
Bəs yaxşı, yediyiniz dönərin hansı ətdən və ya nə ətindən hazırlandığını bilirsinizmi?
Türkiyə dönərin vətəni hesab edilir və Azərbaycanda xüsusilə geniş yayılıb. Demək olar ki, bütün kafe və restoranlarda ən çox satılan ayaqüstü yemək dönərdir. Dönər nə qədər insana xoş gəlsə də, sevməyənləri və necə hazırlandığını bilən insanlar da az deyil. Hətta bəzi insanlar necə və nə ətindən hazırlandığını bildikləri halda, dönər yeməyə davam edirlər.
Amma uzun müddətdir ki, dönərlə bağlı mübahisələr, istifadə edilən ətlərin mənşəyi ilə bağlı iddialar irəli sürülür.
Publika.az dönərlə bağlı xüsusi araşdırma aparıb.
Məlum olduğu kimi dönərin hazırlandığı yer ayrıca olaraq təmiz olmalıdır. Əgər anti- sanitarik yerdə hazırlanarsa, xərçəng xəstəliyi belə yarada bilər. Dönərin közdə və ya işıq istisində bişməsində də fərqlər var.
Amma tam sözlə deyə bilərik ki, ikisi də insan sağlamlığı üçün böyük təhlükə yaradır. Dönər ətlərinin bir çoxunun Hindistandan gətirildiyi,
Azərbaycanda isə ölü heyvan ətlərindən hazırlandığı ifadə edilir. Kömürdə bişən dönərin odla təması halında kanserogen (xərçəng xəstəliyini törədən amillər) riski yaradır.
Gün boyunca bişməyən dönərin bir gün sonra təkrar satılması isə ölümcül qida zəhərlənməsinə yol aça bilər. Ümumiyyətlə, dönər çalışıldığı qədər az istilikdə bişməli və ən azı istilikdən 15 sm uzaq olmalıdır. Dönərin ucuz başa gəlməsi üçün dönərçi müəyyən qədər qənaət edərsə, dönər daha da zərərli olar.
Məsələn, köhnə ət, keyfiyyətsiz tərəvəzlər, solmuş göyərti və s. İnsan dönər yeməsi üçün bütün bunları nəzərə almalıdır. Hər şeydən əvvəl öz sağlamlığını.
Hazırlanması
Toyuq kəsimi və parçalanması olunan yerlərdə, zibilə atılması lazım olunan hissələri və dərisi, bəzi işçilər tərəfindən yığılaraq dönərçilərə satılır.
Hətta artıq ətlərin dadı hiss olunmasın deyə, ətə bəzi baharatlar vasitəsi ilə xüsusi ləzzət qatılır. Satılmamış, yəni dünəndən qalan dönəri isə, farş halına gətirilir. Sonrada təzə dönərin içinə farş formasında əlavə olunur.
Dönər bıçağının tez – tez itilənməsi insan sağlamlığına zərər verən əsas şərtlərdən biridir. Dönər bıçaqları adətən poladdan olur. İtiləndikdə isə onun üstündə polad qırıntıları toz şəkilində qalır. Fikir versəniz, görərsiniz ki, dönər bıçaqları itiləndikdən sonra yuyulmur və ət kəsməyə davam edir. Bu, çox böyük təhlükədir.
Gözlə görünməməsi onun zərərli olmaması demək deyil. Çünki öldürücü mikroblarda gözlə görünmür.
Ədviyyatları
Dönərin hazırlanmasında 1 çay qaşığı duz əlavə olunur. Amma həmin duz yodlaşdırılmamış olur. Belə duzları yemək üzərinə əlavə
etmək yol verilməzdir.
Bu insan həyatı üçün çox təhlükəlidir. Amma dönərin hazırlanma prosesində təhlükəli duz məhlulundan istifadə halları geniş yayılıb. Kəklik otu və ya digər ədviyyatlar isə köhnə ətin dadını hiss etdirməmək üçün istifadə edilir.
Həkimlərin rəyi
Tibb elmlər namizədi Aman Mehdiyev publika.az –a dönər ilə bağlı şok açıqlamalar verib: “Dönərçilər ən azı hər altı aydan bir müayinədən keçməlidir. İstər gigiyena, istərsə də xəstəlik cəhətdən bu insanların təmiz olması əsas şərtdir.
Bəzi dönərçilər vərəm, hepatit kimi xəstəlik daşıyırlar. Bunlar xəstə sayılmır, amma daşıyıcı kimi kiməsə yoluxdura bilirlər. İctimai iaşə müəssisələrində çalışan insanlar sanitar epidemioloji stansiyalar tərəfindən çox ciddi nəzarətdə olmalıdır.
