BMT-nin İqlim Dəyişikliyinə dair Çərçivə Konvensiyasında tərəflərin 2-ci milli bildirişinə əsasən, bu əsrin sonuna qədər Azərbaycanda orta illik temperaturun 3-6 dərəcə Selsi artması proqnozlaşdırılır. Bu barədə Trend-ə Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan nümayəndəliyinin əlaqələr və əməkdaşlığın inkişafı üzrə meneceri Sevinc Saruxanova deyib.O qeyd edib ki, İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Ekspert Qrupunun (İDHEQ) məlumatına əsasən, son 50 ildə sənayeləşmənin artması və bununla əlaqədar təbii yanacağın yanması ilə bağlı atmosferdə istixana qazları adlanan maddələrin (CO2, CH4, N2O, və s.) həcmi kəskin surətdə yüksəlib. Bu cür istixana qazları isə temperatur artımına gətirib çıxarır.S.Saruxanovanin sözlərinə görə, son onilliklərdə Cənubi Qafqazda da havanın temperaturunun artması müşahidə edilir. BMT-nin İqlim Dəyişikliyinə dair Çərçivə Konvensiyasında tərəflərin 2-ci milli bildirişində hər üç Qafqaz ölkəsi modelləşdirmənin nəticələri əsasında yağıntılarda və temperaturda dəyişikliklər üzrə proqnozlarını təqdim ediblər. Bütün proqnozlar onu göstərir ki, orta illik temperatur bu əsrin sonuna qədər əhəmiyyətli dərəcədə yüksələcək. A2 emissiya ssenarisinə əsaslanan proqnozlara görə, Azərbaycanda orta illik temperatur bu əsrin sonuna qədər 3-6 dərəcə selsi, Gürcüstanın qərb və şərq hissəsində müvafiq olaraq 1,8-5,2 dərəcə və 3,5-4,9 dərəcə, Ermənistanda isə 4-5,1 dərəcə selsi artacaq.Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutu ölkə ərazisində iqlim dəyişmələrini yenidən qiymətləndirib. Tədqiqatlar zamanı müşahidələr dövrü 3 hissəyə ayrılıb. İlk mərhələ meteoroloji stansiyaların açıldığı vaxtdan (Bakıda 1881-ci ildən, digər ərazilərdə isə fərqli illərdə məlumatların daimi qeydə alınmasına başlanılıb) 1960-cı ilə qədər olan dövrü, ikinci mərhələ 1961-1990-cı illəri, üçüncü mərhələ isə 1991-ci ildən 2005-ci ilə qədər olan dövrü əhatə edib. Tədqiqat zamanı məlum olub ki, Azərbaycanın bütün ərazisində havanın temperatur 0,2-0,9 dərəcə yüksəlib. Temperaturun ən çox yüksəlməsi Aran, ən az yüksəlməsi dağlıq rayonlarda müşahidə edilib. Bununla yanaşı, son dövrlərdə ölkə üzrə buludlu, küləkli günlərin sayı azalıb.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Amerikalı psixoloqdan küskün insanlara maraqlı təklif
Məşhur aşpaz orduda xidmətə başladı - FOTO
Hicablı xanımlar üçün geyim kombinasiyaları
Rusiyalı qadın həbsxanaya piroqun içərisində 11 telefon keçirmək istədi
Müəllimlərin dəyişməyən statusu
Özcan Denizin Boşanma ərizəsində Diqqət Çəkən Məqam-FOTO
Uğur əldə etməyin asan yolları
600-dən çox şagird “Azərbaycan dili” imtahanından kəsildi
"Evdə tək" filminin ulduzu Maykl Cekson haqqında danışdı-FOTO
Düşündürücü və maraqlı
"Topçular"ın atıcısı sıradan çıxdı
Sloveniyaya miqrant axını davam edir
Azərbaycan vətəndaşı bədbəxt hadisələrdən sığortalanıbmı?
Yabanı turp salatı
Ac qalmaq saçların uzanmasına səbəb olur
Azərbaycanda 28 May - Respublika Günü qeyd olunur
Xankəndi tam zülmətə qərq oldu - VİDEO
İsti havalarda maye istifadəsi
Amerikalı iqtisadçılar dolların çökəcəyi proqnozunu verdilər: son 40 gün
Məşhur aktyor xanımların qəlbini ovsunladı-FOTO
Gəlinlər üçün manikür
Fransa Senatı Rusiya ilə bağlı qərar qəbul etdi
"Canlı Ken" 200-cü dəfə əməliyyat olundu-FOTO
Cessika Simpson üçüncü dəfə ana oldu-FOTO
Pozitiv olmağın mənfi tərəfləri
Tito Vilanova "Barselona"ya qayıdacaq
Bakıda hərbi keçid olacaq
Maska taxmaq üstündə sürücü ilə sərnişin arasında dava - VİDEO
Həzmi çətinləşdirən 4 qida
Yaz fəslinin Azərbaycana gəlmə vaxtı açıqlandı
Ölkədə istilik sisteminin verilməsi qrafiki açıqlandı
Kağızdan əl işləri
Ofisdə edə biləcəyiniz 3 yoqa hərəkəti
Bibərli kələm salatı (foto resept)
Günün ulduz falı
Göz iltihabı
Dünya mətbəxi - Özbəkistan
Prezident və xanımı ümumxalq şənlikdə iştirak ediblər
Tovuz atəşə tutuldu
İsti hava insanlarda narahatlıq yaradıb - Hava şəraiti nə vaxtdan sərinlənəcək?
Aksessuar seçimində nələrə diqqət edilməlidir
Özləri çox, gəlirləri azdır
XİN: Ermənistanı atəşkəsə əməl etməyə, Azərbaycana qarşı təxribata son qoymağa çağırırıq
“Məktəblər və universitetlər birmənalı olaraq açılmayacaq” - İlham Əliyev
Yeni hacılara Ebola virusu xəbərdarlığı
Bu ilin ən yaxşı 100 futbolçusu seçildi
Cessika Simpson növbəti dəfə ana olacaq-FOTO
Sinoptiklərdən müjdə
Bakının 26%-i təhlükədədir
Hava necə olacaq?
- ŞƏRHLƏR