Qoç - aşkar və qaçılmaz sandığınız qərarların heç də hamısı doğru, vaxtında atılacaq addımlar deyil. Bunu əla anlayırsınız, amma ətrafınızdakı adamlar razı deyil. Onların fikirlərini dəyişmək üçün xeyli vaxt sərf etməli olacaqsınız. Emosiyaların əsiri olsanız, rəqiblər sizi üstələyəcək.
Alış-veriş, gəzinti üçün yaxşı gündür. İnteryer və yaşayış yeri ilə bağlı yeni ideyalar sizi tapacaq. Günün ikinci yarısı hədiyyələr ala bilərsiniz.
Buğa - alış-veriş etmək istəyən insanlar üçün uğurlu gündür. Aldığınız əşya işinizə yarayacaq və xərclədiyiniz pula heyfislənməyəcəksiniz.
Yeni tanışlıqlar istisna deyil. Tanış olmaq istədiyiniz insanın davranış və sözlərinə ciddi diqqət yetirin - aldana bilərsiniz.
Yeni işlərə ehtiyatla başlayın - axı onlar ilk baxışdan göründüyü təki sadə deyil. Fəqət bu gün maraqlı işlər beyninizi məşq etdirmək və yeni, böyük işə başlamaq üçün hazırlıq ola bilər.
Əkizlər - yaxın ətrafınızdakı insanlar üçün faydalı işlər görsəniz də, özünüzü yaddan çıxarmayın. Münaqişələrin aradan qaldırılması, anlaşılmazlıqların çözülməsi üçün uğurlu gündür.
Bəzi adamların addım və qərarlarını bəyənməsəniz də, qıcıqlanmayın. Sadəcə, həyatın qəribəliyi və insanların da müxtəlif olmaları barədə düşünün.
Bu gün müttəfiq axtarışları üçün əlverişlidir. Nüfuzlu tanışlar və etibarlı yardımçılar peyda ola bilər. Sizdən alınmış borcların bir qismi qaytarıla bilər. Gəlirlər də istisna deyil. Kredit almaq üçün müraciət etmək olar.
Xərçəng - bu gün hazır olmadığınız dəyişikliklər, qəfil hadisələr olacaq. Lakin narahat olmayın və təmkinli davranın. Səbrli olsanız, hər şey istədiyiniz kimi olacaq.
Yeni layihələrə başlamağa tələsməyin. Əvəzində çoxdan başladığınız işləri başa vurun, sonra isə bir qədər dincəlin. İfrat yük və zəhmət zərərlidir.
Günün ikinci yarısı qonaq qəbul etmək üçün yaxşı vaxtdır. Mühüm saydığınız məsələləri dostlarla müzakirə edin. Maraqlandığınız məsələlərə gözlənilməz cavablar alacaqsınız. Alış-verişi şər qarışana qədər edin.
Şir - bu gün işlər həddən ziyadə çoxdur və onların arasında vurnuxursunuz. Amma şikayətlənməyin - bütün işləri başa vurmalısınız. Özünüzə yardımçılar axtarın. Bütün işləri təkbaşına görmək istəsəniz - heydən düşəcəksiniz.
Yeni ideyaları həyata keçirin, yaxşı düşünülmüş eksperimentləri reallaşdırın və gün uğurlu olacaq.
Bu gün başlanacaq romantik münasibətlər parlaq, qeyri-adi olacaq. Artıq romantik münasibətlər varsa, həmin təmaslarda yenilik olacaq. Sevdiyiniz insanlarla səmimi olmaqdan utanmayın, istəkləriniz və gözləntiləriniz barədə açıq danışın.
Qız - enerjili, qətiyyətli, inadkarsınız. Sadalanan məziyyətləriniz bu gün sizi birmənalı olmayan situasiyalar, işdə həmkarlarınızla münasibətlərdə problemlərlə qarşılaşdıra bilər. Gələcəklə bağlı planlarınıza düzəlişlər etməyə imkan verən yeni informasiyalarr alacaqsınız.
Günün ikinci yarısında əhvalınız dəyişəcək. Daha sakit olacaq, aramla davranacaqsınız. İndiyədək sizə çox mühüm iş təsir bağışlayan işlər arxa plana keçəcək. Gözlənilməz, amma xoş təkliflərin alınması istisna olunmur.
Tərəzi - özünüzün və başqalarının problemlərinin həlli üçün əlverişli gündür. Mühüm işlərlə ikinci dərəcəli məsələləri qarışdırmayın, gərəkli məqamlara diqqət yetirin. Fəaliyyətinizin effektiv olmasına çalışın.
Gəlir əldə edə bilərsiniz.
Mübarizə istəyi güclü olduğundan düşünülməmiş addımlar atmayın. Lakin qətiyyətli mübarizəyə başlasanız, qələbə şansı az deyil. Bununla bahəm, sizə yaxın insanların hissləri barədə düşünün.
Əqrəb - ailə-məşiət qayğıları, ev üçün alış-veriş sizə problem yaratmayacaq.
Diqqətinizi ailə qayğılarına və evə yönəldir. Lakin ailə üzvləriniz izafi xərclər tələb edə bilərlər. Valideynlər çox yəqin ki, uşaqlarının təşəbbüslərinin xərcini çəkməli olacaqlar.
Baş verənləri faciə kimi qəbul etməyin. Sadəcə, yaxın adamlarınız bu gün daha aktivdirlər.
Axşam saatlarında psixoloji problemlər yaşamağa cəhd göstərməyin. Gün uzun olsa da, artıq başa çatmaq üzrədir.
Oxatan - ailə və məişət qayğıları bu gün fikrinizi cəmləşdirməyə mane olacaq. Maliyyə imkanlarını yaxşılaşdırmağa şərait yarandığı halda ailə problemləri və həll olunmamış məsələlər sizin irəliləyiş sürətinizi aşağı salacaq.
