1. Yanınızda hər zaman qələm və dəftər saxlayın
Gün ərzində yediyiniz hər şeyi dəftərə yazdığınızdan əmin olun. Əgər yoldaşınızın qabından qalan şirniyyatı "ziyan olmasın" deyə yeyirsinizsə, onu da yazın. İş yerində dadına baxdığınız keksi də həmin dəftərə qeyd edin. Axşam yeməyi hazırlayarkən "Duzu necədir?" bəhanəsiylə yediyiniz tikələri də unutmayın. Yeyib-içidiklərimizi kağıza yazmaq nə yediyimizi bilməyimizi, arıqlamaq üçün edə biləcəyimiz dəyişiklikləri tapmağımızı təmin edər.
2. "Niyə?" deyə sual verin
Bir şey yeməyə, ya da içməyə başlamadan əvvəl özünüzə"Niyə?" sualını verin. "Niyə bunu yeyirəm? Acam, yoxsa bekarçılıqdan yeyirəm? Başqalarına yoldaşlıq etmək üçün yeyirəm?" Əgər "Acam?" sualına cavabınız "Bəli" deyilsə, yeməyin. Başınızı qatmaq etmək üçün nə etmək lazım olduğuna qərar verin. Bir az kitab oxuyun, telefonla dostunuzla danışın, amma əgər ac deyilsinizsə, yemək yeməyin!
3. Arıqlamaq üçün yeyin
Bəli, əgər günorta yeməsəniz, arıqlaya bilməzsiniz. Niyə? Çünki sonra daha çox acar, yeməyə başlayar və normadan artıq yeyərsiniz. Özünüzü pis hiss edib, dərhal pəhriz tutmağı saxlayarsınız. Hər kəsin yemək yeməyə ehtiyacı var və bunu gündə 3 dəfə etməlidir. Yediklərinizin arasında taxıl, tərəvəz və meyvələr olsun. Hətta bir az zülal və yağ da ola bilər.
4. Ən sevdiyiniz şeyləri xatırlayın
Əgər ən sevdiyiniz yeməkdən tamamilə uzaq olmağı sınasanız, nəticədə özünüzü idarə edə bilməyib hətta bir qutu şirniyyat yeyə bilərsiniz. Nədən bəhs etdiyimizi təbii ki, anladınız. Şokolad? Hər axşam bir parça ən sevdiyiniz şokoladdan yeyin. Bir yerdə oturun və yalnız şokoladın sizdə yaratdığı həzz hissini yaşayın. Yavaş-yavaş yeyin. Əsla peşman olmayın, çünki ən sevdiyiniz yeməkdən uzaq qalmadığınızı bilmək pəhrizi sevməyinizi və xoşbəxt olmağınızı, arıqlamağınızı təmin edəcək.
5. Bədəninizdə ağzınızdan başqa, hərəkət edə bilən bir nöqtə seçin və onu hərəkət etdirin
Hər kəs bir şəkildə hərəkət edə bilər - rəqs və ya karate edə bilərsiniz. Səhərlər işə getmədən əvvəl gəzintiyə çıxa, uşaqlarınızla məktəbdən qayıdarkən parka gedə bilərsiniz. Hətta ev işlərini belə məşq formasına sala bilərsiniz. Bütün məsələ enerjili olmaqdır. Məsələn, tozsoranla evləri təmizliyə, ya da xalçaları silə bilərsiniz.
Sadəcə, hərəkət etməmək üçün bəhanə tapmaqdan imtina edin. Əvvəl 5 dəqiqə ilə başlayın və gündə 1 saat hərəkət edənə qədər hər həftə 5 dəqiqə artırın. Əgər istəsəniz, məşq zamanlarını müəyyən edə bilərsiniz. Səhərlər 10 dəqiqə tozsoran, günorta yeməyindən sonra 15 dəqiqə gəzinti, axşam yeməyindən sonra yoldaşınızla 30 dəqiqə velosipedə minmək kimi hərəkətlər faydalı olacaq. Hətta zibilləri qapının önünə çıxarmaq əvəzinə küçədəki zibil qutusuna aparmaq belə 5 dəqiqəlik gəzinti sayıla bilər.
XƏBƏR LENTİ
53 yaşlı kişi görənləri heyrətə gətirdi
Ermənistan ordusunun real mənzərəsi: Dişləri tökülmüş “qoca qvardiya” - VİDEO
İdmançımız Dünya çempionatının medalçısı oldu
Ermənilərə çox sərt sözlər
Məkkədə QEYRİ-ADİ görüntülər - FOTO
Adnan Oktar həbsxanadan Ərdoğana məktub yazdı
Ronaldinyo Dünya çempionatında oynayacaq?
Sərhəddə böyük gərginlik
ABŞ-ın donu açılır: itkilər 5 milyard dollara çatıb
Təhlükəli oyuncaqlar
Xəstəliklərin təbii üsulla müalicəsi
Su börəyi ( foto resept)
Tibb tarixinin qorxunc alətləri
Cazibədar xanımlar üçün donlar
Prezident İlham Əliyev şəhidlərin əziz xatirəsini yad edib
Yağlı dəriyə necə qulluq etməli?
Conni Deppin qızı hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Azərbaycanda “meteorit yağışı” müşahidə olunacaq
Castin Biberin paylaşımı diqqət çəkdi-FOTO
Meşədə qarşınıza ayı çıxsa, nə etməli?
İlham Əliyev və Vladimir Putin işğaldan azad olunan bölgələrdəki dini abidələri müzakirə edib
Peşəkar boksçumuz Moskvadan qələbə ilə döndü
İsraildə yaşayan alimimiz vəfat edib
ƏMİZDİRMƏ dövründə ayda neçə kq arıqlamaq olar
Dolu bədənli qadınlar haqqında bəzi həqiqətlər
Sergey Lazarev ilk dəfə qızını göstərdi-FOTO
Roma qar və su altında qaldı-FOTO
Dindar ailələlər niyə dağılır?
Dünyada koronavirusa yoluxanların sayı 50 milyonu keçdi
Hər kəs kralın nişanlısına baxmaq istədi-Sayt çökdü
Pis fikirdən azad olmağın 5 gözəl üsulu
Payız gəlinlərinin gül buketləri
ABŞ-dan Əliyev və Sarkisyana Qarabağ zəngi
İpotekanın alınması proseduru sadələşdirilir
İrəvana sillə kimi cavab
Kişilərin futbol sevgisinin səbəbləri
Azərbaycan-Türkiyə orudusu təlimlərə başladı
Beren Saat 2 milyonu rədd etdi-SƏBƏB
“Ağıllı” küçə fənərləri təqdim edildi
Neçə saat yuxu yatmalıyıq?
Nə qədər cəsarətlisiniz? (Şagird və tələbələr üçün-Test)
22 yaşlı oğlanı Marsda əbədiləşdirəcəklər - FOTOLAR
Ebru Gündeş 25 milyonluq villasından köçür-SƏBƏB
ABŞ səfirliyi vizaların verilməsi ilə bağlı problemə aydınlıq gətirdi
DİM şagird və abituriyentlərə müraciət etdi
Kəbənin üzərini qara parça ilə nə zamandan örtürlər?
Qırmızı donlar
Şuşaya Azərbaycan bayrağının sancılmasının görüntüləri - VİDEO
250 illik qüllə evə çevrildi
Öküzün ağciyərlərindən hazırlanan dərman koronavirusdan ölümü beş dəfə azaldıb
- ŞƏRHLƏR