Qoç - Bu gün əvvəlkilər qədər yaxşı keçməyəcək. Amma bunun özündə tərifləmək üçün nəsə var. Məsələn, ona görə ki, o, problem gətirməyəcək və ya qəribə görüşlərlə sizi sevindirəcək. Nə vaxtsa, sizə kömək etmiş adamdan dəstək almaq şansı var.
Bazarlıq etmək olar. Gün xüsusilə yeni paltar alınması üçün münasibdir. İmicinizlə eksperimentlər uğurlu olacaq. Günün ikinci yarısı xoş romantik həyəcan vəd edir.
Buğa - Bu gün istənilən səfərlər, ekskursiyalar üçün münasibdir. Yeni təəssüratlar istəyirsiniz və onları alacaqsınız. Sadəcə olaraq, təşəbbüs göstərmək lazımdır. Gün intuisiyasını dinləyən Buğalara xoş sürprizlər və kəşflər vəd edir.
Ailə tədbirləri, yaşlı qohumlarla ünsiyyət, əlaqələrin möhkəmləndirilməsi üçün münasib gündür. İstənilən görüşləri bu günə təyin etmək olar - onlar istədiyiniz kimi keçəcək. Maliyyə işlərində qayda yaratmaq üçün əlverişli məqamdan istifadə edin.
Əkizlər - Olduqca maraqlı, xoş və asan gündür. İntuisiyanıza etibar edin - bu gün o, sizi olmaq istədiyiniz yerə aparacaq. Gözlənilməz görüşlər mümkündür. Onlardan biri taleyüklü ola bilər. Sərfəli sövdələşmə şansı var. Lakin diribaşlıq, hətta, sərtlik nümayiş etdirmək lazımdır.
Yaxınlarınızla ünsiyyətdə bəzən özünüzü aqressiv aparırsınız. Bu, xoş təəssürat yaratmır və incikliklərə səbəb ola bilər. Daha çox zirəklik lazımdır. Bu, yaşlı qohumlarınızla münasibətlərdə daha vacibdir.
Xərçəng - Sərfəli bazarlıqlar və gəlirli investisiyalar vəd edən uğurlu gündür. O, maliyyə məsələlərinin həlli üçün münasibdir. Köhnə tanışlarınızın sizə təzyiq göstərməyə cəhd edəcəyi, nəyəsə məcbur etməyə çalışacağı istisna deyil. Müqavimət göstərin!
Gün maraqlı görüşlər və romantik əyləncələr vəd edir. Yaranan hisslərin ani olduğunu bilə-bilə, onlardan zövq alırsınız. Yeni tanışlarınızdan kiminsə sizi həqiqətən sevdiyi istisna deyil.
Şir - Bu gün əvvəlki iki gündən daha əlverişlidir. Vaxtınızı yaxşı keçirəcək, asanlıqla həmfikir və köməkçilər tapacaqsınız. Səfərlərə yola düşmək olar. Onlar asan keçəcək və sizi yormayacaq. Gözlənilməz pul gəlirləri, hədiyyələr mümkündür.
Ev işləri sizə zövq verəcək. Bunun üçün nə seçməyinizin əhəmiyyəti yoxdur - dadlı nahar hazırlamaq, təmizlik aparmaq, köhnə əşyaları sahmana salmaq və s. Bütün hallarda bu işlərin öhdəsindən gözlədiyinizdən də tez gələcəksiniz.
Qız - Gün hiss olunmadan keçəcək, nə böyük sevinclər, nə də ciddi məyusluqlar gətirəcək. Maraqlı işləri seçin, onlarda uğur qazanacaqsınız. Həyəcan verməyən işləri isə təxirə salın. Ulduzlar belə yanaşmanın tərəfdarıdır.
Yersiz xərclərdən qaçın, vacib olmayan bazarlıqlardan imtina edin. Ağıllı qənaət sizə yarayacaq, bu gün bədxərclk etmədyinizə görə sonralar dəfələrlə sevinəcəksiniz. Günün ikinci yrasında ehtiyatlı olun: xəsarət təhlükəsi var.
Tərəzi - Tələskənlikdən uzaq durun. Bu gün hər bir addım sakit götür-qoy tələb edir. Səthi qərarlar əksər hallarda yanlış olacaq, dolama yollar isə sizi hədəfə birbaşa yollardan daha tez çatdıracaq. Yeni şübhəli layihələr naminə çoxdan qurduğunuz planlardan imtina etməyin.
Gün tamah və şirnikləndirmələrlə yadda qalacaq. Siz etimada layiq olmayan adamların nəsihətlərinə asanlıqla tabe olacaqsınız. Nəyə ehtiyacınızın olduğunu və nəyə can atdığınızı daha yaxşı sizin bildiyinizi özünüzə tez-tez xatırladın.
Əqrəb - Bu gün dayanmadan, özü də bəzən əlverişsiz şəraitdə işləməli olacaqsınız. Amma buna dəyər. Ona görə də, diqqətinizi cəmləyin və məşğul olduğunuz işlərə ciddi yanaşın. Səfərlər lazımi nəticəni versə də, çox vaxtınızı alacaq: doğru yolu dərhal tapa bilməyəcəksiniz, planlaşdırılmamış ləngimələr olacaq.
Deyəsən, sevdiniz şəxs sizdən uzaqlaşır, işlərinizlə maraqlanmır, hisslərinizi bölüşmür. Amma bunu faciə kimi qəbul etməyin. Təbii ki, xoşagəlməz tendensiyadır. Lakin o müvəqqəti xarakter daşıyır.
