Salam, əziz xanımlar. Deməli mən 2004-cü ildə ailə həyatı qurduğum zaman 48-50 kq arası olmuşam. Heç zaman bundan artıq çəkim olmayıb. Ailə həyatı qurduqdan, 3 uşaq olduqdan və 11 il keçdikdən sonra tərəziyə çıxdığımda 96 kq gördüm. Çox pis olmuşdum. Bu köklük məni ictimai həyatdan uzaqlaşdırmışdı. Evdən çölə çıxmaq istəmirdim. Getdiyim yerdə də elə bilirdim ki, hamı mənə baxır. Nə isə 3-cü oğlum olduqdan sonra(üzr istəyirəm böyüklərdən ifadəmə görə), uşağı ana südündən ayırdıqdan sonra dedim daha belə olmaz. Yaşamaq mənim də haqqımdır. Onu da deyim, uşağı 2 yaşına kimi ana südündən məhrum etməmişəm. Yaxşı yeməyə öyrəşdiyim üçün (hər bir azərbaycanlı kimi) elə pəhriz axtarırdım ki, ac qalmadan arıqlayım. Bir də ac qalmaqla arıqlamaq pis xəstəliklərə gətirib çıxarır deyə çox oxumuşam. Nə isə bir rəfiqəm, həm də sinif yoldaşım mənə öz şəkilərini göndərdi. Baxdım şoka düşdüm, o qız çox arıqlamışdı.
Mənə də Dukan pəhrizi ilə arıqlamağı məsləhət etdi. Və nəhayət mən də böyük həvəslə pəhrizə başladım. Aprel ayının 20-də pehrizə başladım. İnanın heç ac qalmadım. Lakin həyatımdan bir çox şeyi çıxarmışam, çörəyi, kərə yağını və kartofu. Lakin bu da ömürlük deyil, istədiyim çəkiyə düşdükdən sonra hər birindən limitli şəkildə istifadə edə biləcəyəm. Bilirəm ki, mənim kimi xanımlar çoxdur. İstədim ki, bu sevincimi sizinlə də bölüşüm. İnanın məni görən deyir: "Nə günə düşmüsən?" Bu mənə dünyanın ən gözəl sözləri kimi xoş gəlir. Artıq geyindiyim paltar da mənə yaraşır. Artıq məcbur olub geyim almıram, istədiyimi alıram. Hərçənd ki, hələ yeni paltar almağa cürət eləmirəm çox. Çünki hələ 5-7 kq verəcəyim var. Tam istədiyim ölçüyə düşdükdən sonra gözlə məni, geyim maqazinləri, mən gəlirəm. Bu da mənim geyimlərimdə olan ölçü fərqi.
Deməli bu pəhriz 4 mərhələlidir. Mən sizə bir neçə xəbərdən ibarət mərhələ-mərhələ təqdim edəcəyəm. Kimin nə sualı olsa, buyursun, şərhlərə. Hər kəsi cavablandırmağa hazıram.
Hücum mərhələsi:
Pəhrizə başlamaq üçün ilk növbədə regimedukan.com.tr və ya dukan.ru saytlarından birində testdən keçin.
Pyer Dyukan "mən arıqlaya bilmirəm" kitabını alın, oxuyun və ya Pyer Dyukan "Ne umeyu xudet" kitabını.
Ümumiyyətlə bu pəhriz 4 mərhələdən ibarətdi. Dörd mərhələdən də keçsəniz, verdiyiniz kilolar geri qayıtmır.
Bu pəhrizlə arıqlayan insanlar. Fərq göz qabağındadır.
1 -ci etap Hücum (Atak) adlanır. Bu etap ən qısa olur və çox sürətlə çəki gedir. Əslində bu etapda bədənimizin suyu gedir. Mənim sizə məsləhətim atakın 1-ci və axırıncı günü özünüzü çəkin. Bəs burda nə yeyilir?
Bəli səhv görmürsünüz. Bu pəhrizdə dana və toyuq ətindən kabablar yeyə bilərsiniz.
Burda yalnız protein (zülal) nə qədər istəsəniz, saat neçədə istəsəniz, yeyə bilərsiniz. Bəs zülal nədir?
Yagsız mal əti (mal ciyəri)
Dərisiz, qanadsız toyuq əti (dərisi ilə qaynadılır, amma dərisi yeyilmir), pətənək , toyuq ciyəri.
İstənilən balıq əti (duzlu balıqdan başqa)
Ördək və qaz ətindən başqa quşların əti (hinduşka, bildirçin, kəklik və s.)
Yağlılıgı 4%ə qədər olan və tərkibində nişasta olmayan sossis ve kolbasalar, dovşan əti
Yumurta ( xolesterini yüksək olan insanlar həftədə 2 yumurta sarısı yeyə bilərlər) normal olanlar isə gündə 1-2 yumurta sarısı. Ağı isə hər gün istədiyiniz qədər yeyə bilərsiniz.
P.S. Çox sual verilir bu barədə, cavab verirəm. Əgər siz şirniyyatda və ya çörəyə yumurta istifadə etmisinizsə, artıq həmin gün sarısını yeməyin. Ağı isə sərbəstdir.