Müalicə və işlə bağlı problemlər yarana bilər. Eyni zamanda, yaxın adamla mübahisə də istisna deyil.
İş yoldaşınız, həkim, xidmət sahəsində çalışan adam sizə yaxşı məsləhət verə bilər.
Oğlaq - bu gün sizin üçün həddən ziyadə məhsuldar olacaq. Enerjili olmaqla yanaşı, məntiqlisiniz. İstəmədiyiniz işi sizə gördürə bilməyəcəklər. Tapşırıq nə qədər çətindirsə, onu bir o qədər şövqlə yerinə yetirmək istəyirsiniz.
Yeni tanışlarınız sizdən razı qalacaqlar.
İnsanlar barədə tələsik qərar verməyin, onlara diqqətlə baxın. Yeni münasibətlərin başlanması istisna deyil.
Lakin həmin münasibətlər istədiyiniz məcrada və formada inkişaf etməyəcək.
Dolça - kiçik problemlər və ətrafdakı insanlarla müəyyən anlaşılmazlıqlara rəğmən sakit olun, kefinizi pozmayın. Bədxahlar sizə ziyan vura bilməyəcəklərini anlasalar da, niyyətlərindən əl çəkmirlər. İş yerində vəziyyət pis olmayacaq. Yeni dostlar tapmağınız istisna olunmur.
Dostlar, yaxın insanlar, ailə üzvləri ilə səmimi ünsiyyət üçün əlverişli gündür. Ətrafdakı insanları anlamağa, onların istəklərini başa düşməyə çalışın. Şəxsi həyatınızla bağlı ciddi qərarlar qəbul edə bilərsiniz.
Balıqlar - bu gün yarana biləcək istənilən mürəkkəb situasiyalardan mütləq çıxış yolu tapacaqsınız. Əsla gözləmədiyiniz köməkçi və yardımçılar qəflətən peyda ola bilər. Planlaşdırılmamış gəlirlər də mümkündür. İş yerinin dəyişdirilməsi ilə bağlı təklif ala bilərsiniz.
Yaxınlarınız və ailə üzvlərinizlə münasibətləriniz harmonik, rəvandır, asanlıqla güzəştə gedirsiniz. Romantiki görüş yaxşı keçəcək, xeyli təəssürat alacaqsınız. Sevimli insana xoş sürpriz etmək üçün əlverişli gündür.
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Kiçik detallarda gözəlliyi əks etdirən şəkillər
Ərdoğan TARİX VERDİ: koronavirus Ramazan bayramında...
Hadisənin 5 gözəllik sirri
Prezident İlham Əliyev: "Azərbaycan və Ukrayna arasında bir çox istiqamətlərdə sıx qarşılıqlı əlaqələr mövcuddur"
Nilufər konsert verdi- FOTO
Sızanaqlı üz üçün sadə maska
Türkiyənin baş naziri postuna namizədin adı AÇIQLANDI
Boğaz ağrısı niyə olur?
Vitamin çatışmazlığının həlli
Sabahın HAVASI
Yaponlar niyə kökəlmir?
Eviniz həmişə işıqlı olsun
HAVA necə olacaq?- 1 fevral
Gələn il üçün QEYRİ-İŞ GÜNLƏRİ açıqlandı
Kısır (foto resept)
“Facebook” hər gün milyonlarla saxta hesabı bloklayır
3 idmançımız Avropadan qızıl medallarla dönür
Azərbaycanın son zamanlar Rusiyadan aldığı hərbi texnikaların adları açıqlandı
Yataq otağınızda boz rəngdən istifadə edin
Rusiyada koronavirusa qarşı ƏN GÜCLÜ DƏRMAN istifadəyə verildi - VİDEO
Yutub-dan daha bir yenilik
Uşaqlara ingilis dilini necə öyrətməli?
Ananas salatı (foto resept)
"70 yaşımda da seksual görünmək istəyirəm"
Həkim qədər təsirli 26 meyvə və tərəvəz (3)
Ölən insanların Facebook hesabına çarə tapıldı
İlham Əliyev yaralı əsgərlərlə görüşdü
Bu gün Cenniferin toyudur - FOTO
Xərçəng şişlərini məhv edən dərman hazırlandı
Mehriban Əliyeva Azərbaycan xalqını təbrik edib
"Bataqlıq çicəyi"
Azərbaycan etiraz etdi, erməni abidəsi qoyulmadı
Günün qoroskopu: bu gün mühüm işlərlə təkbaşına məşğul olmayın
Folqada dana dili (foto resept)
Əl-Cəzair gözəlini təhqir olundu-FOTO
Hər gün 10 min addım atın!
Bitkilər və təbabət (6)
Prezident: “Üç daimi üzv kiçik, yoxsullaşmış Ermənistana təsir edə bilmir? Sadəcə, istəmədilər”
Xodorkovskinin oğlu: "Atam heç dəyişməyib"
Kral ailəsinin rekord sərvəti-FOTO
Şokoladlı sufle: gecə-gündüz (foto-resept)
Ayaqqabı üzərində necə yeriməliyik?
Günün qoroskopu: ötənləri xatırlayıb köks ötürməyin
Yağ yandıran qidalar
Keti Perridən gözlənilməz etiraf
Moskva səmasında qəribə obyekt göründü - FOTO
Bu gün növbəti buraxılış imtahanları keçiriləcək
Saçını keçəl etdirməkdən qorxmayan məşhurlar
Şabalıdın dəriyə faydası və şabalıd maskası
Toyuq ətli, kartoflu piroq (foto resept)














