Necə bir həyat?
Elm adamları Europada ağaclara dırmaşan meymunlar, alien tərzi yadplanetlilər və ya otlaqlarda aslanlar tapmağı düşünmürlər. Əslində Europada xərçəng kimi bir dəniz canlısı tapma ehtimalı belə aşağıdır. Ancaq bakteriyalar ola bilər.
Europa okeanında bakteriya olub-olmadığını anlamağın tək yolu Antarktikadakı Vostok Gölündə olduğu kimi buz təbəqəsini deşib araşdırma etmək və okean suyu nümunələri toplamaqdır (Vostok Gölü 4 kilometr qalınlığında buz təbəqəsinin altında gizli qalan və təxminlərə görə dibdəki hidrotermal qaynaqlarla bəslənən bir şirin su gölüdür. Buna buzaltı göl də deyə bilərik).
Bu cür mühitlər Yerdə də var: 1977-ci ildə Alvin sualtı Galapagos yarığına dalaraq dərin dəniz canlılarını araşdırdı. Alvin okean səthini işıqlandıran Günəşdən enerji almayan və ölən canlıların dibə çökən tullantıları ilə bəslənməyən yeni növlər tapdı.
Bu canlılar okean dibindəki geotermal çatların təmin etdiyi qaynar sudan enerji alaraq hidrogen və hidrogen sulfid kimi canlılar üçün normalda zəhərli olan maddələrlə bəslənirdi. Hidrogen sulfidin qaynağı da Yerin dərinliklərindən gələn lava axıntısının suya qarışması ilə ortaya çıxan qazlardır. İşığa bağlı fotosintez deyil "kemosintez"-lə enerji çıxaran bu canlılar biologiyada inqilab yaratdı və Yerdə düşünüləndən daha çox növ olduğunu göstərdi.
Okean çox soyuq və çox duzlu olmamalıdır
Dünya okeanlarındakı hidrotermal çatlarda yaşayan nəhəng balon qurdları və digər çoxhüceyrəli eukariot orqanizmlər oksigen ilə tənəffüs etdikləri üçün okean səthindəki Planktonların fotosintezləri ilə bilvasitə əlaqəli olurlar.
Ancaq kemosintezlə bəslənən anaerob bakteriyalar və digər tək hüceyrəli arkeler (təxminən bir ifadəylə primitiv bakteriyalar), fotosintez etmədikləri üçün okeanın dibində səth həyatına bağlı olmadan yaşaya bilərlər. Europanın eynilə Yupiterin digər peyki IO kimi qabarma-çəkilmə təsiriylə istiləşməsi Europa okeanında bu cür bakteriyalara lazım olan enerjini təmin edə bilər. Amma elm adamlarına görə, Europada sualtı vulkanlar, güclü lava axıntıları və ya böyük geotermal çatları yoxdur. Bu səbəblə Europa okeanının insanlar və heyvanlar kimi çox hüceyrəli heyvanları dəstəkləməsinin çətin olduğu düşünülür.
Ancaq yalnız bakteriyalar olsa belə Europa okeanı çox isti və ya çox duzlu olmamalıdır, yoxsa hidrogen sulfid istifadə edən bakteriyalar da bu okeanda yaşaya bilməz.
Peykin atmosferində oksigen var. Bəs onun mənbəyi nədir?
Europanın səthinin fotosintez edən meşələrlə örtülü olmadığını bilirik. Digər tərəfdən Europanın atmosferində oksigen olduğunu da bilirik. Bir neçə il əvvələ qədər bu mövzu elm adamları üçün bir müəmma olaraq qalırdı. Ancaq 2009-cu ilin sentyabrın Richard Greenberg Europanın səthinə vuran kosmik şüaların təsirini hesabladı və bunun peykin səthindəki su buzunun kiçik bir qismini sərbəst oksigen ilə (O2) hidrogen atomlarına ayıracağını təsbit etdi.
Buz layında qabarma-çəkilmələrlə ibarət çatları dolduran su atmosferdəki sərbəst oksigeni əmə və "oksigenli suyu" yeraltı okeanına daşıya bilirdi. Bu da Europa okeanının yalnız bir neçə milyon il içində Yer okeanlarında daha çox oksigen təşkil edəcəyi mənasını verirdi. Europada fotosintez edən planktonlar tapılmasa da, səth buzundan aşağıya daşınan oksigen Europa okeanında çox hüceyrəli canlılarının, məsələn, balığa bənzəyən növlərin yaşamasına imkan verə bilərdi.
Mars əhəmiyyətini itirir
Bu araşdırmalar elm adamlarını çox həyəcanlandırır. Belə ki, Boulder Colorado Universitetinin müəllimlərindən Dr. Robert T. Pappalardo 2006-ci ildə verdiyi şərhdə belə deyib: "Marsda həyat olub-olmadığını anlamaq üçün çox məşğul olduq. Halbuki, əslində Europada həyatı araşdırmaq lazım idi. Bu gün Europada bir okean var. Marsın okeanları isə 4 milyard il əvvəl quruyub".
