Qadin.NET / Fərdi qidalanma tarixi nədir?

Fərdi qidalanma tarixi nədir?

 

Fərdi qidalanma tarixi nədir%3F

 

Qidalanma vərdişlərinizi dəyişdirmək və artıq sağlam qidalanmağı həyat tərzi halına gətirmək istəyirsinizsə, əvvəlcə fərdi qidalanma tarixinizə  pəhriz həkimi ilə birlikdə nəzər salmalısınız…
Fərdi qidalanma tarixində hansı məlumatlar olur?
Neçə ay ana südü ilə bəslənmisiniz? Elmi araşdırmalar, qısa müddət ana südü alan kəslərin gələcək həyatlarında köklük (və ya piylilik) olma riskinin daha çox olduğunu göstərir.
Oyun çağı dövründə qidalanma vərdişləriniz necə idi? Qidalanma vərdişlərinizi ilk qazandığınız dövr 1-3 yaş arasıdır.
2-4 yaş arasında köklük (və ya piylilik)  riskiniz var idimi? Uşaqların ilk yağ toxumalarının ciddi olaraq artdığı dövr 2-4 yaş arasıdır. Bu dövrdə həddindən artıq kilo artımı müşahidə edilərsə, gələcək yaşlarınızda yağ hüceyrələrinizin çox olması səbəbiylə kök olma riski daşıya bilərsiniz.
Uşaqlıq və gənclik dövründə kök idinizmi? Əgər cavabınız bəli isə, irəli yaşlarınızda da yağ hüceyrələrinizin çox olması səbəbiylə kök olma riskiniz ola bilər.
Ailə fərdlərində hər hansı bir xroniki xəstəlik varmı? Valideynlərinizdən biri kökdürsə  kök olma riskiniz 20%, ikisi birdən kökdürsə,kök olma riskiniz təxminən 40%-dır. Ayrıca diabet, ürək, təzyiq kimi xroniki xəstəliklər ailə fərdlərində varsa,düzgün qidalanmanı təşkil edərək riski azaltmanız lazımdır.
Gündə neçə dəfə qidalanırsız? Naharlardan başqa ara saatlarda yemək vərdişiniz varmı? Ara saatlarda yemək vərdişiniz varsa nələr yeyirsiniz və hansı səbəb sizi yeməyə vadar edir?

 

 



Sevdiyiniz və sevmədiyiniz yeməklər: Sevdiyiniz və sevmədiyiniz yeməklər səbəbiylə, tək tipli qidalanırsınızsa,ən qısa müddətdə qidalanma vərdişləriniz nəzərdən keçirilməlidir.
Gecə yemək yemə vərdişiniz varmı? Gecə oyanıb yemək yeyirsinizsə və yemək yemə hücumlarınız həftədə üç dəfədən daha çox olursa, gecə yemə sindromu adı verilən psixoloji qidalanma pozğunluğu ilə qarşı-qarşıya ola bilərsiniz.
Yeməklərinizi harada yeyirsiniz? Əgər cavabınız ayaqüstü və ya TV-PC qarşısında isə, gələcəkdə kök olma riski daşıya bilərsiniz.
Hansı içkiləri, hansı sıxlıqda və hansı miqdarda içirsiniz? İçkilər; gündəlik kalori və şəkər almanıza, bədəndə müxtəlif vitamin və mineralların istifadə səviyyələrini və gündəlik kafenin almanıza təsir edər.

 

Fərdi qidalanma tarixi nədir%3F


 

Yeməkdə hansı yağlardan istifadə edirsiniz? Tək növ yağ istifadə etmək bədəniniz üçün lazımlı olan bəzi yağ turşularını almanız üçün maneə ola bilər.
Yemək hazırlarkən hansı bişirmə üsullarını seçirsiniz? Seçdiyiniz bişirmə üsullarının sağlamlığınız üzərində birbaşa təsiri ola biləcəyi göz ardı edilməməlidir.
Qidalanma qeydiniz: Gündəlik enerji, karbonhidrat, yağ, zülal, vitamin, mineral və hansı sıxlıqda yeməniz haqqında məlumat verər. Qidalanma səhvlərinizi təyin etmənizi asanlaşdırar.

Və sonda:

Bu günə qədər yuxarıda sadalanan suallara cavab verdinizmi və ya cavablamağa ehtiyac duyursunuzmu?

12 mart 2011
GO BACK