Spinner oyuncağı misteniyadan əziyyət çəkdiyi üçün öz uşağı ilə oynaya bilməyən və bu oyuncağı hazırlamaqla ona qayğı göstərmək istəyən ABŞ-ın Florida ştatının sakini Ketrin Hettinqer tərəfindən hazırlanıb. Bu qadın 1990-cı illərin əvvələrində peyda olan spinner üçün hətta 1997-ci ildə patent alıb.
Bir neçə ildən sonra istehsalçıların diqqətini özünə cəlb edən spinner bu gün bütün dünyada həm böyüklərin, həm də kiçiklərin əyləndiyi bir vasitə olub.
Son zamanlar Azərbaycanda da uşaqlar arasında yeni - antistress "oyuncaq"lara marağın artması müşahidə edilir. Onlar arasında ən populyarı isə əllə fırladılan spinnerlərdir (stress çarxı).
Daha çox internet resurslarında reklam edilən və ölkə bazarına da yeni ayaq açan spinnerlərin satış qiyməti ölçüsündən, formasından, materialından asılı olaraq dəyişir.
Valideynlərin çoxu bu oyuncaqları ziyansız və stressə qarşı müəyyən qədər xeyirli hesab etsə də, mütəxəssislər başqa fikirdədirlər.
Milli.Az Trend-ə istinadən bildirir ki, Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzinin psixoloqu Elnarə Baxışlı da açıqlamasında bildirib ki, antistress oyuncaqların həm müsbət, həm də mənfi tərəfləri var. Psixoloqun sözlərinə görə, bu oyuncaqdan pedaqoji metod kimi istifadə edilmir.
E.Baxışlıqeyd edib ki spinnerlər 4-7 yaşlı uşaqlar üçün daha çox zərərlidir. Çünki bu oyuncaqların xaotik fırlanması uşaqların beyninin həm sağ, həm də sol yarımkürəsini eyni vaxtda tam yükləyir. Nəticədə beyində həddən artıq aktivlik yaranır və uşaq özünü çox yorğun hiss edir: "Əslində, bəziləri fikirləşir ki, təsbeh də əldə fırlanır. Lakin təsbehi insan özü istədiyi istiqamət üzrə fırlada və istədiyi anda onun istiqamətini dəyişə bilər. Spinner isə xaotik fılanır və bu da beyinə mənfi təsir göstərir".
Psixoloqun sözlərinə görə, spinnerlər uşaqlarda asılılıq da yarada bilər. Buna görə də valideynlər uşaqların həmin oyuncaqlarla nə qədər məşğul olmasına diqqət yetirməlidirlər: "Əgər uşaqlar gün ərzində 10-15 dəqiqə bununla oynayıb, sonra digər oyuncaqları ilə məşğul olarsa və ya fəaliyyətini digər yönümdə davam etdirərsə, onda bunun ziyanı yoxdur. Ancaq uşaq davamlı şəkildə bununla oynayarsa, televizora baxanda da bunu əlindən yerə qoymazsa, onda fəaliyyəti məhdudlaşmış olur. Ona görə də oyuncaqlara qarşı asılılığın yaranmaması üçün valideynlər özləri də uşaqlarına qarşı diqqətli olmalıdırlar. Ancaq qadağanı da elə qoymaq lazımdır ki, uşaqda ona qarşı maraq daha da artmasın".
E.Baxışlı bildirib ki, həmin oyuncaqlardan istifadənin müsbət tərəfi də var. Belə ki, bəzi uşaqlar əllərində planşet, telefon olmasını xoşlayırlar. Antistress oyuncaqdan istifadə etdikdə isə uşaqlar bu kimi əşyalardan uzaqlaşmış olurlar.
Milli.Az
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Azərbaycan dəmir yollarında yoxlamalar başlayır
Bu il 600-ə yaxın azərbaycanlı dünyanın aparıcı ali məktəblərində təhsil alacaq
Sülh istəyən Azərbaycan hərbi gücünü də göstərdi
İkinci devalvasiya olacaq?
190 manat birdəfəlik ödəmənin verilməsinə başlanılıb - RƏSMİ
Günün ulduz falı
Yeganə boşanmadığını belə sübut etdi
Flora Kərimovadan Aygünə sərt cavab: "Dünənki cücə..."
Manatın ikinci devalvasiyası qaçılmazdır
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yeni səlahiyyətlər verildi
Aldadan və aldanan Qadın.Netlilər
Müşviq İsayevin xatirəsinə beynəlxalq turnir keçiriləcək
Muğamımız Rusiyada səslənəcək
Dəhşətli virus Azərbaycanın bir addımlığında
Uzaq məsafələrə uçanlar üçün dərman
İdman edərkən maska taxmalıyıq?
Bərdədə erməni təcavüzü ilə bağlı brifinq keçirilib - VİDEO
İlham Əliyev: “Qubadlı şəhəri işğalçılardan azad olundu”
Bir aya 10 kiloqram arıqladı - FOTO
Məşhur modelin ayaqları yandı
Ər-arvad dalaşıb 177 minlik cekpot uddular- FOTO
Qarında hava olması
Havalar soyuyacaq
Bakıya yağış yağacaq
Tərəvəzli aş qarası (foto resept)
Sərt karantin günlərində çörək problemi yarana bilər? - AÇIQLAMA
Qonaq otağı masaları
Alimlər qeyri-adi planet aşkar etdilər
Qaranlıq su pəriləri
Hazal Kaya şəkər xəstəliyinə tutuldu
Yaralı hərbçimiz həkimlərin səyinə baxmayaraq, həlak oldu - RƏSMİ
İnternet problemi nə vaxt həll olunacaq?
Yıldız Tilbeni tənqid etdilər-SƏBƏB/FOTO
Ofis işçiləri üçün qidalanma tövsiyəsi
Serenay Sarıkayadan Yeni İl arzusu
Birinci xanım Mehriban Əliyeva Antalyada "Biznes-20"/"Qadınlar-20" birgə sessiyasında iştirak edib
Hər kəs bu qadından danışır-FOTO
Qatıqlı makaron salatı (video-resept)
Hava haqqında
Vladimir Putin Dağlıq Qarabağda baş verənlərə görə narahatlığını bildirib
Dolu bədənli xanımlar üçün geyimlər
Rəssamın sevgi dolu rəsmləri
Dərinizi payıza hazırlayın
Şahzadə Çarlzın Diana haqqında dedikləri ilə hər kəsi heyrətləndirdi-FOTO
Kemal Doğulu onu təhqir edənləri HƏDƏLƏDİ
Qışda necə geyinək?
Bazar və yarmarkalar şəhər mərkəzindən çıxarılır
Tom Henks və xanımı koronavirus peyvəndi üçün könüllü oldular
Aydan gətirilən qaz və qrunt... - NASA
Azərbaycanlı bəstəkar reanimasiyaya yerləşdirildi