Oxatan - Gün dəyişikliklərlə əlamətdar olacaq: yeni maraqlar yaranacaq, köhnələri sıxışdıracaq, dəyərlərin yenidən qiymətləndirilməsi baş verəcək. Bu çətin proses Oxatanların emosional vəziyyətinə o qədər də yaxşı təsir etməyəcək - onlar əsəbi və səbrsiz olacaqlar, qaranlıq fikirlərə düşəcəklər.
Lakin ətrafdakılar böyük səbr nümayiş etdirəcək, Oxatanlara çətin günə davam gətirməkdə kömək etməyə var gücləri ilə çalışacaqlar. Sizi narahat edən məsələlərlə bağlı açıq danışmaqdan çəkinməyin: dəstək sözləri eşidəcəksiniz.
Oğlaq - Həyatınızda baş verənlərin hamısına nəzarət edə bilmirsiniz - bunu etiraf edin və hədər mübarizəyə güc sərf etməyin. Köhnə planları reallaşdırmağa növbəti dəfə cəhd etməkdənsə, yeni planlar qurmaq daha yaxşıdır.
Ətrafdakılarla münasibətlər dəyişəcək. Məlum olacaq ki, yaxınlarınız sizin təkcə güclü yox, həm də zəif tərəflərinizi bilirlər. Bununla belə, sizi sevirlər. Romantik etiraf mümkündür. Gözlənilməz evlilik təklifi də istisna deyil.
Dolça - Yaxşı məsləhətlər günüdür. Taleyin bu gün sizi qarşılaşdırdığı hər kəsə qulaq asmaq lazımdır: yolunuza çox maraqlı insanlar çıxacaq. Onlardan hans iləsə sizi ciddi münasibətlər bağlayacaq. Hələlik hadisələri tələsdirməyin, qoy, hər şey öz ardıcıllığı ilə getsin. Həmkarlarınız və müttəfiqlərinizlə qeyri-formal şəraitdə ünsiyyətə girmək, birgə layihələri müzakirə etmək olar. Belə söhbətlərin faydası olacaq.
Yaxınlarınıza hədiyyə almaq üçün yaxşı gündür. Bu gün seçiminizdə səhv etməyəcəksiniz. Amma çətin ki, özünüz üçün nəsə seçə biləsiniz. Buna görə məyus olmayın.
Balıqlar - Tanışlıqlarda ehtiyatlılıq tələb olunur: bu gün sizə qarşı o adamlar maraq göstərirlər ki, onlardan uzaq durmaq lazmdır. Şirnikdirici şeylərə müqavimət göstərmək çətindir. Bir çox Balıqlar dərhal müsbət emosiya almaq üçün düşünlməmiş hərəkətlər edəcəklər. Bürcün bir sıra nümayəndələri üçün belə hərəkətlər dərhal pis hadisələrə çevrilə bilər.
Yaxınlarınızla ünsiyyət sevinc bəxş edəcək. Hansısa çoxdankı ailə problemlərini həll etmək şansı var
XƏBƏR LENTİ
Məşhur müğənni ərə gedir
Silahlı Qüvvələr terror aktı barədə bəyanat yaydı
Hazar Amani Sıla haqqında AÇIQLAMA verdi-FOTO
Dünyanın ən kök futbolçuları
Bu gün gənclərin bayramıdır
Tənbəl zəriflərimiz
Çelik konsertinə gələn qızı sevdiyini 27 il sonra etiraf etdi
HAVA necə olacaq?- 3 MAY
Məkkədə QEYRİ-ADİ görüntülər - FOTO
Balıq buğlaması (foto resept)
“İnsan mühəndisi” – orijinal yanaşma və gerçək mesaj
Pensiya ilə bağlı yeni xəbər
Sadə azərbaycanlı ev almaq üçün neçə il ac qalmalıdır?
Beren qayınanasını sildi
Yuxusuna inandı: Lotereyada 500 min dollar qazandı - FOTO
2015-ci ildə hansı hədiyyələri vermək olmaz?
Gəlinlər üçün ayaqqabı modelləri
Azərbaycanda qeyri-adi toy karvanı
Obama müsəlmanları təbrik edib
Real həyat əsasında çəkilmiş filmlər
Ay tutulmasının vaxtı məlum oldu
Samsung yeniliyə sürətlə hazırlaşır
Atamın məhəbbəti
Şəhadətnamə və attestat almaq istəyənlə
Ən ucuz noutbuk təqdim edildi
Futbol azarkeşlərinin peyğəmbər sevgisi
"Bazardan aldım bir dənə, evdə açdım, min dənə":
Günün qoroskopu:Təşkilatçı olun!
Ən populyar şəhər seçildi
Çimərliklərdə nələr qadağandır? - SİYAHI
Heydər Əliyevin vəfatının 10-cu ildönümü ilə əlaqədar məqalə dərc edilib
Saba Tümer paylaşdığı FOTO ilə gündəmdədir
"Rusiyadan silah almağımız onunla izah edilir ki..." - Elmar Məmmədyarov
Siz uşağınızı tanıyırsınızmı?
Riannanın 3 milyon dollarlıq qolbaqları - FOTO
Həzmi çətinləşdirən 4 qida
Arıqlamağa kömək edən salat
Bülent Ersoy vəliəhdini açıqladı - FOTO
Smartfonda istənilən insanı izləmək mümkündür
Körpə dərisi və şirin yuxu
Halvalı keks (foto resept)
Koronavirusa yoluxmuş şəxs bu xəstəxanaya yerləşdirildi
Sabahın HAVAsı
"Yedi numara"nın məşhur aktyoru İLLƏR SONRA-FOTO
Dünyada "Atalar günü"...
Azərbaycanda elektron hərraclar keçiriləcək
Taysonu Çiliyə buraxmadılar
Məşhurların şəkillərini təqlid edən Tom
2013-cü ilin dəbli gəlinlikləri
Qadın bir ayda iki dəfə koronavirusa yoluxdu