Belə bir mənzərə var... Şagird müəllim olmaq üçün hazırlaşır, lazım olan balı topladıqdan sonra hər hansı pedaqoji ixtisas üzrə tələbə olur. 4 il oxuyur, bitirəndən sonra müəllim olmaq üçün universitet bilikləri heç bir işə yaramır. Tələbə orta məktəbdə müəllim ola bilmək üçün yenə hazırlaşmağa başlayır. Bu məqamda sual yaranır:
1. Dörd il ərzində universitet tələbəyə nə verdi?
2. Nə üçün universitetlər pedaqoji ixtisaslarda arzuladığımız səriştəli, bacarıqlı, yenilikçi və s. xüsusiyyətli müəllimlər yetişdirə bilmir?
Axı, bu ixtisaslarda oxuyan tələbələrin nə az, nə çox – ömrünün ən enerjili çağlarını yaşadığı dörd ili itir. Universiteti bitirəndən sonra dünənin tələbəsi bu günün müəllimi olmaq üçün yenə də ali məktəbə hazırlaşarkən mənimsədiyi biliyi yenidən öyrənməyə məcbur olur. Çünki orta məktəbdə müəllim ola bilmək üçün son bir neçə ildir ki, test üsulu ilə imtahan keçirilir – Müəllimlərin İşə Qəbulu (MİQ) imtahanı. Yəqin, burada məqsəd tədrisin keyfiyyətini artırmaq, daha savadlı və bacarıqlı fənn müəllimlərini müəyyən etməkdir. Sözsüz ki, bu proses savadlı, bacarıqlı, yenilikçi müəllimləri müəyyən etməyə müsbət təsir edə biləcəyi kimi, korrupsiya və digər xoşagəlməz nüansların aradan qalxmasına imkan verir. Belə olan halda, bu prosesi ancaq alqışlamaq olar.
Burada başqa bir məqam da var. Mən MİQ imtahanının indiki halda müsbət hal kimi qəbul etsəm də, yuxarıda yazdıqlarımdan əlavə məni düşünüdürən bir neçə məsələ ilə bağlı narahatam. Kaş ki, universitetlərimizdəki ali təhsil hamımızı qane edəydi. Əgər qane etmirsə, kaş ki, bunun qanedici hala düşməsi üçün nələrsə edə biləydik. Kaş ki, universiteti bitirən istənilən pedaqoji ixtisaslı tələbə (sabahın müəllimi) mənimsədiyi biliklə arzuladığımız müəllim ola biləydi. Məncə, ola bilmirsə, bu, yalnız tələbənin (sabahın müəlliminin) günahı deyil. Çox arzulayıram, tələbə universiteti bitirən kimi, heç bir kursda, heç bir müəllim yanında, hətta heç bir müxtəlif vəsaitləri oxumadan MİQ imtahanından keçsin. Təəssüf, bu, çox zaman mümkün olmur. Pedaqoji ixtisaslarda oxuyan tələbələrin ali məktəb dərsliklərindən əldə etdiyi biliklər bir çox fənlərdə orta məktəb bilikləri ilə nəinki üst-üstə düşmür, hətta bir çox hallarda ziddiyyət təşkil edir. Məsələn, tarix, ədəbiyyat, Azərbaycan dili fənlərində bu hal daha çox özünü göstərir.
İstənilən halda bir çox problemlər var ki, arzuladığımız nəticələri əldə etmək üçün problemə kompleks yanaşmalıyıq. Təhsilə bütöv yanaşıb mövcud problemləri də bütöv şəkildə həll etməliyik. Orta məktəbdəki təhsilin keyfiyyəti ali məktəb təhsilinə necə təsir edirsə, ali məktəblərdəki təhsil də orta məktəblərimizə elə təsir edir. Universitetlərimizdə xüsusilə pedaqoji ixtisaslarda tədrisə yenidən baxmağın vaxtı çoxdan gəlib, çatıb. Ali məktəb dərslikləri yenidən işlənməli və buna ən azı orta məktəb dərslikləri qədər nəzarət edilməlidir. Ümumilikdəsə orta məktəb dərsliklərindəki elmi faktların ali məktəb dərsliklərindəki faktlarla ziddiyyət təşkil etməsini aradan qaldırmaq lazımdır.
