Qadin.NET / Dünyanın ən qoca atasının arvadı qaçdı

Dünyanın ən qoca atasının arvadı qaçdı

Ramajit Raqhav pərişandır. Dediyinə görə, boğazından tikə keçmir, daim qəm dəryasındadır. Tək qalıb, tənhalığın qüssəsini çəkir.Səbəb isə arvadı Şakuntala Devinin evdən qaçmasıdır. Üstəlik, arvadı özü ilə ailənin kiçik oğlunu da aparıb.Milli.Az Daily Mail-ə istinadən bildirir ki, 97 yaşlı Ramajit Raqhavın dediyinə görə, böyük oğlu itkin düşəndən sonra arvadı daim ağlayır, baş verənlərdə onu, qoca atanı suçlayırdı."Axırda da getdi, kiçik oğlumu da apardı. Üstəlik, kiçik oğlumun ilk ad gününə bir neçə gün qalmış..." - Ramajit deyir.Ramajit Raqhav 2010-cu ildə məşhurlaşmışdı. O vaxt 94 yaşlı Ramajitin oğlu olmuşdu.Sonra Ramajitlə Şakuntalanın ikinci oğulları dünyaya gəldi. İndi 52 yaşlı Şakuntala kiçik oğlu, 1 yaşı tamam olmamış Ranjiti də götürərək evdən qaçıb.O, böyük oğlu Bikramjitin itkin düşməsini ərinə bağışlaya bilməyib."Ötən ilin oktyabrın 5-də Ranjit doğulanda dünyanın ən bəxtəvər adamı idim. İkinci oğlum dünyaya gəlmişdi. Elə sevinirdim ki... İndi tək, tənhayam. Bir mənəm, bir də dörd divar. Məzar kimi, - Ramajit Raqhav söyləyir. 3 yaşlı Bikramjit 6 ay əvvəl itkin düşüb.Həmin gün Şakuntala böyük oğlu Bikramjiti xəstəxanaya aparırdı. Avtobus dayanacağında oturduğu yerdə yuxuya gedən ana ayılanda oğlunu görməyib.Bikramjiti o gündən bəri görən olmayıb.Ramajit söyləyir: "Oğlumu Şakuntala itirdi, amma o gündən bəri məni suçlayır, ittiham edirdi. Deyirdi ki, bu hadisə mənə görə baş verib. Niyə belə deyirdi, hələ də anlamıram. Şakuntala heç nə demədən getdi. Kiçik oğlumuzu da apardı, yoxa çıxdı.Onun harada olduğunu bilmirəm. Şakuntala ilə yağışlı bir səhərdə tanış olmuşdum. Pirin qarşısında oturmuşdu. Ona yazığım gəldi, evə gətirdim. Şakuntalanın ailəsi, qohumları, dostları yoxdur. O, bu həyatda olan hər şeyim idi. İndi nə oğullarım var, nə də arvadım".Ayda 650 rupi, yəni 10 dollarlıq təqaüdlə yaşayan Ramajit Raqhav 24 yaşında evlənmişdi. Amma 25 yaşında dul qalmış Raqhav sonradan Şakuntala ilə evlənib və onunla 23 il nikahda olub."23 illik yaşamdan sonra Şakuntala öz yolunu seçdi. Mənə qalan yalnız oturub onu gözləməkdir. İndi saatlarla qapıda otururam. Onun qayıdacağını düşünürəm. Onu gözləyirəm. Onu sevirəm və bilirəm ki, o da məni sevir", - Ramajit köks ötürərək deyib.

 

Mənbə: Milli.Az

4 oktyabr 2013
GO BACK