Dəniz məhsulları şəkərsiz və tomatsız.
Balıq konservləri (üzərində natural yazılan)
Və əlbəttə ki, süd məhsulları.
Atakda 0%-li yağlı süd məhsulları məsləhət görülür, amma bizdə yalnız 0-%li kəsmik olur. Süd məhsullarına ayran, süd (günə 1 st artıq olmaz) yağsız qatıq (kim magaza qatığı yeyə bilmirsə, adi südü 2 dəfə qaynadıb, soyudub üzünü yığdıqdan sonra özünə qatıq çala bilər) Süd məhsulları günə 1 litri keçməməlidir. Atakda maqazadan alınmış heç bir pendir olmaz!
Və hər gün 1.5. x.q. yulaf kəpəyi yeməlisniiz (qəbzlik olarsa yulaf kəpəyinin yarıisı qədər buğda kəpəyindən istifadə edə bilərsiniz) 1,5 x.q. yulaf kəpəyi + yarısı qədər buğda kəpəyi.
Tərəvəzlər: kartofdan başqa bütün tərəvəzlərdən istədiyiniz qədər istifadə edə bilərsiniz.
Kəpəkdən necə istifadə edə bilərik?
Kawası -gecədən 1.5 x.q yulaf kəpəyini, 1 c.q şəkərəvəzedicini (şirin sevməyənlər şəkərəvəzedici istifadə etməsin), 1st su və süd qarışığına tökürük, səhər durub kaşa edirik. Gecədən tökürük ki, yulaf onun içində şişsin.
Blini edirik- 1 yumurta ağı, 1.5 x.q yulaf kəpəyi və 2-3 x.q süd 20 dəqiqə qalır, sonra 2-3 damcı zeytun yağı ilə yaglanmiş isti tavaya töküb az odda bişiririk. Hər iki üzünü də bişiririk.
Ya da çiy halda qatıqla qarışdırıb 15 dəqiqə sonra yeyirik.
Ya da Çörək edirik- yarım paçka kəsmik, 1 yumurta, 3 x.q yulaf kəpəyi, yarım qabartma tozu, qaşığın ucunda maya (olmasa da olar) 30 dəqiqə sonra 160 dərəcədə 45 bişiririk.
Ədviyyatlar: Bütün növ ədviyyatlardan istifadə edə bilərsiniz.
Çaylar: Yaşıl çay, bitki çayları, qara çay içmək olar.
Şirataki düyüsü və makaronları (limitsiz) bitkidən hazırlanan düyü və makaronlardır.
1.ç.q godji giləmeyvəsi (istifadəsinə icazə verilən yeganə meyvə qurusudur)
Ən az 1.5. litr su
20 dəqiqə gəzmək
Bu mərhələdə siz- 2-3 az duzlu xiyar, yeməklərə dad vermək üçün çox balaca soğan, 1 diş sarımsaq, ədviyyatlardan istifadə edə bilərsiniz (duz, istiot daxil olmaqla). Yeməklərdə souslara dad vermək üçün az miqdarda quru süddən istifadə edə bilərsiniz. 1 ç.q şəkərsiz ve yağsız, yəni qatqısız tomatdan (alanda mutləq tərkibini oxuyun).
Bəs hücum mərhələsində nə olmaz?
Tərəvəz
Meyvə
4%-dən çox yağlılığı və tərkibində nişasta olan sossiska, kolbasa
Saxaroza,
Sorbit,
Fruktozalı konfetlər
Diabetlər üçün olan şirnilər
2%-dən çox yağlılığı olan kakao
Nişastalı qidalar (düyü, makaron, lobya, mərci və s.) quru meyvələr, həmçinin ləpə.
Bildiyimiz kimi Dukan pəhrizi zülal ağırlıqlı pəhrizdir. İnsan gün ərzində 50- 80 qram protein almalı olduğu halda biz qat-qat artığını alırıq. Bəs bunun fəsadları varmı?
Bəli var!
в—Џ Çox zülal qəbulu ən əvvəl sümüklərə zərər edir. Zülal bədəndəki sümüklərin Ca-nii sovurur ve bu yaşlı vaxtı sümük ağrılarına gətirib çıxarır. (bunun üçün dırnaqlar tez sınır, buna görə də Ca pereparatı önəmlidir)
в—Џ Çox zülal qəbulu bədəndə HOMOSISTEIN səviyyəsini artırır. Bu ise ürək-damar-beyin xəstəliklərinə səbəb olur.
в—Џ Və ən sonuncu isə doymuş yağlar bədəndə çox olduqda ürək damarlarında tıxanıqlıqlara gətirib çıxarır. Çox vaxt buna görə həkimlər "Ət qocaldır" fikrini tez -tez səsləndirir.
Bütün bunların yaranmaması üçün süd məhsullarından lazımı qədər istifadə etməli, açıq havada mütləq 20 dəqiqə də olsa olmalı və gündəlik 2 litr su içməliyik!!!
