Mayın 30-dan etibarən güzəştli mənzil əldə etmək hüququ olan vətəndaşların müraciətlərinin qeydiyyatı başlayacaq.
Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyindən (MİDA) xezerxeber.az-abildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 24 may 2017-ci il tarixli 1418 nömrəli Fərmanı ilə "Güzəştli mənzil" sistemi haqqında Əsasnamə təsdiq edilib.
Ölkə başçısının "Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin fəaliyyəti ilə bağlı bəzi məsələlər haqqında" 16.11.2016-cı il tarixli 1113 nömrəli Fərmanına əsasən "Güzəştli mənzil" sistemi "Elektron hökumət" portalında (www.e-gov.az) yaradılıb.
"Güzəştli mənzil" elektron sistemi Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri güzəştlə əldə etmək hüququna malik vətəndaşların müraciətlərinin real vaxt rejimində, vahid və ictimaiyyət üçün açıq olan qeydiyyatının aparılmasını, habelə elektron kabinetin yaradılmasını təmin edir.
Agentliyin sərəncamında olan mənzilləri güzəştlə əldə etmək hüququna malik vətəndaşların müraciətlərinin qeydiyyatına mayın 30-dan etibarən başlanılacaq. Sistemdən istifadə ilə bağlı ətraflı təlimatla, habelə güzəştli mənzil almaq hüququna malik şəxslərin kateqoriyaları və hər bir kateqoriya üzrə təqdim edilməli sənədlərin siyahısı ilə www.mida.gov.az və ya www.mida.az "internet-saytları"nın ana səhifəsində yerləşən "GÜZƏŞTLİ MƏNZİL SİSTEMİ" keçidi vasitəsilə tanış olmaq mümkündür. Saytın bu bölməsində "Elektron hökumət" portalında yerləşən "Güzəştli mənzil" sisteminə daxil olmaq üçün keçid də təqdim olunub.
Güzəştli mənzilin əldə edilməsi üçün müraciət gücləndirilmiş elektron imza vasitəsilə mümkün olacaq. "Elektron hökumət" portalında "Güzəştli mənzil" sisteminə gücləndirilmiş elektron imza ilə müraciət vətəndaşların fərdi məlumatlarının mühafizəsini, portal vasitəsilə aparılan əməliyyatların dəqiq və təhlükəsiz həyata keçirilməsini təmin edir.
Vətəndaşlar Elektron İmzanı və ya Asan İmzanı müvafiq olaraq Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində Məlumat Hesablama Mərkəzindən və ya "ASAN xidmət" mərkəzlərindən əldə edə bilərlər.
Vətəndaşların rahatlığını təmin etmək, "Güzəştli mənzil" elektron sistemindən istifadə ilə bağlı sualları cavablandırmaq, habelə müraciəti qeydiyyata alaraq elektron kabinetin yaradılmasında köməklik göstərmək məqsədilə müraciətlərin qəbulu müvafiq "ASAN xidmət" mərkəzlərində də təşkil olunacaq.
Güzəştli mənzil əldə etmək hüququna malik şəxsin sənədləri Bakı şəhərində yerləşən 1, 3 və 5 saylı "ASAN xidmət" mərkəzlərində və Sumqayıt "ASAN xidmət" mərkəzlərində qəbul edildikdən və 5 iş günü ərzində müvafiq kateqoriyaya aid olması təsdiq olunduqdan sonra, ona "Güzəştli mənzil" elektron sistemində şəxsi kabinetin yaradılması barədə bildiriş göndəriləcək. Bildiriş almış vətəndaş sistemdən və elektron kabinetindən Elektron İmza və ya Asan İmza vasitəsilə istifadə edə biləcək.
Şəxsi elektron kabinetin yaradılması vətəndaşın güzəştli mənzil almaq hüququnu təsdiq edir və mənzil alana qədər qüvvədədir. Mənzilləri güzəştlə əldə etmək hüququ olan ailə və ya şəxs bu hüquqdan yalnız 1 dəfə istifadə edə bilər.
"Güzəştli mənzil" sistemində elektron kabinetə sahib olmuş vətəndaşlar qeydiyyat tarixindən və sıra nömrəsindən asılı olmayaraq, mənzillərin seçimində bərabər hüquqa malik olacaqlar.
Milli.Az
XƏBƏR LENTİ
Nazir müavinindən Yeni illə bağlı - XƏBƏRDARLIQ
Onu pişiklər bu hala saldı
Yunanıstan Avropanı və Azərbaycanı şantaj edir
Qonşumuzu fəlakət gözləyir
Vaxtsız yaranan qırışların həlli üçün...
HAVA necə olacaq?- 16 MART
Yayın 4 manikür trendi
Sadə tort (foto resept)
27 il sonra atasının Zəngilandakı məzarını ziyarət edən hərbçimiz - VİDEO
Kaliforniyanın yeni qubernatoru da aktyor olacaq?
Donlar
Ordumuzun irimiqyaslı təlimlərindən görüntülər
Maraqlı kampaniya: Ad-soyadını dəyişdir, pulsuz iPhone 7 al
Aleyna Tilki Bakıda
I sinfə qəbul qaydalarına yenidən dəyişiklik ediləcək
Güldürən heyvanlar
Kağız planşet oldu
Erkən nikahın fəsadı: uşaqdan uşaq dünyaya gəlir...
HAVA necə olacaq?
"Firdevs Yöreoğlu kimi tanınmaqdan yoruldum"
BQXK Azərbaycanda saxlanılan erməni əsirlə görüşdü
Hansı sinədə süd olmur?
"Eurovision" ləğv olunacaq? - Ölkələr imtina edir
Maykl Ceksonun qızı İsa peyğəmbər rolunda kinoya çəkildi
Bu il Novruz möhtəşəm olacaq
MN: "Tapşırıq verilib ki, düşmənin atəş nöqtələri susdurulsun"
Yeni ili ilk qarşılayan ölkə
Azərbaycanın rayonlarında şimşək çaxacaq, yağış yağacaq
Sabah Milli Məclis 10 məsələyə baxacaq
Yupiterdə vulkan püskürdü-ŞOK FOTO
Daha bir ölkədə məktəblər fəaliyyətini bərpa etdi
Türkiyədə Qarabağ problemi ilə bağlı elmi əsər dərc olunub
Atəşi kəsilməyən atəşkəs sazişindən 20 il ötür
58 yaşlı ulduz hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Kakoslu peçenye (foto resept)
Saçını boyadı üzü şişdi-FOTO
Peyvənd qorxusu: əsas varmı
Seda Sayan cavanlaşmaq üçün məhkəməyə müraciət etdi
Təhlükə: Azərbaycan da qırmızı xətti keçdi
Ancelina Coli yenidən ana olacaq!-FOTO
Azərbaycanın ən yaxşı futbolçusu "Qarabağ"lı oldu
Misirin gözəlliyi dəblə birləşərsə...
Pijama modelləri
Dekabr ayında HAVA necə olacaq?
Qurban bayramı ilə bağlı satış məntəqələri açıqlanacaq
Prezidentdən 20 Yanvar faciəsi ilə bağlı sərəncam
Mehriban Əliyevaya yeni köməkçi təyin edildi
Türk general cəbhədə
Hava haqqında
BÜRCLƏR bizə nə vəd edir?-10 Oktyabr