Bu halda pedaqiji ixtisasları bitirən tələbələr akademik təhsilləri ilə orta məktəb müəllimi olmaq üçün MİQ imtahanından rahatlıqla keçə bilərlər. Əks halda, son günlər MİQ imtahanları ilə bağlı sosial şəbəkələrdə yayılan fikirlərlə, narazılıqlarla rastlaşmalı olacağıq. Çünki MİQ imtahanı ilə bağlı narazılıqlar birmənalı deyil. Yüksək bal toplayıb “müəllim” adına yaxın olanlar hər şeyin yolunda olduğunu, təşkilatçılara təşəkkürlərini bildirir, əksinə, az bal toplayaraq “xəyal”larını ən azı 1 il daha təxirə salmaq məcburiyyətində qalan bəzi iştirakçılar isə günahı özlərində, təhsillərində, bilik və bacarıqlarında görmək əvəzinə şər atmağa obyekt axtarır, səhv sual, gənc nəzarətçi, vaxt azlığı və s. ovuna çıxırlar.
İmtahanların keçirildiyi iki-üç gün ərzində apardığım müşahidələr, həmmüsahib olduğum iştirakçılarla söhbətlərim, gördüyüm sual nümunələri, əslində, builki imtahanın məzmun baxımından əvvəlkilərdən xeyli fərqləndiyi qənaətinə gəlməyimə səbəb oldu. Təhsil Nazirliyinin bu il suallara daha elmi yanaşması, suallar üzərində hansısa araşdırmaların aparıldığı qiymətləndirmə ilə əlaqəsi olan hər kəs tərəfindən açıq görünür. Məlumdur ki, orta məktəb dərslikləri 10-cu sinif daxil olmaqla kurikulumun tələbləri əsasında yenidən yazılıb və istifadə olunur. 11-ci sinif dərslikləri isə hələ də ənənəvi üsulla yazılmış dərsliklərdir. İxtisas fənlərində düşə biləcək sualların dərsliklərə görə necə əks olunacağı hər kəsi maraqlandırırdı. Müşahidə edilən bu oldu ki, 10-cu sinif daxil olmaqla ixtisas fənlərinə aid suallar məxsus olduqları mövzuların hansı sinifdə mənimsədilməsi baxımından tədris olunan dərsliklərə əsaslandı. Yəni, 10-ci sinifə qədərki ənənənvi dərsliklərdən sual düşmədi, əvəzində məntiqli olaraq yeni dərsliklərdən düşdü. Yalnız 11-ci sinifə aid suallar ənənəvi dərsliklər əsasında hazırlanmışdı. Bu isə çoxluğu qane edən və ədalətli olan yanaşmadır. Lakin ixtisas fənlərindən fərqli olaraq builki metodika və məntiq sualları əvvəlki illərdə istifadə olunmuş suallarla bir çox hallarda eynilik təşkil etməsi iştirakçıların imtahanlara hazırlaşması prosesində bilik və bacarıqlarını artırmaq əvəzinə, kor-koranə sualları əzbərləməsinə gətirib çıxarır. Xüsusilə kurikulum və məntiqlə bağlı istifadə ediləcək təsdiqlənmiş vəsaitin olmaması böyük bir problem yaradır. Buna ən bariz nümunə bir-birini təkrarlayan çoxlu sayda təsdiqlənməmiş kurikulum vəsaitlərini göstərmək olar.
Məlumdur ki, MİQ imtahanı artıq bir neçə ildir ki, keçirilir. Bu, şəffaflıq və yaxşılığa doğru getmək baxımından müsbət addımdır. Bununla bərabər, bu, bir imtahan prosesi olduğu üçün xüsusilə subyektiv səbəblərdən razı qalanlar qədər narazı olanlar da olacaq. Bir çox məqamda imtahan verənlər cavabını doğru tapa bilmədiyi suallarda səhv tapmaq axtarışında olurlar. Olmayan bir yanlış sosial şəbəkələr vasitəsilə kütləviləşdirilir. Nəzərə alsaq ki, imtahan ərzində təxminən 5000-ə yaxın sualdan istifadə olunur, onlardan 4-5 sualda səhvin olması normal haldır. Təbii ki, bu fikrimlə suallarda səhvə yol verilməsinə haqq qazandırmaq marağında deyiləm, amma sualların məxfiliyinin təmin edilməsinin daha vacib olduğunu və səhv aşkar edilmiş sualların iştirakçıların xeyrinə həll ediləcəyini düşünsək prosesdə ədalətsizliyin olmadığı ortaya çıxır.
