Qoç - Maraq dairənizdə olan işə nə qədər tez başlasanız, bir o qədər yaxşı nəticələrə nail ola bilərsiniz. Qətiyyətli və əzmkar olun. Yaxın ətrafınızdakı insanlar uğurlarınızı görəcəklər. Yeni müttəfiq və ya tərəfdaş qazana bilərsiniz. Qohumlarla çoxdankı anlaşılmazlıqlardan birinə son qoymaq, sevdiyiniz insanla münasibətlərdəki sərinliyi aradan qaldırmaq imkanları var.
Səhhətinizə fikir verin. Sağlamlıqda problemlər riski var. Uzun müddət sükan arxasında olmayın. Ağır fiziki işdən imtina edin.
Buğa - Yeni tanışlıqlar asanlıqla yaranır. Maraqlı insanlarla tanış ola bilərsiniz. Yaşamınızda önəmli rol oynaya biləcək yeni təmas formalaşa bilər. Sevdiyiniz, rəğbət bəslədiyiniz insanları xoş xəbərlərlə sevindirin.
Maliyyə durumu yaxşı deyil. Nəzərdə tutulmamış xərclər, itkilər ola bilər. Borc aldığınız insanlar pullarını istəyirlər. Köhnə borcları qaytarın. Yaşlı qohumlarla problemlər ola bilər. Onlar ideyalarınızı dəstəkləmir, sizi sərt tənqid edirlər.
Əkizlər - Pərişanlıq və təəssüf, itkilər istisna deyil. Etibar etdiyiniz, güvəndiyiniz insanlar etimadınızı doğrultmayacaqlar. Olayların əlverişsiz inkişaf məcrası sizi planları sürəkli dəyişməyə, səbirsizliklə gözlədiyiniz görüşləri təxirə salmağa vadar edəcək. Ailədə mübahisə, yaşlılarla münaqişə riski var.
İş və ya kommersiya fəaliyyəti ilə bağlı xoşagəlməz xəbərlər alacaqsınız. Maliyyə və əmlak məsələlərini həll etmək, alış-verişə yollanmaq, anlaşma və ya sövdələşməni nəzərdən keçirmək məsləhət deyil.
Xərçəng - Qeyri-standart qərarlar günüdür. Pozmaq istəmədiyiniz qayda yoxdur. Ehtiyatlı və məntiqli olun. Eksperimentlərə vaxt sərf edərək əsas məqsəddən yayınmayın.
Şəxsi münasibətlərdə harmoniya hökm sürür. Yaxınlarınızla dil tapın, onların təlaş və ya sevinclərini bölüşün. Yardıma ehtiyac duyan insana kömək edin. Maraqlı və sadə işlərlə məşğul olun. Yeni tanışlıqlar üçün əlverişli zamandır.
Şir - İşgüzar təmaslar, danışıqlar, müqavilə və anlaşmalar, təşkilati məsələlərin həlli üçün əlverişli zamandır. İşlər və yerinə yetiriləsi tapşırıqlar, həllini gözləyən məsələlər çox olsalar da, özünüzü itirməyin. Heç nəyi diqqətdən qaçırmayın, səhvlərə yol verməyin. Gəlirlər ola bilər.
Yaxınlarınızla həmişə dil tapmaq olmur. Bir qədər kritik davranın, başqalarının nöqsan və zəifliklərini ifrat dərəcədə qabartmayın. Yaxınlarınızdan kimsə sizi tənqid edəndə aqressiv və sərt davranmayın.
Qız - Qeyri-adi işlər və yeniliklər, qəfil məlumatlar zamanıdır. Uzaq səfər və ya səyahətə yollanmaq olar. Sonuc uğurludur. İşgüzar tərəfdaşla fikir ayrılıqlarına son qoymaq, işdə rəhbərliklə münasibətləri normallaşdırmaq şansları var.
Bilik, bacarıq və təcrübənin artırılması üçün əlverişli zamandır.
