Tolyatiya vilayətində bir qadın qışın boranında küçədə yay paltarlarıyla gəzir, buna baxmayaraq o xəstələnmir və getdikcə xarici görünüşü daha da gözəlləşir. İlk baxışdan 20-25 yaş təəssüratını oyatsa da əslində yaşı çoxdur. Onun yetkin qızı var. Qışda paltoda gəzənlər onu görəndə təəccüblənirlər. Ona geyim, yardım, maşın xidməti təklif edirlər. Lakin o deyir ki, orqanizmi belədir. Bunu necə etdiyini soruşanlar, onunla tanış olmaq istəyənlər həddən artıq çoxdur.
Bəlkə də o bütün Rusiyada ya da ola bilər ki, bütün dünyada yeganə belə insandır. Tanış olun, Qalina Kutereva, bağça müəlliməsi köməkçisi “Sevinc” ləqəbli qadın. O özü haqqında danışmağı sevmir. O yaşadığı ərazidə olan bir həkim-terapevt haqqında danışmağı daha üstün tutur, çünki ona görə Qalinanın həyatı 180 dərəcə dəyişib.
– Mən Donbasda doğulmuşam, Azov dənizi sahilində. Isti havanı çox sevirəm. Tolyatiya 1982-ci ildə gəlmişəm. Mən adətən kontrast duş alıram. Küçədə belə gəzirəm çünki mənə soyuq deyil. Qışda soyuq, yayda isti hiss eləmirəm, hər kəs yorulanda mən işləməyə davam edirəm. Mənə fasilələr lazım deyil. Orqanizmim belədir.
– Şaxtalı havada nə hiss edirsiz bəs?
– Yüngül sərinlik. Şaxta çox olduqca mən də özümü daha yaxşı hiss edirəm. Yay günündə əsən sərin külək kimidir bu mənim üçün. Yağışda da mən yay ayaqqabısında gəzənda adamlar elə bilirlər ki, ayaqlarım donur. Əksinə qar ayaqlarımda əriyir. Mənim eşitmə, görmə qabiliyyətim inkişaf edib, artıq eynək taxmıram.
– Bəs saçlarınızı nə üçün rəngləmirsiz?
– Yaşımı bilsinlər deyə. Əvvəllər daha çox ağlar vardı saçlarımda, indi isə xeyli azalıb. Mən kosmetikadan da istifadə etmirəm. Üzümü və saçlarımı su ilə yuyuram. Xarici görünüşümdə süni heç nə yoxdur.
– Buna necə baş verib?
– Bütün yetkin insanlar kimi mənim də orqanizmimdə ciddi xəstəliklər yaranmışdı, həkimlərə çox müraciət eləsəm də effektinin müddəti az olurdu, daha sonralar isə getdikcə xəstəliklər daha da kəskin hal alırdı. Mən də sağalmaq üçün başqa yollar axtarmağa başladım. Özümü müalicəylə məşğul olurdum, lakin bunlar qalıcı nəticələr vermirdi. 1989-cu ildə öyrəndim ki, toyatilyalı bir həkim var – o həmin vaxt kinoteatrda seanslar keçirirdi. Mən də iştirak etmək üçün gəlirdim. Əksər xəstəliklərim tamamilə yox oldu, eləcə də asılılıqlarım və qorxularım. Yaxşı olduğumu hiss elədim və əvvəlki həyatıma qayıtdım. Lakin vaxt keçirdi və yeni xəstəliklər yaranırdı. 2005-ci ildə xəstəliklər məni o qədər əldən saldı ki, mən yenidən həmin həkimi yadıma saldım və onu axtarmağa başladım. O vaxtdan həyata, dünyaya və məni əhatə edən şeylərə baxışımı köklü şəkildə dəyişməyə qərar verdim. Tamamilə sağaldım, yalnız bədənim cavanlaşmadı. Mən həm də tam başqa insan oldum.
– Müalicə nədən ibarətdir? Özünüzdə nələri dəyişdiz?
– Bütün müalicə sistemim xeyirxahlıq üzərində qurulub. İnsan xeyirxah və yaxşı əhvalda olanda o sağlamdır. Sağlamlıq isə uzun ömür deməkdir. İnsan dünyanı sevməli və onunla harmoniyada olmalıdır. Mən həyatı sevdim və yaşamaq istəyirəm. Nə üçün yaşadığımı bilirəm – xeyirxahlıq üçün. Yaxşılıq üçün, hər gün kiməsə yaxşılıq etmək üçün. Mənim ürəyim və bədənim daha təmiz və aydın oldu.
