Bu gün texnologiyanın ən yüksək səviyyədə inkişaf etdiyini düşünə bilərik. Lakin bizi gözləyən yenilikləri sadalayanda hər şeyin hələ başlanğıcında olduğumuz aydınlaşır.
Publika.az ödəniş sistemində tətbiq edilməsi nəzərdə tutulan yeni texnologiyaları araşdırıb.
Ürəyinizdən keçən paltar dərhal evinizə gələcək
Təsəvvür edin, banka daxil olursunuz, telefonunuzdan məlumatları bankomata göndərirsiniz. Lakin artıq pul çıxarmaq üçün bankomata pinkod daxil etmək lazım deyil. Siz sadəcə olaraq, göz bəbəyinizi orada quraşdırılmış qurğuya yaxınlaşdırırsınız və o, sizi müəyyən edərək, istədiyiniz məbləği çıxarmağa icazə verir. Yox, bununla hər şey bitmir.
Daha bir misal: siz hansısa gecə qonaqlığında birinin kostuyumundan xoşunuz gəlir və sizdə də ondan olmasını istəyirsiniz. Daha bunun üçün internetdə uzun-uzadı axtarmağa ehtiyac yoxdur. Siz telefonun kamerasını həmin kostyuma tuşlayırsınız və lazımi proqramın köməyi ilə onu sifariş verirsiniz. Sabah həmin kostyumdan sizin evinizə gətirəcəklər. Maliyə mütəxəssisləri gələcəkdə belə ödənişlərin real olacağını düşünür.
"Növbəti 5-7 il ərzində sənaye nəzərəçarpacaq qədər dəyişəcək", - deyə "MasterCard" şirkətinin innovasiylar üzrə direktoru Harri Layons deyir.
Ödəmə sistemləri üzrə ixtisaslaşmış şirkətlər "Pokemon Go" oyununu tez-tez misal gətirirlər və bu cür auditoriyanı fəth etməyi düşünürlər. Hansı ki, "Pokemon Go" oyunu ilk həftəsində 10 milyon istifadəçi tərəfindən yükləndi. Oyunu yaradanlar gün ərzində 1,6 milyon dollar qazanırdılar.
"Visa Blippar" şirkəti yeni ödəmə sisteminin pilot layihəsini tətbiq edib. Belə ki, London dəfiləsində britaniyalı dizayner Henri Hollandın əl işləri nümayiş olunarkən, tamaşaçılar smartfon telefonlarla çəkdikləri paltarları bir gün sonra asanlıqla sifariş verə biliblər.
İnternetdən sifariş etdiyiniz paltarı ölçmək mümkün olacaq
"PayPal" şirkəti isə bu ilin may ayında yeni ödəmə sisteminin patentini alıb. Müştərilər təsvir etdikləri, arzuladıqları və zövqlərinə uyğun olan paltarları dərhal internet mağazasından ala biləcəklər.
Çinin nəhəng elektron ticarət şirkəti "Alibaba Group" isə alış-verişin tamamilə səslərlə edilməsi sisteminə keçirməyi təklif edir. Misal üçün, hansısa müştəri internet mağazasında seçdiyi paltarı ölçə biləcək. O, paltarı, yaxud xoşladığı eynəyi səs və baş hərəkətlərinin köməyi ilə sifariş verə biləcək.
Mütəxəssislərə görə, bütün bu yeniliklər investorlar üçün bazarı cazibədar edir.
Göz bəbəyi ilə işləyən bankomatlar
Bu bankomatlar adilərdən xeyli fərqlənir. Onu "Dieblod" və "EyeLock" bankomatlarının istehsalçıları hazırlayıb. Yeni bankomatda nə klaviatura var, nə ekran, nə də kartların daxil edilməsi üçün yer. Müştəri mobil telefonunu bankomata yaxınlaşdıran kimi, pul sifariş verilir və o, göz bəbəyini qurğuya yaxınlaşdırmaqla istədiyi məbləği çıxara bilir. Mütəxəssislərə görə, bu, təhlükəsizlik baxımından olduqca əhəmiyyətlidir.
