Noyabrın 7-də Bakının Xəzər rayonunun Şüvəlan qəsəbəsində yerləşən "Cırtdan" Respublika Uşaq-Gənclər İstirahət və Sağlamlıq Mərkəzinin yenidənqurmadan sonra açılışı olub.
Qadin.Net AzərTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva açılışda iştirak ediblər.
Mərkəzin binası 1986-cı ildə inşa edilib və uşaq düşərgəsi olub. Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı ilə burada yenidənqurma işləri aparılıb. Bundan sonra bu məkan "Cırtdan" Respublika Uşaq-Gənclər İstirahət və Sağlamlıq Mərkəzi kimi fəaliyyət göstərəcək.
Birinci vitse-prezident Mehriban Əliyeva istirahət və sağlamlıq mərkəzinin rəmzi açılışını bildirən lenti kəsdi.
Mərkəzdə yaradılan şəraitlə tanışlıq zamanı Birinci vitse-prezident Mehriban Əliyevaya burada aparılmış yenidənqurma, təmir-bərpa və abadlıq işləri barədə ətraflı məlumat verildi.
Qeyd edildi ki, uşaq və yeniyetmələr üçün maraqlı dizaynla qurulan düşərgənin binasında yenidənqurma işləri nəticəsində uşaqların daha rahat qalmaları, onların maraqlı, faydalı və əyləncəli vaxt keçirmələri üçün hər cür şərait yaradılıb. Bu məkan uşaqların sosiallaşması, asudə vaxtlarının təşkili, düşüncə tərzinin, məntiqinin inkişaf etdirilməsi üçün mühüm funksiya daşıyacaq. Mərkəzin həyətində əsaslı abadlaşdırma işləri aparılıb, yaşayış kompleksi və yeməkxana tamamilə yenilənib, yeni akvapark, parkur, yoqa və idman meydançaları, qaçış zolağı, kitabxana, akt zalı, yay səhnəsi, əyləncə zonası və s. inşa edilib. Təhlükəsizlik məqsədilə videomüşahidə sistemi qurulub. Uşaqlar üçün daha bir yenilik isə burada "Radio Cırtdan"ın fəaliyyət göstərməsi olacaq.
Sovet dövründə düşərgə kimi fəaliyyət göstərən bu məkanda çoxlu sayda uşaq və yeniyetmə hər yay öz istirahətini maraqlı keçirirdi. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra da düşərgə fəaliyyətini davam etdirib. Hər il 1500 nəfərə yaxın uşaq və gənc bu mərkəzdə istirahət edir. Mərkəzdə aztəminatlı ailələrə və sağlamlıq imkanları məhdud olan yeniyetmələrə xüsusi diqqət göstərilir. Düşərgənin dəniz yaxınlığında yerləşməsi isə uşaqların yay aylarında istirahətini çimərlikdə keçirməsinə də imkan yaradır.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Dünyada ucuzlaşır, Azərbaycanda isə bahalaşır
Avropalı bayrama nə qədər xərcləyir?
Yazmağı öyrənirəm - 5
Güləşçimiz ermənini yerə çırpdı
Tərəvəzli süd şorbası(foto resept)
Uşaqların inkişaf dövrü
Düşmən orduda böyük itki
Dondurmalı, isti şokoladlı keks (foto-resept)
Qan içən qadın
101 yaşlı nənədən uzunömürlülük sirri: "Çörək yeməyin"
İnsanlar niyə “evdə qal”mırlar? - VİDEO
Madonna şousuna 5 milyon xərclədi
Azərbaycan filmləri qardaş ölkədə
İdeal süfrə necə olmalıdır?
HAVA necə olacaq?-2 Avqust
ÜST-dən xəbərdarlıq: bu qidadan istifadə etməyin!
Xoşbəxt ailə həyatı ürəyi qoruyur
İnsanlardan əvvəl itlər bayram etdilər
Oyunlardan nə qazanacağıq?
Gürcüstanda azərbaycanlılar koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilib
Yeni trend: Terracotta
Qəzet oxumaq tərziniz xasiyyətinizdən xəbər verir
19 gün meşədə azıb qalan cütlük xilas edildi - FOTO/VİDEO
Virusun fəsadı: səhiyyə nazirini əmək naziri əvəz edəcək
Saç qırılmasına qarşı maskalar
Millimizin ən yaxşısı müəyyənləşdi
Bir əsrdən artıq yaşı olan Lüteran kilsəsi
Yayın ən isti dövrü başladı
Nə üçün axşam vaxtı dırnaq kəsməyin yaxşı olmadığını deyirlər?
Ezgi Mola sevgilisinə sataşdı
10 dəqiqədə 10 min xərclədi-FOTO
Bakı telefonlarında internet olacaq
Dəbli qol saatları
Qorxuya düşən düşmən döyüşdən imtina etdi: Həbs edilənlər var - RƏSMİ
Yeni ili keçirmək üçün daha çox arzu olunan şəhərlər - Bakı, Paris və...
Arnold Şvarsneggerin həyat qanunları
Bergüzar Korel ikinci dəfə ana oldu-FOTO
Dənizi hasarlardan xilas edib sahiblərinə - Xalqa qaytaraq
Hava haqqında - 15.03.2014
Bir oğlanın sizi sevdiyini anlamağın 7 yolu
Kəbədə yağış yağdı
Rəsm əsərlərim
"Ailə quranların 7%-də irsi qan xəstəlikləri aşkar olunub"
Azərbaycanda Nazirlikdə "SOS"!
Tatlıtuğdan xanımı ilə bağlı etiraf
Sulu qar, qar yağacaq - Sabahın HAVAsı
Dəbli çantalar
Azərbaycanda qurbanlıq heyvanların satış qiyməti açıqlandı
Yeni qaydalar şadlıq saraylarına "toy tutacaq"
4 yaşlı qız milyonları heyran etdi