– Soyuqda nazik paltarlarda gəzmək də praktikanın bir hissəsidir?
– Bəli. Məsələ bundadır ki. Soyuqda insan nəfəsini saxlayır. Bu zaman qan xəstə orqanlara doğru gedir və orqanizm özü-özünü sağaltmağa başlayır. Damarlar təmizlənir, elastik olur, qan yüngül və rahat şəkildə dövran edir. Nəfəsi saxlama praktikasını gündə bir neçə dəfə edirik. Həm də mən hər gün dizlərim üstündə 400 addım gəzirəm. Dizlərdə uzunömürlülük nöqtələri var və insan bir çox xəstəliklərdən azad olur, onurğa xəstəlikləri sağalır, damarlar, bağırsaqlar və s. Hər kim istəsə 100 il yaşaya bilər. Hər insan üçün bir əsr orta yaşama müddəti verilib. Bunun üçün öz ruhunu təmizləmək, xeyirxah olmaq və yalnız yaxşı şeylər arzulamaq lazımdır. Kiməsə nə isə etsən mütləq sənə də qayıdacaq. İlk növbədə onu deyim ki, söz sağaldır. “Sözlə insanı öldürmək və ya xilas etmək mümkündür.” Biz həm söz həm də düşüncəylə müalicə olunuruq, çünki düşüncə materiyadır. Məhz buna görə də düzgün danışmağı və düşünməyi öyrənmək lazımdır. Danışdığınız sözlərə mütləq fikir vermək lazımdır. Sözlərin də düşüncələrin də öz gücü var. Düşücəni eşitmirik, lakin ruhumuz onu qəbullanır və insan haqqında sevgi dolu fikirdə olanda bu həmin insanın daha da yaxşı olmasına xidmət edir.
– Bəs qidalanmanızı da dəyişmisiz?
– Bəli “ayırma qidalanma” növüylə qidalanıram. Və həftədə bir dəfə yemək yemirəm. Orqanizmim istirahət etsin deyə. Həmin gün yalnız su içirəm.
– Sizin sağalmağınız və cavanlaşmağınız hələ limit deyil? Siz yenə də nəyəsə nail ola bilərsiz?
– Əlbəttə ki. Hərdən mənə deyirlər ki, sən artıq sağalmısan, niyə yenə də bu sistemlə davam edirsən? Məsələ ondadır ki, mən sağlam və xoşbəxt olmaq və başqalarına kömək etmək istəyirəm.
– Nə üçün?
– Çünki mənim uşaqlarım, nəvələrim və nəticələrimin sağlam və xoşbəxt olmasını istəyirəm. Onlara getdiyi hər yer yerdə yaxşı və xeyirxah niyyətli insanların rast gəlməsini arzulayıram. Bütün insanlar bir-birlərini sevməlidirlər. Mən istəyirəm ki, sevgi və minnətdarlıq hər kəsdə olsun. Məhz bunlar insana sağlamlıq və uğur gətirir.
– Bəs doğmalarınız sizin həyat tərzinizə necə münasibət göstərirlər?
– Həyat yoldaşım məni dəstəkləyir, məni başa düşür və özü də belə həyat tərzi sürür. Onun da onkoloji problemləri vardı, lakin bu praktikadan sonra şiş yox oldu. 10 gündən sonra onkoloqun yanına getdi və həkim ona dedim: “Mən özüm bunu görməsəydim, kimsə mənə desəydi, heç vaxt inanmazdım”. Qızım həkim-psixiatrdır. Tibb təhsilli biri kimi onun mənim həyat tərzimin səmərəli olduğunu qəbul etmək bir az çətindir. Lakin o nəticəni görüb çox şeydə məni dəstəkləyir.
– Bəs insan nədən xəstələnir? Kinli olduğu üçün?
– Paxıllıqdan, qısqanclıq və kinlilikdən, qıcıqlanmadan. Problemlər və xəstəliklər – həyata düzgün baxış tərzinin olmamasından irəli gəlir. Biz mövcud həyat şəraitindəki dəyişikliklərə düzgün yanaşmırıq. İndi insanlar sağ qalmaq üçün mübarizə aparırlar, lakin insanlar yaşamalıdırlar, yaşamaq uğrunda mübarizə aparmamalıdırlar. Həyat maraqlı bir səyahətdir. Biz bu dünyada, sağ olduğumuz üçün sevinməliyik. Yaşamalı və istirahət etməliyik. Əgər işləmək istəmirsənsə – işini sevməyə başla və bu artıq sənin işin olmayacaq. Sən işə bayrama getdiyin kimi gedəcəksən.
