Qoç - Günün ilk yarısında işlərinizdə uğur əldə etmək istəyirsinizsə, problemlərin həllinə qeyri-standart yanaşın. Adi günlər effekt verən metodlar bu gün yararsızdır. Çətinliklər böyük sürətlə peyda olacaq.
Günün ikinci yarısında dəyər verdiyiniz insanla münasibətlərinizi daha intellektual edin. Ailə problemlərini məntiqlə həll edin. Axşam saatlarında hobbinizə vaxt ayıra bilərsiniz.
Normal istirahət edin.
Buğa - Mühüm işlərə başlamazdan əvvəl yaxşı hazırlıq görün. İmkan varsa, zəhmətkeş və etibarlı yardımçılar tapın. Gərəkli dəstəyi alın. Bütün işləri qısa vaxtda başa vurmağa çalışmayın. Rutin, gündəlik məsələlərin çözümünə xüsusi diqqət ayırın.
Günün ikinci yarısı daha irimiqyaslı işlər üçün münasibdir. Şəxsi münasibətlərdə dəyişikliklər vədəsi yetişib. Gərəksiz əlaqələrdən qurtulun.
Ötənləri xatırlayıb köks ötürməyin.
Əkizlər - Dönüş zamanıdır. Məcazlara aldanmayın, təhkiyələrə uymayın. Önəmli qərarlardan qaçmayın. Məhdudiyyətlərin sayını artırmayın. Yeniliklərə də aludə olmayın.
Sınanmış metodlardan, özünü doğrultmuş üsullardan yararlanın.
Günün ikinci yarısında zərurət yaranarsa, yeni ideyanı işlək formaya salın. Bəzi işləri dayandırmaq və ya təxirə salmaq olar.
Maliyyə məsələləri üçün uğurlu zaman deyil. Axşam saatları alış-veriş üçün əlverişlidir.
İntuisiyanızın səsini dinləyin.
Xərçəng - Şəxsi münasibətlər üçün ağır zamandır. Mənasız söhbətlərə qatılmayın. Qətiyyət və iradə tələb olunan situasiyalarda tərəfdaşınıza yardım edin.
Emosiyalarınız tündləşməsin. İşgüzar məsələlərin həllində emosional olmayın. Kompromislər zamanı deyil. Sürəkli qaydada geri çəkilsəniz, sizi zəif və iradəsiz insan sayacaqlar.
Günün ikinci yarısında hərəkət istiqaməti dəyişəcək. Dəyişikliklərə nəzər salın, təmayüllərə fikir verin.
Axşam saatlarına yaxın situasiya aydınlaşacaq. Planlarınızın qurulma konstruksiyasını, kiminlə işləyə biləcəyinizi müəyyənləşdirə biləcək suallara cavab alacaqsınız. Qəfil tapıntı olacaq.
Dostlarla ünsiyyətdə əhvalınız normallaşacaq. Diqqətli və qayğıkeş olun.
Şir - Sözlərinizə diqqət edin, spontan qərarlar verməyin. Günlə bağlı planlarınız kənar təsirlər nəticəsində təxirə düşə bilər. Manevr imkanlarınızdan bəhrələnin.
Təmaslarda təşəbbüskar olun, maraqlarınızı tam təmin etməyə çalışın. Yaxşı düşünülmüş və səbatlı özülü olan işlərdə irəliləyə bilərsiniz. Fəaliyyət üçün gərəkli səviyyədə rahat şərait yaradın.
Günün ikinci yarısında ilk baxışdan maraqlı təsir bağışlayan təkliflərə aldanmayın. Puç ümidlər sizi yanlış yola yönəltməsin.
Yeni eksperimentlər zamanı deyil. Stabilliyinizə real təhdid yaradan vəziyyətlərdə inadkar olun. Əsla geri çəkilməyin.
Qız - Önəmli məsələ ilə bağlı qərar verməzdən əvvəl situasiyanı hərtərəfli şəkildə təhlil edin.
Yeni ideyalar, mövzular, insanlar istisna deyil. Planlaşdırdığınız istiqamətdə qətiyyətlə hərəkət edin.
Problemli sahəni maneələrlə sədlərdən təmizləyin.
