Qidalanma vərdişlərinizi dəyişdirmək və artıq sağlam qidalanmağı həyat tərzi halına gətirmək istəyirsinizsə, əvvəlcə fərdi qidalanma tarixinizə pəhriz həkimi ilə birlikdə nəzər salmalısınız…
Fərdi qidalanma tarixində hansı məlumatlar olur?
Neçə ay ana südü ilə bəslənmisiniz? Elmi araşdırmalar, qısa müddət ana südü alan kəslərin gələcək həyatlarında köklük (və ya piylilik) olma riskinin daha çox olduğunu göstərir.
Oyun çağı dövründə qidalanma vərdişləriniz necə idi? Qidalanma vərdişlərinizi ilk qazandığınız dövr 1-3 yaş arasıdır.
2-4 yaş arasında köklük (və ya piylilik) riskiniz var idimi? Uşaqların ilk yağ toxumalarının ciddi olaraq artdığı dövr 2-4 yaş arasıdır. Bu dövrdə həddindən artıq kilo artımı müşahidə edilərsə, gələcək yaşlarınızda yağ hüceyrələrinizin çox olması səbəbiylə kök olma riski daşıya bilərsiniz.
Uşaqlıq və gənclik dövründə kök idinizmi? Əgər cavabınız bəli isə, irəli yaşlarınızda da yağ hüceyrələrinizin çox olması səbəbiylə kök olma riskiniz ola bilər.
Ailə fərdlərində hər hansı bir xroniki xəstəlik varmı? Valideynlərinizdən biri kökdürsə kök olma riskiniz 20%, ikisi birdən kökdürsə,kök olma riskiniz təxminən 40%-dır. Ayrıca diabet, ürək, təzyiq kimi xroniki xəstəliklər ailə fərdlərində varsa,düzgün qidalanmanı təşkil edərək riski azaltmanız lazımdır.
Gündə neçə dəfə qidalanırsız? Naharlardan başqa ara saatlarda yemək vərdişiniz varmı? Ara saatlarda yemək vərdişiniz varsa nələr yeyirsiniz və hansı səbəb sizi yeməyə vadar edir?

Sevdiyiniz və sevmədiyiniz yeməklər: Sevdiyiniz və sevmədiyiniz yeməklər səbəbiylə, tək tipli qidalanırsınızsa,ən qısa müddətdə qidalanma vərdişləriniz nəzərdən keçirilməlidir.
Gecə yemək yemə vərdişiniz varmı? Gecə oyanıb yemək yeyirsinizsə və yemək yemə hücumlarınız həftədə üç dəfədən daha çox olursa, gecə yemə sindromu adı verilən psixoloji qidalanma pozğunluğu ilə qarşı-qarşıya ola bilərsiniz.
Yeməklərinizi harada yeyirsiniz? Əgər cavabınız ayaqüstü və ya TV-PC qarşısında isə, gələcəkdə kök olma riski daşıya bilərsiniz.
Hansı içkiləri, hansı sıxlıqda və hansı miqdarda içirsiniz? İçkilər; gündəlik kalori və şəkər almanıza, bədəndə müxtəlif vitamin və mineralların istifadə səviyyələrini və gündəlik kafenin almanıza təsir edər.
Yeməkdə hansı yağlardan istifadə edirsiniz? Tək növ yağ istifadə etmək bədəniniz üçün lazımlı olan bəzi yağ turşularını almanız üçün maneə ola bilər.
Yemək hazırlarkən hansı bişirmə üsullarını seçirsiniz? Seçdiyiniz bişirmə üsullarının sağlamlığınız üzərində birbaşa təsiri ola biləcəyi göz ardı edilməməlidir.
Qidalanma qeydiniz: Gündəlik enerji, karbonhidrat, yağ, zülal, vitamin, mineral və hansı sıxlıqda yeməniz haqqında məlumat verər. Qidalanma səhvlərinizi təyin etmənizi asanlaşdırar.
Və sonda:
Bu günə qədər yuxarıda sadalanan suallara cavab verdinizmi və ya cavablamağa ehtiyac duyursunuzmu?

XƏBƏR LENTİ
Doğulduğunuz aya görə necə qadınsınız?
"WhatsApp"-dan daha bir yenilik - İNANILMAZDIR
Yeni serial başlayır-FOTO
Devalvasiya Formula 1-in büdcəsinə təsir etmir
Yeni günə gümrah oyanmaq üçün
İnternet uşaqları haraya sürükləyir?
Qadın olmaq heç də asan deyil...
Kainat gözəli qüsurlarını göstərdi-FOTO
Yeni Kraldan şok qərar
Madonna məhkəməlik oldu-SƏBƏB
İtə görə təyyarə yerə endi
Avstraliya da İŞİD-ə qarşı mübarizəyə qoşuldu
Ən ucuz Novruz bazarlığını harda etmək olar?-QİYMƏTLƏR
Sabahın HAVAsı
İrəvan türk qutusuna salınır
Prokuror olmaq istəyənlərin nəzərinə!
Azərbaycanda daha 62 nəfər koronavirusdan sağaldı - RƏSMİ
Uşaqlar üçün otaq dekorasiyaları
İspan dili 24-cü dərs
Azərbaycanda ölüm hökmü bərpa oluna bilər?
Geyim mağazaları ilə bağlı YENİLİK
Hər gün bir qaşıq bal və darçın
Xan Sarayına pulsuz ekskursiya
Bakı səmasında UNO göründü?
Bakı Metropolitenindən ticarətlə bağlı bəyanat
Bacınız və qardaşınız varsa, şanslısınız!
Məsamələri təmizləyən kömür maskası
İbrahim Tatlısəs yeni albom buraxır!
Almalı piroq (foto resept)
Brent neftinin qiyməti 44 dollara yaxınlaşır
Azərbaycan Gimnastika Federasiyasının baş katibi Avropa Gimnastika İttifaqının vitse-prezidenti seçilib
Bengü 40 min xərclədi-SƏBƏB
HAVA necə olacaq?
Adobe Photoshop (Dərs-17)
Yaponiyada koronavirusun ikinci dalğası barədə XƏBƏRDARLIQ
Nəzərlər Minskdə: qərar nə olacaq?
Sabahın HAVAsı
Azərbaycanda xüsusi rejimə görə ərzaq mağazaları bağlanır? - RƏSMİ AÇIQLAMA
Google SMS və MMS üçün proqram hazırlayıb
Serenlə Gülbən illər sonra yanyana
Baş nazirdən maaşlarla bağlı MÜHÜM DƏYİŞİKLİK
Rusiya Azərbaycana girişi qadağan etdi
Acundan yeni etiraf
Bu ölkə Yeni İli qeyd etməyəcək
Bu saatda siferblat yoxdur
Baş Nazirdən ŞAD XƏBƏR: Rüsum ləğv edildi
Erməniləri qorxuya saldıq
Azərbaycanda daha 33 nəfər koronavirusdan öldü: 421 yeni yoluxma
Düşmən itkilər verərək geri çəkilməyə məcbur edilib - RƏSMİ
Facebook parolunuzu təcili dəyişin

- ŞƏRHLƏR