Bakının Xəzər rayonunun Mərdəkan qəsəbəsində Heydər Əliyev Fondunun təşəbbüsü ilə əsaslı təmir edilən "İnci" körpələr evi-uşaq bağçasının binası martın 5-də istifadəyə verilib.
Qadin.Net Azərtac-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva açılışda iştirak edib.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov məlumat verdi ki, "İnci" körpələr evi-uşaq bağçası 1987-ci ildə fəaliyyətə başlayıb. 2011-ci ildə Nazirlər Kabinetinin sərəncamı ilə körpələr evi-uşaq bağçası Dövlət Neft Şirkətinin balansından Bakı Şəhər İcra Hakimiyyətinə verilib. Həmin vaxt məktəbəqədər təhsil müəssisəsi 7 qrup ilə fəaliyyət göstərirdi.
"İnci" körpələr evi-uşaq bağçasında yaradılan şəraitlə tanış olan Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya məlumat verildi ki, binanın əsaslı təmirinə 2016-cı ilin iyul ayından başlanılıb. Əsaslı təmir işlərindən sonra bağçada fəaliyyət göstərən qrupların sayı 12-yə çatdırılıb. İndi burada 2 yaşdan 6 yaşadək 230 uşağın təlim-tərbiyəsi ilə peşəkar heyət məşğul olacaq. Qruplardan 8-i Azərbaycan, 4-ü isə rus bölmələrinə aiddir. Məktəbəqədər təhsil müəssisəsində dərnək kimi ingilis dili qrupu da fəaliyyət göstərir. Uşaq bağçası zəruri mebel-inventar və avadanlıqla təchiz edilib. Binada videomüşahidə, yanğınxəbərverici sistemlər quraşdırılıb.
Gələcəyimiz olan uşaqların təlim-tərbiyəsinin ən yüksək səviyyədə təşkili, onların sağlamlığının qorunması və vətənpərvər, bilikli, savadlı şəxsiyyət kimi yetişməsi istiqamətində Azərbaycan dövləti çox mühüm layihələr həyata keçirir. Bu istiqamətdə dövlət tərəfindən atılan addımlara Heydər Əliyev Fondu da böyük töhfələr verir. Bu baxımdan Fondun ölkəmizdəki məktəbəqədər tərbiyə müəssisələrinin yenidən qurulması, yeni, müasir uşaq müəssisələrinin inşası sahəsindəki fəaliyyəti xüsusi qeyd edilməlidir.
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Virusa yoluxmuş çinli cütlük bütün İtaliyanı gəzdi
Zövq oxşayan gəlinliklər
YARAT! "Love Me, Love Me Not" sərgisini təşkil edir
BÜRCLƏR bizə nə vəd edir?-12 İyul
Güvənmədiyiniz adamlara zamin durmayın
Yediyimiz qidalar göz rəngini dəyişdirir
Şəkərli sadə peçenyelər (foto resept)
Emmy: telekanalların ən yaxşıları seçildi
Azərbaycan ordusu düşmənin yüksək rütbəli zabitlərini məhv etdi: Komandir müavini itkin düşdü - RƏSMİ
İftarda bunları ƏSLA ETMƏYİN!
Hansı yaş fərqi intim uyğunsuzluğa və xəyanətə səbəb olur? - ARAŞDIRMA
Mobil operatorların xidmətlərinin keyfiyyəti yenidən yoxlanılacaq
Qalıcı dodaq rəngləndirmə
Qazaxıstan mətbəxindən "Çak-çak" şirniyyatı
Alimlər koronavirusdan qorunmaq üçün sosial məsafə məsələsini tənqid etdilər
Koronavirus vaksinlərinin alınması ilə bağlı danışıqlar aparılır - RƏSMİ
Göbələkli şuba salatı (foto resept)
Tibb işçilərinin nəzərinə!
Azərbaycan ordusu 3 günlük müharibədə necə qalib gəldi?
"Kala" bulkası (foto resept)
"Survivor" iştirakçılarından Azərbaycan şəhidləri ilə bağlı video
7 erməni qatili barəsində psixiatrik ekspertiza təyin edildi
Sərnişindaşımada ciddi azalma - STATİSTİKA
Qara rəngli dekolteli don modelləri
Duz terapiyası
Hollywoodun son dəbi: Hörüklü saçlar
Gəlinlər üçün toy günü manikürü
Həyatınızı asanlaşdırmaq üçün 30 məsləhət (son)
Gözəl qocalmağın 9 yolu
İlklərin təbəssümü
Messiyə inanılmaz təklif
Əliyev Azadlıq meydanında
Dünya tarixinin ən böyük sirlərindən biri açılır?
Atasına oxşayan uşaqlar haqqında maraqlı faktlar
Qadın.Net yazılı avatarlar
Məşhur aktyor vəfat etdi - FOTO
Sırğalarınız üçün qab düzəldin
Arlond Şvarsneggerə hücum edildi-VİDEO
Yeni çanta dəbi
Rafael Santinin "Afina məkbəti" əsəri
Martda istirahət günü ilə iş gününün yeri dəyişdirildi
Ramazan ayının təqvimi - FOTO
Gözəl sırğalar
Ayasofyanın açılışında Atatürk lənətlənib? – Türkiyə silkələnir
Payız və qış ayaqqabıları
Trampın xanımı Ağ Evə köçməkdən imtina etdi
Dekorasiyada yaşıl rəng trendi
Çiçəklərlə eşq falı
Günün qoroskopu: heç bir lüzum yoxdur
Eyni yaşda fərqli görünən məşhurlar