Günün ikinci yarısında əlavə gəlir mənbəyi istisna deyil. Bir qədər əvvəl əldə edilmiş razılaşmanı rekonstruksiya edin. İşlərdə əsla tələsməyin. Qüvvələr düzümü, planlar və rollar axşam saatlarına yaxın dəyişəcək.
Kollektivdəki situasiya sizi qıcıqlandıra bilər. Sərt reaksiya verməzdən əvvəl təfərrüatlardan hali olun.
Tərəzi - Süst olmayın, laqeydliyə qapılmayın. Apatiya bu gün sizin düşməninizdir. Başladığınız işləri yarımçıq qoymayın. Yaşananları diqqətlə müşahidə edin. Emosiyalara qapılmayın, güzəştlərə meylli olun.
Genişmiqyaslı fəaliyyət anına ciddi hazırlaşın.
Günün ikinci yarısında yaxın perspektivə hesablanmış fəaliyyətin variantlarını şərik və tərəfdaşlarla müzakirə edin. Təşəbbüskar olun, lider mövqelərinə yiyələnin. Mövqeləriniz güclü olarsa, rəqibləri geridə qoya bilərsiniz.
Axşam saatlarında gəzintiyə çıxın.
Əqrəb - Hər şey göründüyü qədər sadə deyil. Buna rəğmən uğur vəd edən zamandır. Gərəkli işləri sürətlə başa vurmaq üçün var qüvvənizlə çalışın. Məsələləri vaxtında həll edin. Maraqlandığınız məsələlərlə bağlı mümkün qədər çox, geniş məlumatlar əldə edə bilsəniz, özünüzü təhlükəsizlikdə hiss edəcəksiniz.
Günün ikinci yarısında ideyalarınızı tərəfdaşlarınızla müzakirə edin. Bəzi layihələrə yenidən qayıtmaq olar. Öhdəlikləri və görüləsi işləri paylaşın. Mümkün qədər çox fiziki iş görməyə can atmayın. Ehtiyatlı, sayıq olun.
Əmlak, maliyyə, vərəsəlik məsələlərini həll etmək olar. Yardıma ehtiyac duyana kömək edin.
Oxatan - Heç nədə ifrata varmayın. Maliyyə məsələlərində qənaətli olun. Emosiyalarınıza nəzarət edin. Mübahisəyə, şayiələrə, münaqişələrə qatılmayın.
Yaşamınızda indi müəmmalı, sirli nüanslar artır. Onlardan qurtulmaq asan deyil. Dəyər verdiyiniz insanları aldatmayın. Üzrxahlıq xətadan betər olmamalıdır.
Anlaşmaları yerinə yetirin.
Günün ikinci yarısında zidd maraqların toqquşması qaçılmazdır. Problemlərin həlli mövcud situasiyanın göstərdiyindən də dərindədir. Effektiv olmayan təmaslardan uzaq durun. Sürətli və dəqiq qərarlar qəbul etməlisiniz.
Axşam saatlarında duruma nəzarət edin.
Oğlaq - Günün ilk yarısında işlərinizdə aktivləşmə müşahidə olunacaq. Cari mükəlləfiyyətlər və işlər çərçivəsində qalın. Resurs qıtlığı yarana bilər.
Maliyyə vəsaitlərinizi bir daha hesablayın. Səhhətinizə fikir verin, əks halda orqanizminizdə homeostaz yaşana bilər.
Günün ikinci yarısında qərarlarınız düşünülmüş, məntiqli olmalıdır. Konkret situasiya ilə bağlı, yaxın perspektivi də düşünün.
Fiziki işlərdə xeyir var. Əhvalınız dəyişəcək. Təşəbbüskar olun, toplantı və müzakirələrə qatılın. Daxili protestinizə effektiv izhar yolu seçin.
Hadisələrin inkişaf məcrasını təxminləməyə çalışın.
Dolça - Günün ilk yarısı karyera məsələləri ilə məşğul olmaq üçün əlverişli zamandır. Müəyyən proseslər dəyişir. Yeni ideyalar, təmayüllər və təklifləri nəzərə alın.
Yaxın ətrafınızdakı insanların müqavimətini hiss etsəniz, təkid və təzyiq etməyin. Çalışdığınız şəxslərlə işbirliyini möhkəmləndirin.
Günün ikinci yarısında kollektivdə aktivlik artacaq. Yerdəyişmələr, xəbərlər az deyil. Maraqlarınızın təminatına çalışın. Xəbərlərin müzakirəsinə və mübahisələrə çox vaxt ayırmayın.