Bəs başqa "planet"lər, başqa peyklər?
Bu gün Yupiterin təsdiqlənmiş 67 peyki var. Saturnun peyk sayı isə 62-dir. Bunların çoxu formasız kiçik planet və atmosfer və ya su olmayan planet olmaqla yanaşı, həyat olma ehtimalı da aşağıdır. Ancaq Süd yolu qalaktikasında yüz milyardlarla ulduz var və bu ulduzların ətrafında trilyonlarca qaz nəhəngi dönür. Qalaktikamızdakı qaz nəhənglərinin bir çoxunda isə 10 və ya daha çox peyk var. Elə isə gələcəkdə başqa bir ulduz sisteminə yerləşə bilsək, bəlkə də bir planetdə deyil, Europa kimi bir peykdə yaşayacağıq.
Peyklərdə həyat planetlərdən daha çox yayılmış ola bilərmi?
Bir planetin həyata əlverişli olması üçün Günəşə kifayət qədər yaxın olması lazımdır. Qaz nəhəngləri isə ümumiyyətlə, uzaq və soyuq dünyalardır, ya da ulduza çox yaxın olduğu üçün çox isti planetlərdir. Ancaq bu planetlərin orbitindəki peyklərdən biri şəxsən qaz nəhənginə nəzərən həyata əlverişli məsafədə ola bilər!
Bir peykin bir planetə həyata əlverişli məsafədə olması anlaşılması və qəbul edilməsi çətin bir mövzudur. İşin içinə bu yazının məqsədini aşan bir çox amil girir. Fəqət, bir neçə sadə fikri sıralaya bilərik:
Məsələn, həyat üçün əlverişli olan bir peyk qaz nəhənginə planetin təsiriylə istilənəcək qədər yaxın olmalıdır, amma qaz nəhənginin yaratdığı güclü maqnit sahəsindən qaynaqlanan zərərli radiasiyadan təsirlənməyəcək qədər də uzaq olmalıdır (Yupiterin şiddətli maqnit sahəsi süni peyklərin elektronik dövrələrini qızardacak qədər güclüdür).
Həmçinin, adından da göründüyü kimi qaz nəhənglərinin diametri böyükdür və böyük kütləli bu planetlər həyata əlverişli məsafədəki peyklərə şiddətli bir qabarma-çəkilmə gücü tətbiq edir. Şiddətli təsir peykin öz ətrafında dönmə sürətini yavaşladaraq planetin ətrafında dönmə sürətinə bərabərləşdirir. Bu peyklərin planetə hər zaman eyni üzü dönmüşdür. Yerin peyki Ay da elədir: Yerdən baxdığımız zaman Ayın qaranlıq üzünü görə bilmərik (Hərçənd Pink Floydun "Dark Side of the Moon" mahnısını xatırlayarsınız).
Bir peykin planetə daim bir tərəfi baxarsa, nə olar?
Peykin qaranlıq üzü daim Kosmosa doğru olduğu üçün qaz nəhənginin təsirinə qapılaraq xarici Kosmosdan qopub gələn planet və quyruqlu ulduzlar əvvəlcə peykin kosmosa baxan üzünə dəyəcək. Bu əslində yaxşı bir şeydir: Heç olmasa, peykin planetə baxan üzü asteroid təhlükəsindən qorunmuş olur. 65 milyon il əvvəl Yerə dəyən və Meksikadakı Yukatan yarımadasına düşərək dinozavrlarının soyunun tükənməsinə gətirib çıxaran kosmik toqquşma kimi "kosmos qəzaları" bir peykdəki həyatı yox edə bilərdi.
Saturn kimi 60 peyki olan bir qaz nəhənginin orbitinin planetin güclü təsiriylə asteroidlərlə çox sıx toqquşduğunu təxmin edə bilərsiniz. Dünyamız da qaz nəhənglərinin təmizlədiyi daxili orbitlərin birində döndüyü üçün bir çox təhlükəli toqquşmadan qorunmuşdur. Qaz nəhənglərinin sıx orbitlərindəki peyklərin isə belə bir şansı yoxdur.
Ancaq peyklərin həyatı qorumaq üçün bir üstünlüyü daha var: Bunlar yalnız Günəşdən deyil, planetdən də işıq alır. Məsələn, Saturna yaxın peyklərin gecə səması Yerdəki bütöv ay gecələrindən daha parlaqdır. Belə bir peykin həm Günəşdən, həm də Saturndan işıq aldığı üçün gündüz göyün çox isti olduğunu düşünə bilərsiniz, amma bu yanlışdır. Qaz nəhəngləri Günəşə uzaq olduğu üçün bu planetlərin peykləri də Yerdən soyuq olur. Buna görə də qaz nəhəngindən əks olunan işıq uzaqdakı ulduzdan kifayət qədər enerji ala bilməyən peykin uğradığı enerji itkisini kompensasiya edir. Təbii qaz nəhənginə həmişə eyni üzü dönmüş olan bir peykin iqlimləri də çox fərqli olacaq və bu peyklərdə vərdiş etmədiyimiz növdən ekzotik canlı növləri yaşayacaq. Xüsusilə də hər ay günorta vaxtı ortalığı qaranlığa boğan günəş tutulmalarını və standart "qonşu ay tutulmalarını " saydığımız zaman oradakı canlıların həyatının da fərqli olacağını görərik. Həmçinin, bir peyk ilə ətrafında döndüyü planetin arasından başqa bir qonşu peyk keçsə, bu dəfə də planet tutulması yaşanacaq.
