sarayda səs-küy yaratdı-FOTO
Koronavirusa yoluxan Salah toyda rəqs etdi - VİDEO
Bakıda ağacların quruması xəbərləri ilə bağlı RƏSMİ AÇIQLAMA
Dünyanın ən məşhur köpəyi öldü
Cəbhədən XƏBƏR VAR
Əncirli keks (foto-resept)
Əhaliyə MÜHÜM XƏBƏRDARLIQ: bu qidaları almayın, ölümcül xəstəlik yarada bilər - SİYAHI
Yer kürəsinə nəhəng asteroid yaxınlaşır
Dondurucu soyuq şəkillərdə
Evdən çıxmadan alver edənlərin sayı artır
İstirahətdən sonra iş rejimini necə bərpa edək?
Dişlərin ağardılma üsulu (2)
Qadın 6 uşaq dünyaya gətirdi: 2 oğlan, 4 qız
Siqaret yenə bahalaşdı
Ancelina Colidən ŞOK QƏRAR
Tovuz sakini həyətində "xəzinə" becərib
Azərbaycanda ali məktəblərə ixtisas seçimi başlayır
Yol polisindən sürücülərə çağırış
Bədəndəki yaraları sürətli sağaldan təbii üsullar
Gəncə mətbəxinin unudulmaqda olan yeməkləri...
Saç çubuqları
Qızıl souslu dondurmanın qiyməti dodaq uçuqladır
Naxçıvanda orduya əmr verildi
Azərbaycan 300 milyon itirdi
Eyni paltarda məşhurlar və modellər
Bu uşaq Azərbaycanın "Messi"si adlandırılır
Sağlam hamiləlik üçün 5 idman qaydası
"Black Girls Rock!" mükafatı verildi-FOTO
BÜRCLƏR bizə nə vəd edir?-7 Avqust
Dişləriniz ağrımasın
Qələbəni 3 gün bayram edəcəyik
Görənləri heyrətə salan dodaq makiyajı
Adriana haqqında yeni İDDİA-FOTO
Sabahdan buraxlış imtahanları başlayır
Azərbaycanda bu gecə ən çox qar hara yağdı?
Polad Həşimovun adının verildiyi küçə ilə bağlı RƏSMİ AÇIQLAMA
Mavi şəhər
Boliviyanın müvəqqəti prezidenti koronavirusa qalib gəldi
Adriana Lima onu Nyu-Yorka dəvət etdi
Köhnəlmiş ayaqqabıları yeniləyək
İŞİD-in xəlifəsi öldürüldü?
Sevimli cinsiniz: o da sizi sevirmi?
Ətdən və süddən gələn bəla
Prezident: “Bu gün yeni kəndlərin işğaldan azad edilməsi xəbəri veriləcək”
Prezident Milli Məclisdə
İşıqsız dünya
"28 May" stansiyasının nəyi kəmdir?















- ŞƏRHLƏR