
Ramajit Raqhav pərişandır. Dediyinə görə, boğazından tikə keçmir, daim qəm dəryasındadır. Tək qalıb, tənhalığın qüssəsini çəkir.Səbəb isə arvadı Şakuntala Devinin evdən qaçmasıdır. Üstəlik, arvadı özü ilə ailənin kiçik oğlunu da aparıb.Milli.Az Daily Mail-ə istinadən bildirir ki, 97 yaşlı Ramajit Raqhavın dediyinə görə, böyük oğlu itkin düşəndən sonra arvadı daim ağlayır, baş verənlərdə onu, qoca atanı suçlayırdı."Axırda da getdi, kiçik oğlumu da apardı. Üstəlik, kiçik oğlumun ilk ad gününə bir neçə gün qalmış..." - Ramajit deyir.Ramajit Raqhav 2010-cu ildə məşhurlaşmışdı. O vaxt 94 yaşlı Ramajitin oğlu olmuşdu.Sonra Ramajitlə Şakuntalanın ikinci oğulları dünyaya gəldi. İndi 52 yaşlı Şakuntala kiçik oğlu, 1 yaşı tamam olmamış Ranjiti də götürərək evdən qaçıb.O, böyük oğlu Bikramjitin itkin düşməsini ərinə bağışlaya bilməyib."Ötən ilin oktyabrın 5-də Ranjit doğulanda dünyanın ən bəxtəvər adamı idim. İkinci oğlum dünyaya gəlmişdi. Elə sevinirdim ki... İndi tək, tənhayam. Bir mənəm, bir də dörd divar. Məzar kimi, - Ramajit Raqhav söyləyir. 3 yaşlı Bikramjit 6 ay əvvəl itkin düşüb.Həmin gün Şakuntala böyük oğlu Bikramjiti xəstəxanaya aparırdı. Avtobus dayanacağında oturduğu yerdə yuxuya gedən ana ayılanda oğlunu görməyib.Bikramjiti o gündən bəri görən olmayıb.Ramajit söyləyir: "Oğlumu Şakuntala itirdi, amma o gündən bəri məni suçlayır, ittiham edirdi. Deyirdi ki, bu hadisə mənə görə baş verib. Niyə belə deyirdi, hələ də anlamıram. Şakuntala heç nə demədən getdi. Kiçik oğlumuzu da apardı, yoxa çıxdı.Onun harada olduğunu bilmirəm. Şakuntala ilə yağışlı bir səhərdə tanış olmuşdum. Pirin qarşısında oturmuşdu. Ona yazığım gəldi, evə gətirdim. Şakuntalanın ailəsi, qohumları, dostları yoxdur. O, bu həyatda olan hər şeyim idi. İndi nə oğullarım var, nə də arvadım".Ayda 650 rupi, yəni 10 dollarlıq təqaüdlə yaşayan Ramajit Raqhav 24 yaşında evlənmişdi. Amma 25 yaşında dul qalmış Raqhav sonradan Şakuntala ilə evlənib və onunla 23 il nikahda olub."23 illik yaşamdan sonra Şakuntala öz yolunu seçdi. Mənə qalan yalnız oturub onu gözləməkdir. İndi saatlarla qapıda otururam. Onun qayıdacağını düşünürəm. Onu gözləyirəm. Onu sevirəm və bilirəm ki, o da məni sevir", - Ramajit köks ötürərək deyib.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Azərbaycanın bir sıra əraziləri işğaldan azad edildi - RƏSMİ + SİYAHI
Bananlı desert (foto-resept)
Müdafiə Nazirliyi cəbhədəki son vəziyyət barədə məlumat yaydı
Körpə dünyaya gəldikdən sonra hansı əməlləri yerinə yetirməli?
Ermənilər Madagizi nə vaxt işğal etmişdi? - FOTO
Hikmət Hacıyev: “Ermənistanın hücumu nəticəsində 16 yaşlı yeniyetmə vəfat edib”
Hamiləlik dövründə saç boyamaq zərərlidirmi?
Bakıda məktəbəhazırlıq qruplarına elektron qeydiyyat başlayır
Azərbaycanda ilan təsərrüfatları yaradılır - VİDEO
4 gündə 2 kiloqram arıqladan pəhriz
Ermənistan Qarabağa könüllüləri yığır
Yay üçün donlar
Novruz Məmmədov: "Biz bununla bağlı öhdəlik götürməmişik"
Pelin Karahan plastik əməliyyat olundu?-FOTO
Bülənt Ərsoydan Azərbaycanla bağlı paylaşım
Qadın idmançımız 12 rekordla Avropa çempionu oldu
9 may - Qələbə günüdür!
Xəyanət nədən yaranır?
Ducle Candy Ruiz
Az yatanlar tez xəstələnir
Bu xəbəri oxuyan uşağına onu verməz
Hava xəbərdarlığı
Azərbaycandan zəvvarların Həccə getmə və qayıtma tarixləri məlum oldu
Çərşənbədən yaza çıxacaqdıq, yağışla qar elə demir...
ÜST rəhbəri: “Dünyada pandemiya güclənir”
Xəstəlik aşkar edilən çağırışçılar geri qaytarılacaq
Diqqət! Pul kisənizi bu cibinizdə saxlamayın! - FOTO
Dəridə yaranan ləkələrin səbəbləri
Ucuz məhsulları buradan ala bilərsiniz
"Taxt-tac oyunları"nın aktrisası öldü
Qaynadılmış kartof sayəsində işıq yandırdı-VİDEO
Qənirə Paşayeva müəllimlərlə görüşdü
Məşhur Azərbaycan kəndi təlaş içərisində: nə vurmaq olur, nə də qaçmaq
Ayaqqabı modelləri
Azərbaycana qar yağır
İki böyük ölkə dollardan imtina edir
Nazirlikdən orta məktəblərdə yeniliklə bağlı açıqlama
Azərbaycan çətin sözdür?
İnsanın daha bir əcdadı tapılıb
Meyvəli tort
Uşaqlarda yerini islatma
Sabah Azərbaycanda havanın temperaturu 32 dərəcəyədək yüksələcək
TQDK-dan xəbərdarlıq!
Daxili İşlər Nazirliyindən əhaliyə XƏBƏRDARLIQ
76 kq arıqlayan qadın 18 illik arzusunu gerçəkləşdirdi – FOTO
Bill Geytsin qızı müsəlman Naillə nişanlandı - FOTO
Putin ilin ən nüfuzlu lideri seçilib
Günün qoroskopu: yaxınlarınız ideyalarınıza dəstək olacaqlar
"Ceyms Bond"un aktrisası öldü-FOTO
Şəhid atasından qürurverici sözlər - VİDEO















- ŞƏRHLƏR