Dövlət İmtahan Mərkəzi (DİM) vətəndaşlara müraciət edərək, ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu, eləcə də digər imtahanlarla bağlı qanunvericiliyin tələblərinə tam riayət etməyə çağırır.
Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, bəzi hallarda ədalətli şərtlər əsasında ali təhsil müəssisələrinə qəbul ola bilməyən abituriyentlərin qanunsuz yollarla imtahanlardan müsbət nəticə əldə etməsinə cəhd hallarına da rast gəlinir. Ötən illərin statistikasına nəzər saldıqda, imtahanlarda aşağıdakı qayda pozuntularının daha çox təkrar olunduğunu müşahidə edə bilərik: "Bu pozuntular imtahana mobil telefonla daxil olmağa cəhd, köçürmək üçün müxtəlif əyani vəsaitlərdən istifadə, sual kitabçasını və cavab kartını dəyişmək, köçürməyə cəhd və imtahanda iştirak etməli olan abituriyentin əvəzinə başqa bir şəxsin imtahana gəlməsi ilə bağlıdır. Məlumdur ki, hər bir imtahan nəticəsi elan olunarkən DİM tərəfindən imtahanda baş vermiş qayda pozuntuları haqqında da məlumat verilir və imtahanlardan xaric olunmuş abituriyentlərin sayı göstərilir, onların nəticələrinin ləğv olunması elan edilir. Bu qayda pozuntuları hüquqi məsuliyyət yaradır və qanunvericiliklə adekvat tədbirlərin görülməsini tələb edir. Bunlardan ən əsası imtahanda iştirak etməli olan şəxsin əvəzinə başqa birinin imtahan verməsi və ya ona cəhd etməsidir. Bu tələbə qəbulu qaydalarında da öz əksini tapıb. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 8 fevral tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları"nın 6.4-cü bəndində abituriyentin yol verməsi qadağan olunan hərəkətlər müəyyən edilmişdir. Bu hərəkətlərdən biri məhz saxta və ya başqasına aid sənəd təqdim etmək, imtahana öz yerinə başqasını göndərməkdir".
Məlumatda bildirilib ki, bütün bunlara qarşı Dövlət İmtahan Mərkəzi digər əlaqədar qurumlarla birlikdə müxtəlif tədbirlər həyata keçirir:
"Hələ ötən il Dövlət İmtahan Mərkəzi ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən aparılmış birgə araşdırmalar nəticəsində ali təhsil müəssisələrinə qəbul olmaq üçün keçirilən imtahan zamanı bir sıra qanun pozuntularına yol verilməsinə cəhd halları aşkar edilərək qarşısı alınmışdır. O zaman müəyyən olunan faktlar üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işlərinin istintaqı nəticəsində Nəsibov Müzadil Qərib oğlunun Cinayət Məcəlləsinin 320.1 (saxta sənədlərdən istifadə) və 29, 320.1-ci (saxta sənədlərdən istifadəyə cəhd), Rzazadə Ramazan Tofiq oğlunun 320.1 (saxta sənədlərdən istifadə etmə) və 29, 320.1-ci (saxta sənədlərdən istifadəyə cəhd), Alışanlı Təbib Natiq oğlunun isə həmin məcəllənin 29, 320.1-ci (saxta sənədlərdən istifadəyə cəhd) maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işləri baxılması üçün aidiyyəti məhkəmələrə göndərilmişdir".
DİM qeyd edir ki, prosesin davamı olaraq 15 noyabr 2019-cu ildə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin müraciəti əsasında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair konstitusiya işinə baxılıb və müvafiq qərar qəbul edilib. Qərarda deyilir ki, Cinayət Məcəlləsinin 320.1-ci maddəsində nəzərdə tutulmuş hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədilə saxtalaşdırma rəsmi sənəd barəsində və onun üzərində elə qanunsuz hərəkətlərin edilməsini nəzərdə tutur ki, bu hərəkətlərin nəticəsində həmin sənədin sahibinin və ya istifadəçisinin hüquqi vəziyyəti dəyişir, o, əsassız və qanunsuz olaraq hər hansı hüquq əldə edir və ya vəzifədən azad edilir, eləcə də hüquqlarının həyata keçirilməsi və ya vəzifələrinin icrasında müəyyən üstünlüklər, güzəştlər, imtiyazlar əldə edir.
Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq hüququ verən rəsmi sənədə qanunsuz olaraq başqasının adından digər şəxs tərəfindən məlumatların daxil edilməsi, onun əvəzinə imzalanması və s. hərəkətlər rəsmi sənədin saxtalaşdırılması kimi qəbul olunmalı və Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə tövsif edilməlidir.
