Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir
Qoç - təşəbbüskar olun. İntensiv fəaliyyət ritminə alışın. Süst və ətalətli davransanız, ciddi problemlərlə üzləşə bilərsiniz. Darıxmayın. Bəzi işlər sizdə sönük və boz təsir yaratsa da, onları qulaqardına vurmayın.Günün ikinci yarısında işlər istədiyiniz sürətdə olmayacaq. Cari layihələrdə və sifarişlərdə müəyyən gecikmələr, ləngimələr ola bilər. Hadisələrin axarı maraqlı deyil.Şəxsi münasibətləri ön plana çıxarmayın. Hisslərin torundan qurtulun.
Buğa - tələsik, düşünülməmiş qərarlar qəbul etməyin. Günün ilk yarısında hadisələr sürətlə inkişaf edəcək. Fikirləşmək, düşünüb-daşınmaq üçün vaxt azdır. Lakin saatlar keçdikcə belə taktikadan imtina edin, çünki mütləq şəkildə səhvlərə və yanlışlıqlara yol verəcəksiniz.Günün ikinci yarısını nisbətən sakit keçirin, usandırıcı və yorucu olmayan işlərlə məşğul olun.Qüvvələrinizi bərpa etmək gərəkdir. Xoşagəlməz insanlarla görüşləri ertələyin. Bu gün hisslərinizi gizlətmək asan deyil.
Əkizlər - emosiyalarınıza hakim olun. "Hirsli başda ağıl olmaz" deyimini xatırlayın və ən çətin işlərin çözümünün soyuqqanlı davranışda olduğunu bilin. Məntiqiniz emosiyalara uduzmamalıdır.Yaxın ətrafınızdakı insanlarla təmaslarda mübahisə etməyin. Neytral davranın. Yeni tərəfdaşlarla təmaslarda diqqətli olun. Mühüm informasiyanı qaçırmayın. Sevdiyiniz insanla söhbət zamanı pərdələnmiş ifadələrə tapınmayın.
Xərçəng - problemlərin həllinə yaradıcı yanaşsanız, sürətlə irəliləyəcəksiniz. Məqsədləri yeniləyin, hədəfləri təftiş edin. Bilik və bacarıqlarınızdan maksimum dərəcədə istifadə etsəniz, tərəfdaşlarınızda, həmkarlarınızda rəğbət hissi güclənəcək.Günün ikinci yarısında diqqətli olmasanız, bir sıra imkanları əldən verəcəksiniz. Köhnə, kəsilmiş münasibətləri bərpa etməyə çalışmayın. Əlavə gəlir mənbəyi arayın.
Şir - maraqlı və əlverişli gündür. Böyük uğurlara nail ola bilərsiniz. Başladığınız işlər maraqlı təsir bağışlayır. Onları yarımçıq qoymayın, bitirin. Peşəkar fəaliyyət müstəvisində çox maraqlı təkliflər ala bilərsiniz. İşgüzar həyatınızı dəyişə biləcək qərarların qəbulu istisna deyil.Günün ikinci yarısında stabillik bərqərar olacaq. Bu, sizi sevindirməlidir. Yaşananlar planlarınızın reallaşmasını daha da sürətləndirə bilər.Qiymətli hədiyyələr və gəlirlər istisna deyil.
Qız - gün ərzində yaşanacaq hadisələri dürüst qiymətləndirin. Bədbin olmayın, hər şeyin pis olduğunu düşünməyin. Nəticələr çıxarmağa tələsməyin. Yaranmış situasiyanı sakit, təmkinlə təhlil edin. Durumda mütləq şəkildə xoş yönlər var.Mühüm sənədlərin imzalanması, bahalı əşyaların alınması və ya satılması üçün əlverişli gün deyil.Günün ikinci yarısında ünsiyyət çətinləşəcək. Yaxın ətrafınızdakı insanlar sizi fikrini tez-tez dəyişən insan sayacaqlar. Qərar və əməllərinizdə ardıcıl olun.
Yaxşı tanımadığınız insanlarla təmaslardan imtina edin.
Tərəzi - planlarda və artıq nizama saldığınızı düşündüyünüz işlərdə dəyişikliklər ola bilər. Vəziyyətdə maraqlı olan yeni şəxslər peyda olacaq. Şərait yenilənir. Danışıq, görüş, müzakirə, hüquqi məsələlərin həlli üçün əlverişli zamandır.Günün ikinci yarısında yeni sifariş ola bilər.
Yaxınlarınızın problemlərindən hali olun. Dəyər verdiyiniz insanlarla çox sərt danışmayın.
Əqrəb - işinizə məsuliyyətlə yanaşın. Cari məsələlərin həlli əlahiddə zəhmət və çox vaxt tələb etmir. Ətrafınızdakı hadisələrin mahiyyətini anlamağa çalışın. Bəzi nüanslar xüsusi diqqət tələb edir.Günün ikinci yarısında vaxt sürətlə keçəcək. İkinci dərəcəli məsələlərə fikir verməyin. Onları təxirə salmaq da olar. Şəxsi münasibətlərdə ciddi problemlər olmayacaq. Yaxın gələcəklə bağlı perspektivlər maraqlıdır.Təklif və vədləri real dəyərləndirin.
Oxatan - intensiv intellektual və fiziki əməklə məşğul olmayın. Rutin öhdəlikləri yerinə yetirin. Yaxın gələcəklə bağlı planları bir daha dəqiqləşdirin. İntuisiyanız sizi aldatmayacaq.Günün ikinci yarısında işdə rəhbərlik sizə əlavə tapşırıq verəcək. Ən xırda detallar barədə informasiya əldə etmədən işə başlamayın. Tapşırığın korrekt yerinə yetirilməsi üçün müstəqil işləyin.