Günün ikinci yarısında xoş əhvalı qorumaq asan deyil. Buna rəğmən emosional olmayın, yad təsir altına tez düşməyin, neqativ təmayüllərin qurbanı olmayın. Diqqətli davranın. Mühüm xəbər almaq, planlarınızı reallaşdırmağa imkan verəcək informasiyaya yiyələnmək şansları var.
Tərəzi - Çətin və qarışıq emosional fonu olan gündür. Ağır problemlərlə qarşılaşaraq çətinliklərin fəsadlarının ağrısını çəkə bilərsiniz. Yaxınlarınızla fikir ayrılıqları istisna deyil. Sülhü, münasibətlərdəki rəvanlığı qorumaq üçün haqlı olsanız belə, güzəştə getməyi bacarın.
Yeni tanışlıqlarla bağlı gözləntiləriniz böyük olmasın. Söz yox, bu gün tanış olduğunuz insanlar pis şəxslər deyil. Lakin onlar yaxın gələcəkdəki olaylarda və yaşamınızda ciddi rol oynaya bilməyəcəklər.
Əqrəb - Çətin və qarışıq gündür. Əvvəlki vaxtlarla müqayisədə yaxın ətrafdakı insanların təsiri altına daha tez düşməyin. Az qala hər təmas emosional sınağa çevrilməsin. Həssas və sayıq olun. Heç bir səbəb olmadan insanların xətrinə dəyməyin.
Alış-veriş və ya bahalı əyləncə vasitəsilə əhvalınızı yaxşılaşdırmağa can atmayın. Sadəcə, pullarınızı boşuna xərcləyəcəksiniz. Yaxınlarınız sizə mənəvi dəstək olacaqlar. Bir şərtlə ki, sizi narahat edən məsələdən onları da hali edəsiniz.
Oxatan - Ev işləri çox vaxt alır. Ailə problemi düşündüyünüzdən də ciddidir və məsuliyyətli yanaşma tələb edir. Əfsuslar olsun ki, sizi bəzi problemlərin baiskarı hesab edirlər. Halbuki həmin problemlərin yaranmasında heç bir suçunuz yoxdur. İndi istənilən izahat effekt verməyəcək. Durumdan çıxış yolu tapmaq barədə düşünün.
Təhsil, informasiya, məlumat, təcrübə almaq üçün əlverişli zamandır. Yeni informasiyanı dərhal əxz edin, məntiqli nəticələrə gəlin. Qərarlarınız yanlış olmasın. Nüfuzlu insanlarla təmaslarda diqqətli olun. Sizi qeyri-sağlam karyerizmdə suçlaya bilərlər.
Oğlaq - Ən kiçik amilləri, hətta xırda detalları nəzərə alın. Hadisələrin mümkün inkişaf məcrasını təxminləməyə çalışın. Uzunmüddətli planlaşdırmada rəqibləri üstələməyə can atın. Sizdən yardım və məsləhət istəyirlər. Nüfuzunuzu artacaq.
Peşə fəaliyyəti müstəvisində qələbələr və uğurlar istisna deyil. Şəxsi həyatda isə irəliləyişlər və yaxşılığa doğru dəyişikliklər ehtimalı azdır. Hisslərinizi araşdırın. Kiçik problemlər sizi təlaşa salmasın. Tələskənlik etməyin. Yaşananları anlamağa çalışın. Belə baxış və davranış narahatlıqların əsl səbəbini anlamağa yardım edəcək.
Dolça - Ehtiyatlı və həssas davranın. Bu gün yol verəcəyiniz səhvlər peşə fəaliyyəti müstəvisində problemlər yarana bilər. Yalnız kollektivin həll edəcəyi problemin öhdəsindən təkbaşına gəlməyə çalışmayın. Etibarlı və zəhmətkeş yardımçılar seçə bilərsiniz. Uğuru müttəfiqlə bölüşməli olacaqsınız. Narahat olmayın, irəliləyin.