Kreditləri robotlar verəcək, pul "Selfie" ilə çıxarılacaq
"Mastercard" ödəmə sistemi isə biometrik yoxlamalarla maraqlanır. Belə ki, Daon texnologiyasından istifadə edilərək müştərinin səsi, yaxud üzü vasitəsilə onun kimliyi təsdiq olunacaq. Buna "Selfie Pay" deyirlər. Yeni texnologiyalara görə, bankın müştəriləri kredit sazişini birbaşa robot aparatlarla bağlaya biləcəklər.
Mütəxəssislər bunun əl əməyinin azalmasına da səbəb olacağını düşünür. Xüsusilə banklarda artıq çoxsaylı əməkdaşlara ehtiyac qalmayacaq. Yaxın gələcəkdə bütün bunların reallaşacağı gözlənilir.
Yeni ödəmə texnologiyaları kredit kartlarının da dəbdən düşməsinə gətirib çıxaracaq. Lakin əgər kartla hesablaşmaq mütləq lazım olacaqsa, o zaman, plastik kartlardan imtina ediləcək, əvəzində metal kartlardan istifadə olunacaq. Sentyabr ayında ilk metal kartın satışa çıxarılmasından sonra minlərlə müştəri sifariş verib. Metal kartlar olduqca yaxşı qorunur, xüsusilə hakerlərin hesab nömrələrini əldə etmək cəhdlərinə qarşı əla müdafiə sisteminə malikdir.

XƏBƏR LENTİ
Malta 20 koreyalını qovdu
Azərbaycanda peşə məktəblərini bitirənlərə müjdə
Azərbaycanda kütləvi kitabxanaların sayı azalır
Neslihan Atagül hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Tarkandan xanımının ad gününü bu cür təbrik etdi - FOTO
Hansı ölkə internet lideridir?
Bakı-Sumqayıt qatarı bu gün işə düşür
Bu gündən xarici vətəndaşlar Azərbaycana vizanı 3 saat ərzində ala biləcəklər
HAVA necə olacaq?
Sabah Bakıda hava yağmursuz olacaq
Britaniyada Avropa tarixində ən iri xəzinə tapılıb
Meşədə içində naməlum maddə olan çəlləklər aşkar edildi
Kosmosda bişən ilk yemək -VİDEO
Gəlin buketinin rənginə görə mənası
Qoyun ətindən tərxun şorbası
Kosmosa 12 günlük səyahət - Qiymət açıqlandı/Video
Kseniya Sobçak boşandı-SƏBƏB
Bakıda açıq teatr: "Azərbaycanfilm"in yubileyi möhtəşəm qeyd olunacaq
Kottinqli Pəriləri (2-ci hissə)
Serj Qarabağdan əl çəkir
Bakı-Ankara reysi bu xanıma görə təxirə salındı
Obama İŞİD-dən qorxur
BÜRCLƏR bizə nə vəd edir?-8 Yanvar
Azra Akın ana oldu
Azərbaycanda yeni telekanal açılır
Yaponların uşaqlar üçün 12 qaydası
Beyonsenin konsertində zal boş qaldı-FOTO
190 manat birdəfəlik ödəmənin verilməsinə başlanılıb - RƏSMİ
Sən bizi bağışla, Zəhra...
Məşhurlar gözəl qalmağı necə bacarırlar? (3)
Evdə pişik, çöldə pələng (Test)
Saçları sürətli uzadan 3 üsul
Burcu Esmersoy sabah BOŞANIR
Türkiyə Bakıya söz verdi
Zövqlü saatlar
40 yaşına çatmadan nələri etməliyik?
Məşhur model 3-cü dəfə ana oldu-FOTO
Övladlarımıza rəhbər olaq, yoxsa dost?
Sağlam dəri üçün meyvə maskaları
Hərbi geyimdən qanunsuz istifadə edənlər nə qədər cərimələnəcək? - RƏSMİ
Məşhur aktrisa əməliyyat olundu-SƏBƏB
Qorxudan necə xilas olmalı?
Coli ilə Pittin məhkəməsi olub
Əkiz hamiləliyində həyat tərzi
Azərbaycan dili - XVII Dərs
7 günlük yay pəhrizi
Çində robotlar arasında mübahisə düşdü - VİDEO
Beren Saat imicini dəyişdi-FOTO
Qara çayın faydaları
Gül kələmli zapekanka (foto resept)
