Əgər qeyri-sağlam üsulla arıqlayırsansa, qısamüddətli çəki itirmənin orqanizmə fəsadları böyükdür. Mütəxəssis tərəfindən xüsusi proqramlar vasitəsilə qısa müddət ərzində artıq çəkilərdən azad olursansa, orqanizmə ziyanı yoxdur.
Qadin.Net bildirir ki, bu sözləri diyetoloq Leyla Zülfüqarlı AZƏRTAC-a müsahibəsində deyib.
"Qısa zamanda arıqlamaq insan orqanizmdəki yağ kütləsinin çoxluğundan asılıdır. Əgər artıq yağlar varsa, tez bir zamanda köklükdən qurtulmaq olar. Bunun üçün ciddi arıqlama proqramları tətbiq edilir. Onlar vasitəsilə lazımsız yağlar parçalanır, böyrəklər və sidik kisəsi ətrafındakı faydalı yağ toxumaları isə saxlanılır. Proqramların tətbiqindən əvvəl xüsusi təhlillər aparılır, köklüyün səbəbi araşdırılır. Hər köklüyün arxasında bəzən bir xəstəlik dayanır. Pasiyentin artıqçəkili olması səbəbi öyrənildikdən sonra isə pəhriz proqramları tətbiq olunur. Pəhrizin nəticəsi olaraq pasiyentin boy və çəki indeksi nəzərə alınır. Hər bir orqanizm individualdır və fərdi yanaşma tələb edir. Bəzən pasiyent artıq çəkilərdən xilas olandan sonra yenidən təhlil apararkən onun sağaldığını da müşahidə edirik.
Artıqçəkili şəxslər arıqlamaq üçün bir sıra üsullardan istifadə edirlər - idmanla məşğul olurlar, müxtəlif preparatları, həbləri sınayırlar. Arıqladıcı vasitələr, kokteyllər və dərmanları köklükdən əziyyət çəkənlərə məsləhət görmürəm. Əgər bir insanın 5-7 kiloqram artıq çəkisi varsa, ev şəraitində idmanla məşğul olmaqla, həqiqi mütəxəssislərin media vasitəsilə tövsiyələrindən yararlanmaqla öhdəsindən gələ bilər. Lakin artıq çəki 10 kiloqramdan çoxdursa, mütəxəssisə müraciət edilməsi daha məqsədəuyğundur.
Çəkisi 175-180 kiloqramdan çox olan şəxslərin qısa zaman kəsiyində, yəni bir aya 20 kiloqram arıqlaması normaldır. Professional şəkildə 4 aya 50, 6 aya 70 kiloqram çəki atmaq qısa müddət ərzində arıqlamaq hesab olunur. Ancaq çəkisi 80 kiloqram olan bir pasiyentin bir ay ərzində 20 kiloqram itirməsi isə düzgün deyil. Ciddi arıqlama proqramlarında əzələlərin saxlanılması, gərəksiz yağların parçalanması lazımdır", - deyə həkim qeyd edib.
L.Zülfüqarova, həmçinin kökəlməyə ehtiyacı olan insanlara da xüsusi proqramlar vasitəsilə yardım edildiyini bildirib. O, vurğulayıb ki, bu zaman qətiyyən həmin şəxsin orqanizminə yağ toplanmır, əksinə olaraq pasiyent əzələ əldə edərək çəkisini artırır. Həkim-diyetoloq hamilə və uşaq əmizdirən qadınların kökəlməməsi üçün də xüsusi proqram olduğunu qeyd edib.
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
II və III qrup üzrə qəbul imtahanlarının tarixini açıqladı - CƏDVƏL
Qurban bayramınız mübarək!
Günün qoroskopu: laqeyd olmayın
Türkiyədə mağazalar plastik torba istifadə etməyəcək
Sibir meşələri yanır
Mehmet Ali Erbil səhhətindən danışdı
Məsumluq altında yatan "ilan"
Dəblə geyinmək sağlamlığa ziyandır
Türkiyə İrəvana xəbərdarlıq etdi
Yer kürəsinin əkizi tapıldı
Azərbaycan tarixindən yüz şəxsiyyət-33
Bu gün Zəlimxan Yaqubla vida mərasimi olacaq
Ronaldunun 4 -cü uşağı doğuldu - FOTO
BÜRCLƏR bizə nə vəd edir?-28 yanvar
Hamilələr və analar üçün: Sahə həkimi kimdir, nə iş görməlidir?
Futbolçu rekord qırdı
Dodaqlarda Koreya trendi
Kişilər qadınlarda nə axtarır?
Bəzi tələbələrə əlavə təqaüdlər veriləcək
Sənin bir təbəssümün...
Buraxılış imtahanlarının nəticələri nə zaman bilinəcək?
Şirniyyat buketi
Gənc görünmək üçün nə etməli?
Dubay daha bir yeniliyə imza atdı - “ağıllı” arabalar
Xarakterinizi göstərən çantalar
Bakıda bərbərxana və gözəllik salonları işləməyəcək - RƏSMİ
Nə üçün qadınlar qışqırır, kişilər isə susur?
Su israfının qarşısını necə alaq?
Azərbaycan əhalisi yaşlaşır
Hava haqqında
Ağcaqanad yarası üçün məlhəm
Məhşurların məzar yazıları
XƏBƏRDARLIQ: Qar yağacaq, temperatur 3-5В° enəcək
Düyü şorbası-Gürcü mətbəxi (foto resept)
Hər an Günəş fırtınası ola bilər!-XƏBƏRDARLIQ
Yazıçı valideynlərə müraciət etdi!
Neslihan Atagül münsiflik edəcək-FOTO
Boksçumuz Dünya çempionatında medal qazandı
"Qarabağ"la çətin oyun olacaq
100-150 nəfərlik toyların keçirilməsinə icazə verilə bilər - VİDEO
Hərbi vəzifəlilərin səfərbərlik üzrə yola salınmasına başlanıldı - RƏSMİ
Ermənistanı Rusiyaya nifrət dağıdacaq?
Siam əkizlərini ayırdılar - FOTO
Boyunuzu uzatmaq istəyirsiz?(1)
Sıla ETİRAF ETDİ
Aydan gətirilən qaz və qrunt... - NASA
Azərbaycanda meyvə-tərəvəz ucuzlaşıb
Güvənməyin gücü
Tuba Büyüküstün "Firuze"də çəkilir- FOTO
Mehriban Əliyeva Fransa Senatının sədri ilə görüşüb