Yaxınlarınızla münasibətlərdə etimad və qarşılıqlı anlayış xüsusi əhəmiyyət kəsb edir.
Oğlaq - şəxsi münasibətləri işgüzar maraqlardan üstün tutmayın. Ruh yüksəliyi ilə çalışın, hədəflərə və məqsədlərə çatmaq üçün bütün zəruri vasitələrdən istifadə edin.
Bəzi işlərin öhdəsindən asanlıqla gələcəksiniz.Günün ikinci yarısında bilik və bacarıqlarınızdan yararlanın. Kənardan məsləhətlərə, yardımlara ehtiyacınız yoxdur. Dəyər verdiyiniz insanla təmaslarda məsafə saxlamağa çalışmayın. Sevdiyiniz insanın hissləri ilə oynamayın.
Dolça - çox ciddi irəliləyişlərə nail ola biləcəyinizi düşünməyin. Realist olun, imkanlarınızı olduğundan artıq dəyərləndirməyin. İndiyədək əldə etdiyiniz nəticələrə diqqətlə nəzər salın, yanlışlıqların fəsadlarını aradan qaldırın.Günün ikinci yarısında yaradıcılıq potensialınız artacaq. Ətrafınızdakı insanların rəğbətini qazanmaq üçün yeni layihəni reallaşdırmağa başlayın.
Özünüzü həddən artıq yormayın.Axşam saatlarında qıcıq və yorğunluq istisna deyil. Yaxınlarınızla təmaslarda qarşı tərəfin mövqelərini nəzərə alın.
Balıqlar - qüvvənizə və potensialınıza şübhə etməyin. İradəli olsanız, qarşınıza qoyduğunuz məqsədlərə çatacaqsınız. Karyeranızı düşünün. Problemlərin həllinə yaradıcı yanaşın.
Günün ikinci yarısında yaxın ətrafınızdakı insanların dəstəyinə ehtiyac duyacaqsınız. Ağır işin öhdəsindən təkbaşına gələ bilmirsinizsə, dostlardan yardım istəməkdən çəkinməyin.
Axşam saatlarını dəyər verdiyiniz insana ayırın.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Yarpaqları yandırmayın!
"Zodiak" salatı (foto resept)
Bredli Kuper yeni sevgili tapdı-FOTO
Tarkan və xanımı 10 il əvvəl-FOTO
Dünyanın ən bahalı almaz ayaqqabısı
“Ağdamı sən azad edəcəksən”: Yaralı hərbçini xilas edərkən şəhid olan əsgərimiz - VİDEO
Toshiba 4K formatlı noutbuk buraxacaq
Zakir Həsənov Ermənistana onqat cavab verilməsinə dair tapşırıq verdi
"Qarabağ qara ləkədir"
Krım erməniləri milli-mədəni muxtariyyət aldılar
Siqaret yenidən ucuzlaşdı
Soçi 2014: dünənin çempionları
Sabahın HAVAsı
Məşhur amerikalı diplomatdan Avropa Oyunları açıqlaması
Uşağınızla evdə vaxt keçirmək üçün...
Məşhurlara bənzəmək üçün sərvət xərcləyənlər
Azərbaycan tarixindən yüz şəxsiyyət-39
Düşmənin bir neçə hərbi obyekti, texnikası, 20 nəfərdən çox şəxsi heyəti məhv edilib - VİDEO
Döş xərçənginin dərmanı tapıldı
Hava necə olacaq?
Zeze__cards - 4
Rusiyalı ekspert: “Ermənistan Azərbaycan Ordusunun uğurlu əməliyyatını etiraf edir” - VİDEO
Rənglər haqqımızda nələr deyir?
Bakıda doğru Şaxta babanı necə tapmaq olar?
Uşaq ensiklopediyası(12)
Milyarder insanları Aya aparacaq
Azərbaycanın tanınmış şairinin vəziyyəti pisləşib
Adriana Limadan türk sevgilisinə romantik mesaj
Prezident: "Gürcüstan Rusiya ilə əməkdaşlığın genişləndirilməsində maraqlıdır"
Şimali Koreyada daha bir qadağa
Öd kisəsində daş yaranmasına səbəb olan hallar
Hamilə olduğunu doğuşdan 1 gün əvvəl öyrəndi-AZƏRBAYCANDA
Azərbaycana yeni vəzifə həvalə edildi
Eminem sosial şəbəkədə telefon nömrəsini paylaşdı
Şeytanla odunçunun döyüşü
Tolqa Karel yeni ev aldı
Sizcə göz dəymə varmı?
Fatma M - "Ürəyim çox cavandı, lap körpə uşaq ürəyi kimi"
Düşmənin çox sayda hərbi texnikası məhv edildi - SİYAHI
Keti Perridən qəribə açıqlama
Qeyri-adi üzüklər
Hilal Altınbilek AÇIQLAMA verdi
Ən çox koronaviruslu xəstənin hansı ərazilərdə olduğu açıqlandı - RƏSMİ
Ayrılıq səbəbi bəlli oldu-XƏYANƏT
Bu gündən hava soyuyur
"Çukur" cəzalandırıldı-SƏBƏB
Düşmən mövqelərimizi minalarla vurur
Beren Saat onunla görüntüləndi-FOTO
Almalı piroq (foto resept)
Barbi tortu (foto resept)