Qadin.NET / Belə dəyişdi: 18 aya 114 kq arıqladı

Belə dəyişdi: 18 aya 114 kq arıqladı

31 yaşlı Mayk Vudbi ilyarıma qədər həddən artıq izafi çəkili idi. Onun çəkisi 209 kiloqrama çatmışdı.20 yaşında qəflətən kökəlməyə başlayan Mayk cəmi bir ilin içində 139,7 kq olmuşdu.Depressiyaya düşən, tanışları və yaşıdlarının məsxərələri ilə kinayəli "zarafat"larına tuş olan Mayk universitetdən gələn kimi evə qapılır, çölə çıxmırdı.O, ruh düşkünlüyünə düçar olduğundan çarəni yeməkdə, bir də spirtli içkilərdə görürdü.Sonra da internet...Lakin günlərin birində Mayk həyatını dəyişmək qərarına gəldi.Milli.Az The Daily Mail-ə istinadən bildirir ki, hər axşam ən azı bir şüşə viski içən Mayk məşqlərə və pəhrizə başladı.18 ay davam edən sərt pəhrizlə sürəkli məşqlər nəticəsində o, az qala yarıbayarı arıqladı.Daha konkret olsaq, ilyarım ərzində Mayk 114,3 kiloqramlıq çəkidən qurtuldu. İndi "Mister əzələ" kimi tanınan Mayk fitnes və bodibildinq təlimatçısı işləyir.İlyarım əvvələdək güclə yeriyən, tərpənəndə bədənindəki piyləri yırğalanan Maykl Vudbi əlil arabasına möhtac olmaq ərəfəsində idi."Belə davam etsəydi, ümumiyyətlə hərəkət edə bilməyəcəkdim. Çünki artıq addım atanda əziyyət çəkirdim. Özümü hər gün ölümə bir qədər də yaxınlaşdırmaq istəmədim. Ölmək istəmirdim. Həyatımı dəyişmək qərarına gəldim və məşqlərə başladım. Beləcə, hər şey dəyişdi", - Mayk Vudbi deyib.İngltərənin Şərqi York səmtindəki Hall şəhərində yaşayan Mayk indi 31 yaşlıMorqan adlı sevgilisi ilə yeni həyat yaşadığını söyləyir."Depressiyaya qapıldığımdan həddən artıq yeyirdim. Hər axşam ya bir butulka viski, ya da 6 banka pivə içirdim. Əksər vaxtlarda isə 18 banka pivə ilə dərdimi unutmağa çalışırdım. Amma bu, çıxış yolu deyildi. Gözətçi və supermarketdə qarovulçu işlədim. Amma çəkim sürəkli artdığından işdən çıxdım. İşsizlik müavinəti ilə dolanırdım.Bir axşam "Guns N 'Roses"ə qulaq asanda özümə sual verdim: "Axı bu nə həyatdır yaşayıram?!" Kövrəlmişdim. Bir butulka viski, sonra 8 banka "Stella" pivəsi içdim. Səhər isə yeni həyata başlamağa qərar verdim. Soyuducudakı bütün pivələri, viskiləri zibil qutusuna atdım. Yağlı, kalorili yeməkləri də həmçinin. Günorta saatlarında isə yaxınlıqdakı məşq salonuna yollandım.Məşqçiyə dedim ki, arıqlamaq istəyirəm. O da piyli qarnıma baxıb: "Sən nə gündəsən?! Halına ağlayan gərəkdir! Amma ruhdan düşmə. İstəsən, alınacaq", - dedi. Məşqlərə başladım", - Mayk söyləyib.Maykın dediyinə görə, çəkisinin yarısını məşqlərdə itirəndən sonra sanki fərqli insan olub.

 

Mənbə: Milli.Az

12 oktyabr 2013
GO BACK