Əlverişli situasiyada süst davranmayın. Oyun qaydalarına riayət edin, öhdəlikləri unutmayın. Vədlərinizi gerçəkləşdirin.
Balıqlar - Günün ilk yarısında qarşılaşacağınız problemlərin həllində rasional yanaşma ilə bahəm, intuisiya da dadınıza çatacaq. Narahat durum, qarışıq gündür. Stress şəraitində çalışmalı olacaqsınız. Bu, əhvalınızın korlanmasına, səhhətinizdə problemlərin yaranmasına səbəb ola bilər.
Günün ikinci yarısı qəflətən yaranan maneəni dəf etmək üçün intellektual imkanlarınızı işə salın. Tapmacanın cavabını tapmaq məcburiyyətində qalacaqsınız. Axşam saatlarına yaxın dəyər verdiyiniz insanlarla ünsiyyəti intensivləşdirin. Tənhalıq, tərki-dünyalıq hisslərindən qurtulun
XƏBƏR LENTİ
Saç sağlamlığı üçün saçları necə yumalı?
Səhər yeməyi üçün fındıq əzməsi (foto-resept)
Bu ilin dəbi: Şortikli kostyumlar
Nar girən evə həkim girməz
Abraham Linkolnun oğlunun müəlliminə yazdığı məktub
2016-cı ildə bu gəlinliklər dəb olacaq
Azərbaycanda daha 36 nəfər koronavirusdan öldü: 1703 yeni yoluxma
Yeniyetmələrin 15 faizə qədəri yaşlarına uyğun olmayan saytlara daxil olurlar
Prezident İlham Əliyev fəxri adlar verdi
İti xilas etmək üçün avtomobilin şüşələrini qırdılar – VİDEO
Yağ yandıran düyü südü
Pijamalar
"Taxt oyunları" 32 nominasiyada namizəddir
Türkiyəli aktyorlardan ŞAD XƏBƏR – FOTO
Ohanyan Azərbaycanla genişmiqyaslı müharibədən danışdı
Azərbaycana gəlin köçən fransız nənəyə fəxri fərman verdilər
53 yaşlı Sertab Erener görünüşü ilə heyran etdi - FOTO
Vineqret (foto resept)
DKNY-dən milyon dollarlıq ətir
Hər kəsin dəyəri ədəbi qədərdir
Saxta “Samsung Galaxy S10+” smartfonu buraxıldı - VİDEO
Ermənilər silah ala bilər: amma kimdən?
Alimlər qeyri-adi planet aşkar etdilər
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Dünyanın ən gözəl qadınının sirləri
Xəbərdarlıq: Nə içirsiniz?
14 tibb bacısı eyni anda hamilədir
İştahı itirmədən arıqlamağın yolları
Cizgi filmlərinin valideynləri narahat edən məqamları
Qapalı idman müəssisələrinin fəaliyyəti bərpa edilir? - AÇIQLAMA
At ilində bizi nə gözləyir?
Modern iş geyimləri
Bakıda bəzi nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyətlər qoyulacaq
Qadın.Netlilərin müsbət və mənfi cəhətləri (5-ci hissə)
Apple WhatsApp istifadəsinə məhdudiyyət qoyacaq
Günün ulduz falı
Özünü sevənlər üçün şokolad dadında maska
Zakir Həsənov döyüş helikopterlərini havaya qaldırdı
Hadisənin bacısı da Belçikaya köçür-SƏBƏB
Karantindəki Xəstə Qaçdı!
Kartoflu kürələr (foto-resept)
Prezidentin sökdürdüyü erməni dilindəki lövhə gündəm oldu: Düşmənin canına qorxu saldı - VİDEO
İstismar müddəti başa çatmış binalar
Pərviz "Survivor"da səsverməyə çıxacaq - VİDEO
Süni uşaq qidaları: nəyi bilmək mühümdür?
Səhiyyə Nazirliyi koronovirusla bağlı məlumat yaydı
İdmançımız bu gün erməni ilə döyüşəcək
Şəkidə möhtəşəm turizm kompleksi tikilir
Xəstəliyə qarşı mürəbbələr (2)
Məşhur futbolçunun qabırğası sındı