Artıq MİQ imtahanlarında iştirak edənlərin sayı ildən ilə artır. Hər il universitetləri bitirib MİQ imtahanında iştirak etmək istəyənlərin sayına bir neçə ildə imtahanda iştirak edib nəticə əldə edə bilməyən müəllimlərin də sayı əlavə olnur. Bu baxımdan iştirakçıların sayı ildən-ilə nəinki azalır, əksinə artır. İştirakçı sayının çoxluğu isə rəqabəti artırır. Rəqabət inkişafı şərtləndirir. Yuxarıda qeyd etdiyim kimi, artıq bu prosesə universitetlərin də tədris fəaliyyətləri ilə müsbət təsirlərini göstərməyinin vaxtıdır. Hər bir tələbə birinci kursdan başlayaraq özünü MİQ imtahanlarına hazırlamalıdır. Bu halda tələbə gənclər ən dəyərli dörd ilini itirmək təhlükəsi ilə qarşılaşmaz.
MİQ imtahanları ərəfəsindəyik və bütün imtahan iştirakçılarına uğurlar arzulayıram.
Elxan Nəcəfov
XƏBƏR LENTİ
Fırça və süngərin təmizlənməsi
Hitlerin dünyanı silkələyən kitabı nəşr ediləcək
Yaponlar bu dəfə də heyrətləndirdi
Bakıda satılan qəribə "kukla"-VİDEO
Alişan doğulacaq körpəsindən danışdı
Möhtəşəm ziyafət donları
Muzeyin görünməyən tərəfi
Azərbaycan əsilli uşaq "Master Chef Junior"da iştirak edir-FOTO
Edgy tərzi necə olmalıdır?
Xəzər dondu
Bürc olaraq hansı pişik növünə aidsiniz?
Evdə istifadə edə biləcəyiniz 4 praktik məsləhət
Dəbdən düşməyən ayaqqabılar (2)
Sinem Kobala 30 minlik təklif-FOTO
"Jet Sosyete"nin yayımı təxirə salındı-SƏBƏB
23 gün komada qalan əsgər ayılıb - VİDEO
Aspirin maskası və dəriyə faydası
Azərbaycanda virus yayılandan indiyədək 153 baş iribuynuzlu heyvan tələf olub
Qat-qat xəmirdən çiçək(foto resept)
Dərinin sağlamlığını və gözəlliyini qoruyan qidalar
Ordu tarixində ilk: Bir qadın…
Bədənindən kətan kimi istifadə edən qadın
Çağatay Ulusoy koronavirusdan belə qorunur - FOTO
Prezidentdən inanılmaz TƏLİMAT: deputatların telefonları yığışdırıldı
10 milyardlıq xəzinə tapıldı
Nüsret evlənir?-FOTO
Heyvanlar aləmindən
Son DƏQİQƏ: Koronavirusun yayılması Bu Tarixdə Dayanacaq
İştah kəsən 5 qida
Sağlam ayağı kəsən həkim istintaqa ifadə verib
Ebru Gündeşin son FOTOsu diqqət çəkdi
Dadlı piroq (foto resept)
İvana Sert efirə qayıdır
Tom Kruz film çəkilişi üçün kosmosa uçmağı planlaşdırıb
“Bakı Metropoliteni” hərəkət qrafikini dəyişir
Günün ulduz falı
Dünyanın ən zəngin varisləri: onların arasında azərbaycanlı da var
Keşiş: Qarabağı verməliyik
Bakı bir səyyahın dilindən
Maraqlı faktlar
14 kq-lıq yeniyetmə-FOTO
Geyim mağazaları ilə bağlı YENİLİK
Ata oğlunu karantin vaxtı evdə saxlamağın qeyri-adi üsulunu düşündü– FOTO
29-30 iyulda keçirilmiş imtahanların nəticələri açıqlanıb
Onurğa üçün idman hərəkətləri
"Acı hayat"ın aktrisası ərə getdi
Peyğəmbər karikaturaları barədə KİV-ə xəbərdarlıq
Leysan yağacaq
Bu çiçəklər təəccüb doğurur
Messi "Real"a qarşı zədəli halda oynayıb