
31 yaşlı Mayk Vudbi ilyarıma qədər həddən artıq izafi çəkili idi. Onun çəkisi 209 kiloqrama çatmışdı.20 yaşında qəflətən kökəlməyə başlayan Mayk cəmi bir ilin içində 139,7 kq olmuşdu.Depressiyaya düşən, tanışları və yaşıdlarının məsxərələri ilə kinayəli "zarafat"larına tuş olan Mayk universitetdən gələn kimi evə qapılır, çölə çıxmırdı.O, ruh düşkünlüyünə düçar olduğundan çarəni yeməkdə, bir də spirtli içkilərdə görürdü.Sonra da internet...Lakin günlərin birində Mayk həyatını dəyişmək qərarına gəldi.Milli.Az The Daily Mail-ə istinadən bildirir ki, hər axşam ən azı bir şüşə viski içən Mayk məşqlərə və pəhrizə başladı.18 ay davam edən sərt pəhrizlə sürəkli məşqlər nəticəsində o, az qala yarıbayarı arıqladı.Daha konkret olsaq, ilyarım ərzində Mayk 114,3 kiloqramlıq çəkidən qurtuldu. İndi "Mister əzələ" kimi tanınan Mayk fitnes və bodibildinq təlimatçısı işləyir.İlyarım əvvələdək güclə yeriyən, tərpənəndə bədənindəki piyləri yırğalanan Maykl Vudbi əlil arabasına möhtac olmaq ərəfəsində idi."Belə davam etsəydi, ümumiyyətlə hərəkət edə bilməyəcəkdim. Çünki artıq addım atanda əziyyət çəkirdim. Özümü hər gün ölümə bir qədər də yaxınlaşdırmaq istəmədim. Ölmək istəmirdim. Həyatımı dəyişmək qərarına gəldim və məşqlərə başladım. Beləcə, hər şey dəyişdi", - Mayk Vudbi deyib.İngltərənin Şərqi York səmtindəki Hall şəhərində yaşayan Mayk indi 31 yaşlıMorqan adlı sevgilisi ilə yeni həyat yaşadığını söyləyir."Depressiyaya qapıldığımdan həddən artıq yeyirdim. Hər axşam ya bir butulka viski, ya da 6 banka pivə içirdim. Əksər vaxtlarda isə 18 banka pivə ilə dərdimi unutmağa çalışırdım. Amma bu, çıxış yolu deyildi. Gözətçi və supermarketdə qarovulçu işlədim. Amma çəkim sürəkli artdığından işdən çıxdım. İşsizlik müavinəti ilə dolanırdım.Bir axşam "Guns N 'Roses"ə qulaq asanda özümə sual verdim: "Axı bu nə həyatdır yaşayıram?!" Kövrəlmişdim. Bir butulka viski, sonra 8 banka "Stella" pivəsi içdim. Səhər isə yeni həyata başlamağa qərar verdim. Soyuducudakı bütün pivələri, viskiləri zibil qutusuna atdım. Yağlı, kalorili yeməkləri də həmçinin. Günorta saatlarında isə yaxınlıqdakı məşq salonuna yollandım.Məşqçiyə dedim ki, arıqlamaq istəyirəm. O da piyli qarnıma baxıb: "Sən nə gündəsən?! Halına ağlayan gərəkdir! Amma ruhdan düşmə. İstəsən, alınacaq", - dedi. Məşqlərə başladım", - Mayk söyləyib.Maykın dediyinə görə, çəkisinin yarısını məşqlərdə itirəndən sonra sanki fərqli insan olub.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Lalə (Tulipan) gülü
Cəlbedici makiyaj növləri
Havanın temperaturu 43 dərəcə olacaq
Bunları bilirsinizmi?
Reanimasiyada həkimlər koronavirusla belə mübarizə aparır - VİDEO
Kahı sendviçi (foto resept)
2020 BAFTA Mükafatları: Qırmızı Xalça
Telefonla oynayan uşaqlar təhlükədədir
Ən çox qazanan yazıçılar - SİYAHI
Naxçıvandan Batumiyə marşrut fəaliyyətə başlayacaq
Erməninin şokedici etirafı
Həyatımızın "Kaş ki"ləri
Rusiya ilə bağlı bədbin proqnoz
Dişlər onurğa sınığı olan pasiyentləri həyata qaytaracaq
Romantik yataq otağı dekorasiyası
Saçlar üçün
Monika Belluçi imicini dəyişdi-FOTO
"Brexit" Azərbaycana təsir edəcəkmi?
Azərbaycan və Türkiyə ordusu Ermənistan sərhədinə toplandı
Hörüklü pizza (foto-resept)
Bu qarpızları əsla yeməyin, yoxsa... - FOTO
Misirdə Xeops ehramı bu yolla tikilib-Qədim papirus tapıldı
Okeana atılmış məktub 50 il sonra tapıldı-FOTO
40 il artıq yaşamaq istəyənlərə 7 məsləhət
Manatın məzənnəsində ciddi dəyişiklik
Sürücülərin diqqətinə: mərkəzi yollardan biri bağlandı
Fərqli köynək düymələri
Günün qoroskopu: Təxəyyülü işə salın!
Dünyanın ən qəribə cərrahı: özü əlildir, amma
Facebook-dan Azərbaycana zərbə
Kəs və yapışdır-19
Azərbaycanda təhsil sisteminin vahid məlumat bazası yaradılacaq
Heyvanlara münasibət
Yeni stadion tikiləcək
AQTA-dan çağırış: Bu göstərişlərə əməl edin!
"İtkin düşənlərin sağ qalmaq ehtimalı yoxdur"
Parlaq saçlara necə sahib olmalı?
Pyotr dövrünə aid sikkələr tapıldı
17 ildən sonra ilk dəfə onu seçdilər-FOTO
Bu gündən Bakıya istilik veriləcək
Günün ulduz falı
Bu 12 məsləhəti hər gün yerinə yetirin
Qadınlar doğuşdan niyə qorxur?
Gülşən qazancından danışdı-FOTO
Bürc olaraq hansı pişik növünə aidsiniz?
Bu ölkədə internet zəiflədi
Tərbiyədə səbrin rolu
Koronavirus aşkarlanmamış rayonlar var? - Ramin Bayramlı açıqladı
Gülben Ergeni öldürmək istədilər
Şahzadə Diananın indiyədək görmədiyiniz FOTOLARI















- ŞƏRHLƏR