Bu barədə APA Tv-yə Əsilsiz Erməni İddialarına Qarşı Mübarizə Dərnəyinin rəhbəri Göksəl Gülbəy xəbər verib. O, Ermənistanla döyüşlərdə Azərbaycan hərbçilərinin şəhid olması xəbərinin İğdırda ağrı ilə qarşılandığını bildirib
“Dünən şəhərimizdə yaşayan Azərbaycan türkləri ilə söhbət etdik. Hamısı üsyan edir, deyir ki, nə qədər gözləyəcəyik? Hətta "sərhədə kimi yürüş edək dedilər. Amma biz Azərbaycanın reaksiyasını gözləyirik. Buradakı insanlar üzülür. Azərbaycan şəhid verdi deyəndə gözü dolan insanlar gördüm. Sanki Türkiyədə bir əsgər şəhid olub. Biz Azərbaycanı hər zaman dəstəkləyirik. Lazım gəlsə, bu yolda canımızı da verməyə hazırıq”.
Göksəl Gülbəy təşkilatına üzv olan 150 iğdırlı qadın və kişinin daha əvvəl Azərbaycanın Qarsdakı baş konsulluğuna müraciət etdiyini və müharibə olarsa, müharibədə iştirak etmək istədiklərini bəyan edib.
“İllərdir burada PKK ilə mübarizədə minlərlə şəhid verdik. Azərbaycanın şəhid verməsinin nə demək olduğunu çox gözəl anlayırıq. Bu hissləri o qədər yaşadıq ki, Azərbaycanı bizdən yaxşı heç kəs anlaya bilməz”.
Türkiyə Azərbaycan Dərnəyinin İğdır şöbəsinin rəhbəri Sərdar Ünsal da APA TV-yə açıqlamasında Ermənistanı sərt tənqid edib.
“Ermənilər nə etdiklərini bilmirlər, fikrimcə, dünyadakı böyük dövlətlər Azərbaycanda vəziyyəti qarışdırmaq istəyirlər. İraqda, Suriyada olduğu kimi. Amma Azərbaycan dövləti güclüdür və bu qarışdırma işinə fürsət verməyəcək, ermənilərə lazımı dərsi verəcək. 11 əsgərimizin şəhid edilməsi bizi dərindən yaralayıb”.
Qarslı ziyalı Çətin Adıgözəl Azərbaycan xalqının hər bir kədərinin Türkiyə, xüsusilə də Qarsda yaşayanlar üçün də kədər olduğunu deyib.
“Əgər Azərbaycanda kəsərli bir ortam varsa, bir qardaş kimi, bir dost kimi bunu biz sizinlə paylaşırıq. Bunu bilin. Biz çox narahatıq, kaş ki, əlimizdə imkan olaydı, biz də o yerlərdə olaydıq. Qardaşlarımıza hər cür dəstəyi verəydik”.
O, Qarsda yaşayan azərbaycanlıların erməni zülmündən uzun illər əziyyət çəkdiyini, öz dədə-baba yurdlarından qaçaraq Türkiyəyə sığındığını deyib.
XƏBƏR LENTİ
Dünyanın ən çox qazanan aktyoru yenə o oldu
5G-yə 600 milyon dollar xərcləyəcək
Azərbaycan səfirliyi Maydanla bağlı bəyanat yaydı
Azərbaycanlı müğənniyə kapitan rütbəsi verildi (FOTO)
3 boksçumuz finalda!
Məzənnə yenə dəyişdi
Sahurda nə yeməli, nə yeyilməməli?
Çimərlik üçün saç modelləri
Koronavirus haqqında bildiklərimizi alt-üst edən ARAŞDIRMA
İqor Korotçenko: “Fransa özünü ATƏT-in Minsk qrupu xaricinə qoydu”
Mükəmməl qaşların sirri
Fikrət Kərimlinin 60 yaşı tamam oldu
Səhiyyə Nazirliyi Qriplə bağlı son vəziyyəti açıqladı
2014-cü ilin nişan geyimləri
Azərbaycanlıdan Qalileyi qəbirdə döndərən BƏYANAT
Azərbaycan 900 yeni vaqon alacaq
Demi Rouz cəlbedici bikinidə mərhum anasını andı – FOTO
30 dəqiqədə ev təmizliyi
Körpələrlə necə vaxt keçirməli?
Günün ulduz falı - 04.12.2013
Morris sindromu
Sarmaşıq kişini evdən uzaqlaşdırır
Erməni qızdan etiraf: “Qarabağ Azərbaycandır” - VİDEO
Saç düzləşdiricilərinin zərərləri və düzgün istifadəsi
Karantin dövrünün təbiətə müsbət təsiri
Motorola Çini ələ keçirmək istəyir
Bəxtiyar Vahabzadənin 90 illiyi qeyd olundu
6-18 aylıq uşaqlar üçün papaq toxunuşu
Ağız qoxusunun çarəsi
Saçlarını günlərlə yumur - FOTO
Hamilələrin qidalanması və bu haqda MÜQƏDDƏSLƏRİN tövsiyyələri
Hamiləlikdə nə yeməli?
Serdar Ortaç ETİRAF ETDİ
Kristina Aqilera Bakıda - FOTO
250 qadın ağ paltarda Belarus küçələrinə çıxdı - VİDEO
Kompüter və smartfon satışları azalacaq
DİN vətəndaşlara müraciət etdi
Kanadadan Türkiyəyə böyük JEST
Boyunuza görə ideal kilo necə hesablanır?
Köhnə jurnallardan divar bəzəkləri
Labirint-1
Portağallı manna yarması şirniyyatı (foto-resept)
Ailədə uşaqların sayı
Sosial siğorta nədir və onun əhəmiyyəti nədən ibarətdir?
Romantik inanlara ulduzların tövsiyəsi
Bu Azərbaycan yazıçıları repressiya olunmuşdular
Qızardılmış toyuq budları (foto resept)
Leyla Əliyeva ad günündə məşhurlarla bir arada - FOTO
İçlikli kartof kotleti (foto resept)
Sertap Erener Əməliyyat olundu-SƏBƏB