Meyvəsiz qaldım, saçım tökülür və ya bədənim vitaminsəzləşdi deyənlər üçün:
Bizim illərcə alışdığımız yemək vərdişlərimiz vardır. Məsələn yerli-yersiz meyvə yemək bunlar arasında ən vazgeçilməzidir.
Meyvələrin vitamin deposu oldugu aydındır. Amma meyvə rasionumdan cıxdı "Yaşaya bilmərəm"deyə bir hipoteza yoxdur.
Dukan pəhrizinin ən ağır tərəfi rasionda meyvənin olmamasıdı. (bəlli bir etapa 3-cü mərhələyə qədər). Amma Piere Dukan bu boşluğu tərəvəzlərlə doldurmağı tövsiyyə etmişdir. Dərindən araşdırsanız şahidi olarsınız ki, vitaminlə qidalanmağın ən birinci yolu tərəvəzlərdən keçir. Tərəvəzlər vitamin deposuna görə heç də meyvələrdən geri qalmır. Hətta deyərdim, bəzi məqamlarda irəli də gedir.
Xırda bir misal: bildiyimiz yaşıl bolqar bibərində heç bir meyvədə olmayan qədər C vitamini var. Bəli C vitamini. Necə ki, limonun tərkibində kifayət qədər şəkər var.
Bu baxımdan tərəvəz günlərinizdə bütün tərəvəzlərdən bolluca istifadə edin (amma "qızıl qaydanı unutmuruq- tərəvəzli yeməkləri axşama qədər yekunlaşdırın ki, tərkibindəki suya görə səhər çəkidə " +" görməyəsiniz.
P.S.- Niyə meyvə olmasın, cavabı isə belədir: Karbohidrat cədvəlinə nəzər salsanız, o cədvəldə meyvələrin, karbohidratının nə qədər yuksək olduğunu görərsiniz. Məsələn : 1 yaşıl almanın karbohidratı -16-dır
Müqayisə üçün deyim ki,1 pomidorda karbohidrat isə 3-dür.
Piere Dukan ideal kiloya düşdükdən sonra müəyyənləşdirilmiş ölçüdə meyvəyə icazə verir.
Ardı var..
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Körpələrin gec yeriməsi
Karamelli keks (foto resept)
Soçi: Ukraynanın idmançıları Yanukoviçə quldur deyərək yarışdan imtina etdilər
Metropoliten gücləndirilmiş rejimə keçdi
Tərcümə olunmayan sözlər
"Zemheri"nin aktrisası 1-ci oldu
"Milli Şura Rüstəm İbrahimbəyovun istefası ilə mövcudluğunu dayandırdı"
Leyla Əliyeva sərgidə - FOTO
Uill Smit xəstəxanalıq oldu-SƏBƏB
Yeni il ağacını necə bəzəməli?
Masazırda bəzi evlər sökülə bilər
Nazirin paylatdırdığı kartlar nə qədərdir?
Tarixdən...(4)
Merve Özbeydən Demet Akalın açıqlaması
iPad Air-in istehsal dəyəri azalıb
Humus (foto resept)
"Bir qadının səs vermək üçün evdən çıxması ərinin verəcəyi iznə tabe deyildir."
5 kiloqram arıqladan kök pəhrizi.
Bill Geyts ideal inəyin yaradılmasına 40 milyon dollar ayırdı
Günün ulduz falı
WhatsApp-dan Google bombası
Xəyallarımızdakı evlər
BÜRCLƏR bizə nə vəd edir?-28 İyul
Skype-da daha bir yenilik işə düşdü
Qadınların əl və ayaqları nəyə görə üşüyür?
Dünyanın ən bahalı evləri
Rusiyada tədris ilində yeni qayda
Hollandiya - Argentina: 2-4
"Banan" pirojnası (foto resept)
Xamalı peçenye (foto resept)
Cinsi istəksizlik yaşayan qadınlar: problemlər, səbəblər
Ölkələrin gözəlliyinə gözəllik qatdı
Bahalı əməliyyatları bahalı edən nədir?
Bakıda 37 metrlik yolka qurulur - FOTO
63 ildir hər gün 1 kilo qum yeyən qadın
Bizi yuxusuz qoyan nədir?
İlham Əliyev Nazirlər Kabinetini topladı - YENİLƏNİB + CANLI YAYIM
Vəfat etmiş ananın qəza namazlarını kim qılmalıdır?
Yun paltarlara qulluq- Vacib qaydalar!
Uşaqlarına- "Aza, Oyalı,Taz..." adlarını qoymaq istədilər
BÜRCLƏR bizə nə vəd edir? -13 İyun
Planetimizin iki yeni peyki kəşf edildi
Hər üç adamdan birinin banka borcu var
Yeni tərz: Batik saçlar
Avtomobildəki qaz-əyləc sistemi və ürək
Bu insan 25 ildir ancaq pizza yeyir
Aclıq hissini yox edin
Demet Akalın İremle barışdı_FOTO
HAVA necə olacaq?-13 FEVRAL
Ərikli pirojnalar (foto resept)
- ŞƏRHLƏR