Xatırladaq ki, burada üç min manatdan altı min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə nəzərdə tutulur.
Belə əməllər eyni zamanda inkişaf edən müasir cəmiyyət üçün faydalı mütəxəssislərin hazırlanması prosesinə maneçilik yaradır, dövlət tərəfindən təmin edilən sosial ədalət prinsipinə və elmi dəyərlərə olan etimadı şübhə altına alır. Halbuki, təşkil edilən imtahanların məqsədi abituriyentlərin bilik səviyyəsini müəyyən etməklə onların əldə etdikləri nəticəyə uyğun olaraq sıralanması və müvafiq ali və ya orta ixtisas təhsili müəssisələrində yerləşdirilməsidir:
"Bu sahədə mövcud qanunvericiliyin tələblərini pozan şəxslərə qarşı müvafiq qurumlar tərəfindən ən ciddi tədbirlərin görülməsi bundan sonra da davam etdiriləcəkdir"
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Demetlə Hande Yener barışdılar?-FOTO
Məşhur aktrisanı kimsə tanımadı-FOTO
Paşinyandan acı etiraf: “Rusiyanın Dağlıq Qarabağ məsələsində neytrallığını anlayırıq”
Sobada bişmiş badımcanlı makaron (foto-resept)
İğdırlılar Ermənistan sərhədinə yürüş edəcəklər
Axtarışda olan şəxs dövlət yaratdı
Fərqli gül börək (foto resept)
Bu çimərliklərdə EHTİYATLI OLUN - YENİLƏNİB
2019-un ən dəbli qadını seçildi
Ərdoğan: "Putin Ankaranı məyus etdi"
145 delfin sahilə atılaraq kütləvi şəkildə məhv olub
Sonsuzluğun çarəsi tapıldı
Koronavirus vaksini poliklinikalara TƏHVİL VERİLDİ
Azərbaycanda “Mall”lara gələnlərin hərarəti ölçüləcək - RƏSMİ
Ərdoğan Qarabağa görə Moskvaya gedir
Yumurta qabığı - evdə köməkçiniz
Sosial şəbəkələr üzərindən dələduzluq edən insanlardan EHTİYATLI OLUN!
825 uşaq Yeni il ağacı "oldu"
Şəraiti dəyərləndirməyi bacaran insanlar
Gözəl sırğalar
Rusiya KİV: “Paşinyan təkcə cəbhədə deyil, öz ölkəsində də uduzur”
Bir abituriyent iki qrup üzrə qəbul imtahanı verə biləcək - YENİLİK
Neft ucuzlaşdı
Paraşütçülər Bakı səmasında
Maraqlı uşaq otaqları
Hərbi hissələr Gəncədən çıxarılır
Nikol Kidmanın yeni saç düzümü diqqət çəkib - FOTO
"İnqilabi" prosessor nüvəsi yaradılır
Müdafiə Nazirliyi cəbhədəki son vəziyyət barədə məlumat yaydı
Cəvahirat sevənlərə
Nyu-Yorkda koronavirusun mənbəyi aşkarlandı
Dəhşətli hadisələrə 5 AY QALDI: Kütləvi ölümlər gəlir - Türkiyənin məşhur astroloqu
Kökəlmək istəyirsiniz?
Kartoflu rus salatı (foto-resept)
Ay Yerə YAXINLAŞIR
Müdafiə Nazirliyindən XƏBƏRDARLIQ: Bu nömrələrdən sizə mesaj gələ bilər
Tehranda toz zülməti
Moda aşiqi hər qadının bəyənəcəyi 15 film
Xoşbəxtliyin rəsmi
"Qisas alınmayana qədər, 0:8-i unutmaq mümkün olmayacaq"
Paytaxtda Ramazan ayının ilk günündə süfrələr quruldu
Avqust ayı üzrə sosial yardımlar ödənildi
Maşın saxlamağı bacarmayanlar
Mehriban xanım və Leyla Əliyeva açılışda iştirak etdi-FOTO
Övliyaların qəbirləri dağıdılır
Da Vinçinin barmaq izi tapıldı - FOTO
Göy soğan piroqu (foto-resept)
“Əminəm ki, bu dəfəki yarışlarda boksçularımız ədaləti bərpa edəcəklər”
Fahriye doğulmamış körpəsinə görə 4 milyon itirdi
Azərbaycanda magistratura pilləsinə qəbulda yenilik














