Heyvanlardan insanlara orqan nəqlinin həyata keçirilməsi üzrə tədqiqatlar aparılır. Bu məqsədlə genetikası dəyişdirilmiş donuzlar ən ideal seçimdir. Çünki onların orqanları insan orqanlarına çox bənzəyir. Daha əvvəl donuzun qara ciyərinin köçürülməsi həyata keçirilib, lakin müsbət nəticə əldə edilməyib. Bu istiqamətdə tədqiqatlarımız davam edir. Növbəti beş ildə donuzdan insana qara ciyər köçürülməsinə nail olmağa çalışacağıq.
Bu sözləri Türkiyənin Malatya İnönü Universitetinin Qara ciyər Nəqli İnstitutunun rəhbəri, professor Sezai Yılmaz kütləvi informasiya vasitələrinə açıqlamasında deyib.
Qadin.Net AzərTac-a istinadən xəbər verir ki, professor, həmçinin bildirib ki, hazırda dünyada tibb sahəsində ən önəmli problemlərdən biri orqan transplantasiyasıdır: “Dünyada orqan transplantasiyasına ehtiyacı olan xəstələrin sayı çox olsa da, orqan çatışmazlığı var. Bəzən sağlam insanlar öz yaxınlarının həyatını qurtarmaq üçün donor olurlar. Lakin sağlam insanların öz orqanlarını bağışlamasının tərəfdarı deyiləm. Bundan başqa, beyin ölümü keçirmiş və vəfat etmiş insanların orqanları da xəstələrə köçürülür. Beyin ölümü keçirən insan bioloji və tibbi olaraq ölmüş insanlardır. Onların ağ ciyərləri və ürəyi cihazların köməyi ilə iki-üç gün fəaliyyətdə olur. Həmin zaman onların orqanlarını ehtiyacı olanlara nəql etmək üçün ən uyğun vaxtdır. Beyin ölümü keçirmiş şəxsin orqanları başqa xəstələrə köçürüləndə çox yaxşı fəaliyyət göstərir. Bəzən də ürəyi və ağ ciyəri işləməyən, yəni tamamilə ölən insanların da orqanları alına bilər. Lakin bu zaman həmin orqanların fəaliyyəti tam ürəkaçan olmur. Türkiyədə də orqan çatışmazlığı var. Yəni insanlar ölən yaxınlarının orqanlarını çox az halda bağışlayırlar. Hazırda həkimlər sağlam insanların öz yaxınlarına donor olması ilə problemi həll etməyə çalışırlar. Lakin əsas məqsəd sağlam insanlardan orqan nəqlini azaltmaqdır. Buna görə də araşdırmalar davam edir”.
“Türkiyə sağlam insandan qara ciyər nəqlində dünyada ilk sıralarda yer alıb. Qara ciyər Nəqli İnstitutu da nəinki Türkiyədə, hətta Avropada ən çox qara ciyər nəql edən mərkəzdir. İndiyədək institutda 2500 qara ciyər köçürülməsi həyata keçirilib. İl ərzində 250-300 arası qara ciyər nəqli reallaşır. Keçənilki rəqəm isə 272-yə bərabər olub”, - deyə professor bildirib.
XƏBƏR LENTİ
“Twitter” psixi pozuntusu olan insanları tanıyır
Məktəbə uyğunlaşmanı necə asanlaşdırmalı?
Bu günün hava proqnozu
COVID-19-un daha yoluxucu hala gəldiyi AÇIQLANDI
44 min insan koronavirusdan şəfa tapıb
ABŞ Dağlıq Qarabağa dair Vyana görüşünü yüksək qiymətləndirir
Granola (foto-resept)
Şəhər sakinləri “həşərat istilası”nın əsarətində - VİDEO
Azərbaycanı İrəvanda təriflədilər
Günün ulduz falı
Putinin Qarabağ səyləri
Brend çanta modelləri
Kanye Uestdən qəribə açıqlama
Eşq
Azərbaycan ordusu döyüşə hazır vəziyyətə gətirildi
Alışdığımız görünüş, yoxsa reallıqmı?
Bu nənəni 2 milyon nəfər izləyir - FOTO
Həyatını mobil telefon qutaran əsgərin ailəsi danışdı - VİDEO
Arzuların arzusu
“Biz qayıdırıq, gözlə, Xocalı!” - VİDEOÇARX
Hər gün qatıq yesəniz...
Ağılı başdan alan virus tapıldı
450 gün açıq kosmosda qaldı, məhv olmadı
Yay üçün donlar
3 il boyunca "hamilə olan" qadın
Şuşaya gedən yeni yol nə zaman istifadəyə veriləcək? - RƏSMİ
Zövqlü don modelləri
3500-cü ildən gələn qadın:"Yadplanetlidən hamilə qalmışam”
İran Ermənistan arasında mərmi qalmaqalı
Barış Arduç “Çukur”da
Hər gün 1 qaşıq zeytun yağı yesəniz...
Özbək şorbası (foto resept)
Aktauda Heydər Əliyevin xatirəsi yad edilib
Pulu qənaətlə necə xərcləməli?
Azərbaycan polisinə "nömrə" gəlmək neçəyədir?
"Traktorsazi"nin yeni baş məşqçisi var
Ebola məğlub olur
Rollara görə inanılmaz dəyişikliklərə məruz qalan aktyorlar
Gələn ay qeyri-iş günlərinin sayı açıqlandı
Harri və Meqan 15 milyonluq villaya köçdülər
Cardi B son halı ilə QORXUTDU-FOTO
Təhsil Nazirliyindən xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ
Günün ulduz falı
Selena Gomezdən yeni FOTOsessiya
Çox sevildiyi üçün boşanmaq istəyir-Qadından qəribə addım
İspaniyadan Azərbaycana Qarabağ dəstəyi
Bakının mərkəzində "ayı" peyda oldu
İnsanlığın öldüyü yer
Yazmağı öyrənirəm - 5
TQDK bu gün cavabları elan edəcək