Sizi çoxdan bəri narahat edən məsələni sevdiyiniz insanla müzakirə edin. Mürəkkəb söhbətə başlamaqdan çəkinməyin. Eşidəcəyiniz sözlər sizi sevindirəcək.
Balıqlar - Qohumlarla əlaqələr daha da sıx olur. Ailədəki məsələləri həll edərkən hamını təmin edən variantı tapa bilərsiniz. Sevdiyiniz insanla münasibətlərdəki harmoniya sizi razı salacaq.
Romantik görüş təəssüf hissi yaratmayacaq.
Alış-veriş üçün pis gün deyil. Səfərə yollanmaq olar. Amma unutmayın ki, səfər nəzərdə tutduğunuzdan artıq vaxt alacaq. İşgüzar danışıqlar üçün əlverişli gündür. Di gəl, unutmayın ki, əldə edilən anlaşma və razılaşmalar müvəqqəti səciyyə daşıyır.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Bu Qala kimin qalasıdır?
Uzun saçlar üçün maskalar
Ev heyvanı ilə böyüyən uşaqların qazandığı 3 üstünlük
Dünya mədəniyyətinin ilkləri
Azərbaycanda keçiriləcək buraxılış imtahanlarında dəyişikliklər edilib
Nazirdən repetitor xidmətinin bərpası ilə bağlı AÇIQLAMA
Albalı piroqu
Gənc xanımlar üçün çanta modelləri
Azərbaycan tarixindən yüz şəxsiyyət-78
Cəfəri maskası
4 günə 5 santimetr arıqladan detoks
BVF son proqnozu açıqlayıb
Bilirsinizmi?
Xeyirxahlığın ölmədiyini göstərən şəkillər
Küçələrin ən gözəl yaradıcılıq nümunələri
Bakıda 1 000 manata çörək
Uşaqların yaşına görə boşanmanın təsiri
"Taxt oyunları"nın aktrisası gizlicə ərə getdi - FOTO
“Cümə günü də məhdudiyyətlər tətbiq edilsin” - TƏKLİF
Azərbaycan kəndində ilk
Düzgün ayaqqabı seçimi
Mehmet Əli Ərbil Son Halı ilə Qorxutdu-FOTO
Kağızdan hazırlanmış donlar
Çox təmizlik Alzheimer riskini artırır
"Ağıllı lövhə"lərin şagirdlərin sağlamlığı baxımından şübhə doğurduğu məqamlar
Dadlı görünən çantalar
Xərçəng olmamaq üçün bunu etməyin
Yer qaranlığa qərq olacaq? - AMEA-dan AÇIQLAMA
Narın faydası və zərəri
Dünyada internet nə vəziyyətdədir?
BÜRCLƏR bizə nə vəd edir?- 3 fevral
Ermənistanda aclıq gözlənilir
Pareidoliya
Prezident işğaldan azad olunan torpaqlarda quruculuq işləri ilə bağlı tapşırıqlar verdi
İsti havada başımız niyə daha çox ağrayır?
Ağacları sevən pişiklər
2021-ci ilin qeyri-iş günləri açıqlandı - RƏSMİ
88 yaşlı modelin cavanlıq şəkilləri
Piyləri artıran… fruktoza
Kompüteriniz üçün maraqlı şəkillər
"Çılğın Bediş" 23 il sonra yenidən-FOTO
Orucun 15-ci günündə bunlar baş verir - Həkim danışdı
Gözəl dırnaqlar
Məşhur cütlük ayrıldıqdan sonra-FOTO
Nəşhur həkimdən ilginc AÇIQLAMAlar
Conni Deppin qızı hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Makronun koronavirusa harada yoluxduğu məlum oldu
Ziynet Salı toy tarixini açıqladı
Firuşkamızın əl işləri
Çilli qız gözəlliyi ilə diqqət çəkdi-FOTO