Onların bununla bağlı kitabçaları da var və hər altı aydan bir ciddi müayinədən keçməlidirlər. Dönər çox sağlam heyvanların ətindən hazırlanmalıdır. İstər toyuq, qoyun, istərsə də mal heyvanı olsun heç fərq etmir.
Sağlam olması ilə yanaşı, xüsusi olaraq həkim nəzarətindən keçməsi əsas şərtlərdən biridir. Əgər sağlam heyvan ətləri istifadə edilməsə, o zaman bunların içində “askarida” və digər qurd yumurtaları olur. "Askarida" qurdunun yumurtası müəyyən istiliyə davamlıdır. Onlar 100 dərəcə istilikdən bir qədər yuxarı istilikdə ölürlər.
Bir sözlə, dönər çiy olarsa, "askarida" yumurtası daşıyır. Çox bişərsə, qızarar və ya yanarsa, o zaman kanserogen (kanser – rak - xərçəng) xəstəliyi yaradır. Ümumiyyətlə, dönər insan həyatına kəskin şəkildə ziyan vurur”.
Mənbə:Milli.Az
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Günün qoroskopu:Maraqlı xəbərlər eşidəcəksiniz
Qız uşaqları üçün otaq dekorasiyası
Ali Baş Komandan: “Vətən Müharibəsində fərqlənənlərə orden və medallar veriləcək”
Meray Keri Gürcüstanda konsertlə çıxış edə bilər
Qadınlar Kate Middleton burnundan düzəltdirir
Şəhzadə Diananın heç vaxt görmədiyiniz 28 şəkli
Azərbaycanda 65 yaşdan yuxarı şəxslərin evdən çıxmasına qoyulan qadağa götürüldü - RƏSMİ
Prezident fəxri adlar verdi - SİYAHI
Sadə donlar
Yaponiyalı alim insanı sürətlə qocaldan QİDALARI AÇIQLADI:
Peçenye konfetlər(foto resept)
Dövlət Neft Fondunun yeni inzibati binasının açılışında
Günün qoroskopu: qeyri-sağlam rəqabət var
Alimlər Marsa casus göndərəcək
Havanı təmizləyən avtobus istifadəyə verildi-YENİLİK
Dünyanın möhtəşəm yer olduğunu göstərən şəkillər
Putin Savçenkonu azad etdi
Bilərziklər
Akrobatika gimnastikası üzrə Azərbaycan birinciliyi başlayır
Paylaşdığı FOTO ilə izləyicilərini qorxutdu
Azərbaycan dünyada ən sürətlə inkişaf edən, bütün sahələrdə yeniləşən dövlətdir
Azərbaycan və Türkiyə prezidentlərinin təkbətək görüşü oldu
Hava ilə bağlı qorxulu proqnoz
Günün ulduz falı
Bakıda açıq teatr: "Azərbaycanfilm"in yubileyi möhtəşəm qeyd olunacaq
İlham Əliyev: “Zəngilan azad edildi”
Saqqız çeynəməklə xərcəng olub-olmadığını biləcəksən
Teledərslərin sabahkı cədvəli açıqlandı - FOTO
Məşhur şəhərə Putinin adı veriləcək?
Məşhur həkimdən BƏDBİN PROQNOZ - Koronavirusun fəsadları illər boyu davam edəcək
Şuşaya Azərbaycan bayrağının sancılmasının görüntüləri - VİDEO
Demet Akalın yeni FOTOsu ilə diqqət çəkdi
Sistemləri dəyişdirən ideyalar
Bu gün bir əsrdə 14 dəfə baş verəcək hadisə yaşanacaq
Azərbaycanda pulsuz vaksinin kimlərə vurulacağı bəlli oldu
Tanınmış rejissor vəfat etdi
Ana Vətənimiz - Uşaqlarımız
Mərci küftəsi (foto resept)
Tanıdığımız obrazlar fərqli qələmdən
İdmançımız erməni rəqibini əzdi
İntiharların 15 ümumi səbəbləri (2)
İlham Əliyevdən işğaldan azad edilmiş torpaqlarımızla bağlı paylaşım
Murat Boz Aslı ilə duet oxuyacaq!
Xəbərlərin efrində UNO kadrları-VİDEO
Şəkərdən ölənlər daha çox qadınlardır
Eviniz həmişə işıqlı olsun
Paytaxt sakinləri hələ də donurlar: kimdir günahkar?
Azərbaycanda müasir sərnişin vaqonları olacaq
Ayaqqabı seçiminizə görə xarakteriniz
Soyuq hiss etməyən qadın















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]