Qrenlandiya və Antarktidada buzlaqların əriməsinə dair həyəcan siqnallarına tez-tez rast gəlinir və buzlaqların bu vəziyyəti qlobal iqlim dəyişikliyinə əsas sübutlar sırasında durur. İsveçrəli alimlər dünyadakı buzlaqların həcmini yenidən hesablayaraq müəyyən ediblər ki, hazırda dünyadakı daimi buzlaqların həcmi hesab edildiyindən daha azdır.
Qadin.Net publika.az-a istinadən xəbər verir ki, Sürixdə yerləşən İsveçrə Federal Texnologiya İnstitutunun alimləri apardıqları araşdırmalarda dünyanın bir çox ərazilərində, xüsusilə də Asiyada buzlaqların həcminin indiyədək hesab edildiyindən az olduğunu və sürətlə əriməsini müəyyən ediblər. Antarktida və Qrenlandiya istisna edilməklə, ümumilikdə 215543 buzlağın daxil edildiyi reyestrdə buz örtüyünün həcmi bir neçə il bundan əvvəlki göstəricidən 18 faiz az olub. Xüsusilə Himalay sıra dağları, Tibet yaylası və Mərkəzi Asiya dağlarında daimi buz qatının həcminin 25 faiz az olduğu müəyyən edilib. Əgər vəziyyət bu cür davam edərsə, alimlər 2060-cı ilədək Asiyadakı dağlarda buz örtüyünün yarısının yox olacağını ehtimal edirlər. Bu isə dünyada orta temperaturun 1,8 dərəcə istiləşməsi fonunda baş verə bilər.
İsveçrə alimləri hesablamalar zamanı peyk məlumatları və havadan çəkilmiş fotolarla yanaşı, buzlaq ərazilərinin rəqəmsal səth modellərindən istifadə ediblər. Bu zaman yalnız bir kompüter modelinə istinad etməklə kifayətlənməyən alimlər bir-birindən müstəqil beş fərqli model əsasında simulyasiyalar apararaq, öz hesablamalarını həyata keçiriblər.
Alimlər hesab edirlər ki, dünyanın şirin su ehtiyatlarının cəmləşdiyi buzlaqların əriməsi materiklərdə ilkin mərhələdə böyük daşqınlar, sonrakı mərhələdə isə içməli su çatışmazlığı və quraqlıqla müşayiət oluna bilər. Həmçinin dünyadakı buzlaqların əriməsi dünya okeanlarında suyun səviyyəsinin 30 santimetrədək artmasına aparıb çıxara bilər.
XƏBƏR LENTİ
Hər kəs bu Şamdan danışır-FOTO/SƏBƏB
71 yaşlı Alla Puqaçovanın mini ətək geyinməsi birmənalı qarşılanmadı - FOTO
Evi yananlara ev veriləcək
10 ən güclü sülalə
Günün ulduz falı
Dünyanın ən nəhəng oteli niyə 16 ildir ki, boşdur? -FOTO
Məktəblilərin vahid geyim formaları olacaq
Rusiyada göydən qızıl "yağdı" - Video
Aclıq hissi yaradan qidalar
Azərbaycanda ard-arda iki zəlzələ oldu
Alın quruluşuna görə xarakteriniz
Azərbaycanda karantin rejimi yenidən uzadıldı - RƏSMİ
Əfsanəvi muğam ustadımızın ad günüdür
Azərbaycanda 56 nəfər koronavirusdan sağaldı, üç nəfər vəfat etdi
Ermənilər Hadrutda terror aktları törətdi: Hərbçimiz yaralandı
TQDK-dan müraciət
Hava haqqında - 01.12.2013
Latte (foto resept)
"Həkimlərin də əmək haqlarının artırılması nəzərdə tutulub"
Hamiləlik zamanı üzdə yaranmış ləkələr
Uşaqların çəkdiyi şəkillər onlar psixi halından xəbər verir
İki rəngli piroq (foto resept)
Sabahın hava proqnozu
Gün var əsrə bərabər: Ötənləri yada salaq
Müəllimlərin mütləq izləməli olduğu filmlər
İrəvandan geriyə addım
Brabus-dan kabriolet Mercedes
Türk serialları ölkəyə yarım milyard dollara yaxın GƏLİR GƏTİRDİ
Uşaqlarda koronavirusa yoluxmadan sonra hansı fəsadlar qalır? - VİDEOSORĞU
Azərbaycanda daha səkkiz nəfər koronavirusdan öldü: 527 yeni yoluxma
Adobe photoshop (Dərs-10)
Az ye, çox yaşa
Uşaqlar üçün qablar
Texnologiya və uşaqlar
Şahdağda qiymətlər endiriləcək?
Texnologiyanın inkişafı buna da çatdı
Gizem Karaca izləyicilərindən Kömək istədi-SƏBƏB
Bu gün Azərbaycanda Gənclər Günüdür
Leyla Əliyeva yaradıcılığından danışdı (FOTO)
İt anasız qalan buzova süd verir - VİDEO
Uşağınızın duyğularını anlamağa çalışın
Çin və İran COVID-19-un yayılmasından məsul tutulub
"Başqa çarə qalmadıqda, torpaqlarını hərbi yolla geri qaytarmaq Azərbaycanın haqqıdır"
Fəaliyyətə başlayan ictimai iaşə müəssisələrində təmizlik və dezinfeksiya işlərinə nəzarət olunur
2 qadın boksçumuz mükafat aldı
Polis sükan arxasında telefonla danışa bilərmi?
Kondisioner koronavirusu daha sürətlə yayır
Şəkər xəstələrinə müjdə - YENİ DƏRMAN KƏŞF EDİLDİ
Mehriban Əliyeva Papa Cəngavər Ordeninin ən ali dərəcəsinə layiq görülüb - FOTO
Kəs və yapışdır-36















- ŞƏRHLƏR