Europaya da insan ayağı dəyəcəkmi?
Biz hələ təxminən 80 milyon kilometr uzaqdakı Marsa astronavt göndərməyi bacara bilmədik. Orta hesabla 800 milyon kilometr uzaqdakı Europaya necə insan göndərəcəyik? NASA-nın 2020-ci ildə Marsa 1,5 milyard dollarlıq bir peyk yollama planına görə yaşadığı büdcə çətinliyinə baxmayaraq, ABŞ-ın Europaya da heç olmasa bir zond göndərməyi düşündüyünü bilirik. 2 milyard dollara başa gələcək bu zond 2021-ci ildə orbitə çıxarılsa, 2027-ci ilə kimi Europaya eniş edərək buz təbəqəsindən qazma nümunələri alacaq. NASA 2 milyard dollardan bahalı bir araşdırma peyki göndərmək istəmir, amma Europaya göndərəcəyimiz bir zondun xərci çox daha yüksək ola bilər. Europayla əlaqədar son hesablamada belə bir zondun xərcinin 4 milyard dolları aşacağı hesablanmışdı. Baxaq, görək, NASA nə edəcək?
Bu mövzu ilə əlaqədar artıq "Europa Report" adlı elmi-fantastik film belə çəkilib.
Elm Qurdu
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Bu gün atəşfəşanlıq olacaq
Azərbaycan əhalisinin gəlirləri il ərzində 7,6 faiz artıb
Batanları xilas etmək üçün “canlı zəncir” yaratdılar
Haluk Levent üsyan etdi: - "Nankorsunuz"
Astronomiyadan təsirlənən manikür
Azərbaycan tarixindən yüz şəxsiyyət-81
Nazirlikdən hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ
Ana südü çatışmırsa
Azərbaycanda GMO məhsullara nəzarət gücləndirilir
35 yaşadək elmlər doktoru olanlara 5000 manat mükafat verilir
Günün ulduz falı
Cinsi həyatınızın qayğısına qalın
Polis Akademiyasında oxumaq istəyirsiniz?
Ermənilərin Laçında törətdiyi barbarlıq davam edir- FOTO
Karma qanunu
Qurban Qurbanov koronavirusa yoluxub
“Uzunömürlülüklə məşğul olan elmi-tədqiqat mərkəzi yaradılmalıdır”
Dünyanın ən gözəl əkiz qızları - fotolar
Saç tökülməsinə qarşı maska
Mayli Sayrus toyu təxirə saldı-SƏBƏB
DİQQƏT: Bu yoqurtlar TƏHLÜKƏLİDİR - FOTO
Cavanlıq sirri qulaq arxasında gizlənib
Qədim dövrlərdə istifadə olunan 3 gözəllik üsulu
Rusiya şokdadır: rubl dibə vurdu
Ledi Qaqa Bakıya neçəyə gəldi?
Brüksel kələmli makaron (foto-resept)
Çin balqabağının nəyi yaxşıdır?
Azərbaycan Türkiyə və Rusiyanı qabaqladı
Nişanlılıq dövrü
İlham Əliyev jurnalistlərlə bağlı qanunu təsdiq etdi
Xəstəliklərin psixoloji səbəbi var!
Kokoslu peçenye (foto resept)
Ərikli bükmə (foto resept)
Leonardo Di Kaprio tanınmaz halda-FOTO
Sınaq imtahanında 2 nəfər 700 bal topladı
Virtual Mercedes real olacaq
Bakıda böyük söküntü başlayır, 16 minə yaxın mənzil plana düşdü - ÜNVANLAR
Solyari dəri xərçəngi əmələ gətirir?
Sevinirəm ki, indi ikimizdə xoşbəxtik...
Separatçı məmur Azərbaycan ordusunun gücünü etiraf etdi
Azərbaycanlı gənc rəssamın “yaratdığı” Arda Turan
Azərbaycandan sərt etiraz
Antibiotiklər: yanlış fikirlər və reallıq
Dəbli pencəklər
Naxçıvana qar yağır - FOTO
Braxioplastika – qolların gərilməsi
İlham Əliyev Təhsil Nazirliyinə bir milyon manat vəsait ayırdı - SƏRƏNCAM
Bu şəxslər cəzalandırılacaq - XƏBƏRDARLIQ
BÜRCLƏR bizə nə vəd edir? - 13 Aprel
15 marşrutun dayanacaq məntəqəsi dəyişdirildi
- ŞƏRHLƏR