"Ötən il noyabrın 15-dən - əlilliyin qiymətləndirilməsində ekspertiza və reabilitasiya alt sisteminə keçiddən sonrakı 4 ayda əlilliyin təyini ilə bağlı tibb müəssisələrindən Tibbi-sosial ekspert komissiyalarına verilən göndərişlərin (F-088U) sayı, xüsusən, əsassız göndərişlərin sayı əvvəlki illərə nisbətən xeyli artıb. Bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Səhiyyə Nazirliyinə mart ayında eyni məzmunlu məktub daxil olub".
Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin tibbi yardımın təşkili şöbəsinin müdiri Gülmirzə Poladov deyib. O bildirib ki, ötən müddətdə Tibbi-sosial ekspert komissiyalarına ümumi sayına görə ilk yeri tutan tibb müəssisələrindən - 131 min nəfər əhaliyə xidmət göstərən Ağcabədi Mərkəzi Rayon Xəstəxanasından (MRX) 574, 31 nəfərə xidmət göstərən Ramana Birləşmiş Şəhər Xəstəxanasından (BŞX) 411, 95 min əhaliyə xidmət göstərən Balakən MRX-dən 385 "forma-088" verilib.
"Hesablamalar göstərir ki, bir ayda hər 10 min nəfərə verilən "forma-088"lərin sayı 5-6-ya bərabərdir. Təəssüf ki, bəzi tibb müəssisələri orta göstəricilərdən 6-7 dəfə çox göndəriş verib. Bu müəssisələrin hesabına ölkə üzrə orta göstərici də yüksəlib. 2017-ci ilin yanvar ayında 21 saylı BŞX orta ölkə göstəricisini 7.9, 15 saylı şəhər poliklinikası (ŞP) 4.5, 22 syalı ŞP 4.1, Ağcabədi, Saatlı və Balakən rayonları isə təxminən 3 dəfə üstələyib. Bu tibb müəssisələrinin baş həkimlərinin hər biri yanvar ayında ayrı-ayrılıqda Tibbi-yardımın təşkili şöbəsinə dəvət olunub və onlara şifahi xəbərdarlıq edilib. Ağcabədi MRX Poliklinika şöbəsinin müdiri isə tutduğu vəzifədən azad olunub", - deyə şöbə müdiri əlavə edib.
G. Poladov qeyd edib ki, 3 aylıq dövrün təhlilinə əsasən, 21 BŞX orta ölkə göstəricisindən 7.9, 4 saylı ŞP 4.8, Ağcabədi MRX 4.6, 22 saylı ŞP 3,5 dəfə çox "forma-088" göndərib. Onun sözlərinə görə, araşdırılan müddətdə Bakı və Bakıətrafı qəsəbələrdə təxminən eyni sayda əhaliyə tibbi xidmət göstərən 31 saylı BŞX-dan cəmi 15, 24 saylı ŞP-dən 18, 11 saylı BŞX-dən 21, 19 saylı BŞX-dən 22 xəstəyə "forma -88" verilib. Şöbə müdiri vurğulayıb ki, Balakən MRX 55 xəstəyə 2 dəfə, 10 xəstəyə 3 dəfə, 1 xəstəyə hətta 5 dəfə, 21 saylı Ramana BŞX 48 xəstəyə 2 dəfə, 4 xəstəyə 3 dəfə, 1 xəstəyə isə 4 dəfə təkrar "forma-88" təqdim edilib.
Milli.Az
XƏBƏR LENTİ
Fırça və süngərin təmizlənməsi
Hitlerin dünyanı silkələyən kitabı nəşr ediləcək
Yaponlar bu dəfə də heyrətləndirdi
Bakıda satılan qəribə "kukla"-VİDEO
Alişan doğulacaq körpəsindən danışdı
Möhtəşəm ziyafət donları
Muzeyin görünməyən tərəfi
Azərbaycan əsilli uşaq "Master Chef Junior"da iştirak edir-FOTO
Edgy tərzi necə olmalıdır?
Xəzər dondu
Bürc olaraq hansı pişik növünə aidsiniz?
Evdə istifadə edə biləcəyiniz 4 praktik məsləhət
Dəbdən düşməyən ayaqqabılar (2)
Sinem Kobala 30 minlik təklif-FOTO
"Jet Sosyete"nin yayımı təxirə salındı-SƏBƏB
23 gün komada qalan əsgər ayılıb - VİDEO
Aspirin maskası və dəriyə faydası
Azərbaycanda virus yayılandan indiyədək 153 baş iribuynuzlu heyvan tələf olub
Qat-qat xəmirdən çiçək(foto resept)
Dərinin sağlamlığını və gözəlliyini qoruyan qidalar
Ordu tarixində ilk: Bir qadın…
Bədənindən kətan kimi istifadə edən qadın
Çağatay Ulusoy koronavirusdan belə qorunur - FOTO
Prezidentdən inanılmaz TƏLİMAT: deputatların telefonları yığışdırıldı
10 milyardlıq xəzinə tapıldı
Nüsret evlənir?-FOTO
Heyvanlar aləmindən
Son DƏQİQƏ: Koronavirusun yayılması Bu Tarixdə Dayanacaq
İştah kəsən 5 qida
Sağlam ayağı kəsən həkim istintaqa ifadə verib
Ebru Gündeşin son FOTOsu diqqət çəkdi
Dadlı piroq (foto resept)
İvana Sert efirə qayıdır
Tom Kruz film çəkilişi üçün kosmosa uçmağı planlaşdırıb
“Bakı Metropoliteni” hərəkət qrafikini dəyişir
Günün ulduz falı
Dünyanın ən zəngin varisləri: onların arasında azərbaycanlı da var
Keşiş: Qarabağı verməliyik
Bakı bir səyyahın dilindən
Maraqlı faktlar
14 kq-lıq yeniyetmə-FOTO
Geyim mağazaları ilə bağlı YENİLİK
Ata oğlunu karantin vaxtı evdə saxlamağın qeyri-adi üsulunu düşündü– FOTO
29-30 iyulda keçirilmiş imtahanların nəticələri açıqlanıb
Onurğa üçün idman hərəkətləri
"Acı hayat"ın aktrisası ərə getdi
Peyğəmbər karikaturaları barədə KİV-ə xəbərdarlıq
Leysan yağacaq
Bu çiçəklər təəccüb doğurur
Messi "Real"a qarşı zədəli halda oynayıb