– Sizin bundan sonrakı həyat planlarınız necədir?
– Mənim çoxlu planlarım var. Mən 100 ildən çox yaşamağı düşünürəm – əlbəttə ki, xəstəliklər olmadan, uzun və xoşbəxt bir həyat. Buna çox inanıram.
– Bəs sizdə əvvəllər olan xəstəliklər buna mane olmayacaqmı?
– Daim xəstələnən, çoxlu problemləri olan o qadın artıq yoxdur. Mən tamamilə başqa insanam, yenidən doğulmuşam. Bütün baxışlarım dəyişib.
– Siz neqativ köklənmişdiz?
– Mən zəif idim – həm sağlamlıq, həm də ruhi baxımdan. Həyata düzgün yanaşmırdım. Mənə elə gəlirdi ki, elədiyim hər hansı bir şey yaxşılıqdır. Lakin bu yaxşılıq deyildi. Mən öz həyatımı deyil başqasının həyatını yaşamağa çalışırdım və bu düzgün deyildi. Hər kəs öz həyatını yaşamalıdır. Öz yolu ilə getməlidir. Indi mən insanlara həyata düzgün baxmağa kömək edirəm və mənim arzularımın həyata keçməsi üçün uzun və xoşbəxt həyat sürməliyəm.
Pürrəng
XƏBƏR LENTİ
Səma heç vaxt görmədiyiniz kimi...
Xəzər dənizi "azad edilir" - hasarlar sökülür
Pilotsuz poçt maşınları yola çıxdı
Ömrünüzü kəsənləri niyə bu qədər sevirsiniz?
Çili yenə silkələndi
Londonda unikal Xocalı aksiyası
İdman görmə qabiliyyətini qoruyur
Divarlarımıza yapışan xəstəliklər: kif göbələyindən necə qurtulmalı?
Uşaqların zehni inkişafı üçün faydalı qidalar
Edis 1 milyon ödəməlidir-SƏBƏB
Prezidentin köməkçisindən 190 manatlıq ödəmələrlə bağlı AÇIQLAMA
Bir-birindən fərqli kəmərlər
Kremli rulet (foto resept)
Sağlam saçlar
Azərbaycanlı şagirdlərin üz qarası
İlk pivə aviareysinin tarixi açıqlandı
Kim ki yüz il yaşamırsa...
Yaz-yay ayaqqabıları
Hava haqqında
Erməni terrorçularının Azərbaycan ərazilərini hədəf alan raket zərbələri ilə bağlı XƏRİTƏ
Prezidentdən Xarici Kəşfiyyat Xidməti ilə bağlı fərman
Zümrüd adası- İrlandiya
Bu da yeni Mercedes 600
Azərbaycanlılar ətsiz qalacaq
Azərbaycan valyuta bazarının həftəlik icmalı
Meqan Marklın 3200 dollarlıq obrazı - FOTO
Günün ulduz falı
Koronavirusun əsas simptomu qızdırma deyil, budur - Mütəxəssislər AÇIQLADI/VİDEO
Ronaldo Paylaşımı ilə Diqqət çəkdi-FOTO
Göbələkli qəlyanaltı (foto resept)
Yaponiyadan Afrika qaçqınlarına böyük jest
Qəhrəmanlar can verər yurdu yaşatmaq üçün... - VİDEO
İşçilər iş yerində nəyə üstünlük verirlər?
Rusiya Türkiyədən ən azı 3 il pomidor almayacaq
Leyla Əliyevadan "18 Oktyabr" mahnısı - VİDEO
Üz və bədən üçün maskalar
Bu da ilk əyilə bilən smartfon
Sürücülük vəsiqəsini almağın asan yolu
45 yaşlı kraliçageyimi ilə diqqət çəkdi
Şagirdlərə bu il də dərsliklər pulsuz veriləcək
Ömrü uzadan 4 üsul
“Terminator”da Silvester Stallone oynasaydı... - VİDEO
7 günə arıqlayın
Maskaları tərkibindəki ərzaqların saça faydası
Möhtəşəm ziyafət don modelləri
Ən çox qazanan aktrisalar açıqlandı
Yeni texnologiyalar dövrü gəlir
Hərbi hissələrdə oruc qadağası
Yeni ildə tətil qiymətləri neçəyədir?
Ronaldodan alqışlanacaq hərəkət
- ŞƏRHLƏR