Qadin.NET / Arıqlamağa başlamanın 5 yolu

Arıqlamağa başlamanın 5 yolu

1. Yanınızda hər zaman qələm və dəftər saxlayın

Gün ərzində yediyiniz hər şeyi dəftərə yazdığınızdan əmin olun. Əgər yoldaşınızın qabından qalan şirniyyatı "ziyan olmasın" deyə yeyirsinizsə, onu da yazın. İş yerində dadına baxdığınız keksi də həmin dəftərə qeyd edin. Axşam yeməyi hazırlayarkən "Duzu necədir?" bəhanəsiylə yediyiniz tikələri də unutmayın. Yeyib-içidiklərimizi kağıza yazmaq nə yediyimizi bilməyimizi, arıqlamaq üçün edə biləcəyimiz dəyişiklikləri tapmağımızı təmin edər.

Arıqlamağa başlamanın 5 yolu

2. "Niyə?" deyə sual verin

Bir şey yeməyə, ya da içməyə başlamadan əvvəl özünüzə"Niyə?" sualını verin. "Niyə bunu yeyirəm? Acam, yoxsa bekarçılıqdan yeyirəm? Başqalarına yoldaşlıq etmək üçün yeyirəm?" Əgər "Acam?" sualına cavabınız "Bəli" deyilsə, yeməyin. Başınızı qatmaq etmək üçün nə etmək lazım olduğuna qərar verin. Bir az kitab oxuyun, telefonla dostunuzla danışın, amma əgər ac deyilsinizsə, yemək yeməyin!

Arıqlamağa başlamanın 5 yolu

3. Arıqlamaq üçün yeyin

Bəli, əgər günorta yeməsəniz, arıqlaya bilməzsiniz. Niyə? Çünki sonra daha çox acar, yeməyə başlayar və normadan artıq yeyərsiniz. Özünüzü pis  hiss edib,  dərhal pəhriz tutmağı saxlayarsınız. Hər kəsin yemək yeməyə ehtiyacı var və bunu gündə 3 dəfə etməlidir. Yediklərinizin arasında taxıl, tərəvəz və meyvələr olsun. Hətta bir az zülal və yağ da ola bilər.

Arıqlamağa başlamanın 5 yolu

4. Ən sevdiyiniz şeyləri xatırlayın

Əgər ən sevdiyiniz yeməkdən tamamilə uzaq olmağı sınasanız, nəticədə özünüzü idarə edə bilməyib hətta bir qutu şirniyyat  yeyə bilərsiniz. Nədən bəhs etdiyimizi təbii ki, anladınız. Şokolad? Hər axşam bir parça ən sevdiyiniz şokoladdan yeyin. Bir yerdə oturun və yalnız şokoladın sizdə yaratdığı həzz hissini yaşayın. Yavaş-yavaş yeyin. Əsla peşman olmayın, çünki ən sevdiyiniz yeməkdən uzaq qalmadığınızı bilmək pəhrizi sevməyinizi və xoşbəxt olmağınızı, arıqlamağınızı təmin edəcək.

Arıqlamağa başlamanın 5 yolu

5. Bədəninizdə ağzınızdan başqa, hərəkət edə bilən bir nöqtə seçin və onu hərəkət etdirin

Hər kəs bir şəkildə hərəkət edə bilər - rəqs və ya karate edə bilərsiniz. Səhərlər işə getmədən əvvəl gəzintiyə çıxa, uşaqlarınızla məktəbdən qayıdarkən parka gedə bilərsiniz. Hətta ev işlərini belə məşq formasına sala bilərsiniz. Bütün məsələ enerjili olmaqdır. Məsələn, tozsoranla evləri təmizliyə, ya da xalçaları silə bilərsiniz.

Arıqlamağa başlamanın 5 yolu

Sadəcə, hərəkət etməmək üçün bəhanə tapmaqdan imtina edin. Əvvəl 5 dəqiqə ilə başlayın və gündə 1 saat hərəkət edənə qədər hər həftə 5 dəqiqə artırın. Əgər istəsəniz, məşq zamanlarını müəyyən edə bilərsiniz. Səhərlər 10 dəqiqə tozsoran, günorta yeməyindən sonra 15 dəqiqə gəzinti, axşam yeməyindən sonra yoldaşınızla 30 dəqiqə velosipedə minmək kimi hərəkətlər faydalı olacaq. Hətta zibilləri qapının önünə çıxarmaq əvəzinə küçədəki zibil qutusuna aparmaq belə 5 dəqiqəlik gəzinti sayıla bilər.

15 iyul 2013
GO BACK